Partiyadaşından İsa Qəmbərə yeni ittiham irəli sürüldü
03.05.2012 [01:00]
Müxtəlif oyunlar və ucuz manevrlərlə özlərini siyasi palitrada saxlamağa cəhd göstərən radikal müxalifət partiyalarının rəhbərlərinin əsas arzu və niyyətləri gündəmdə qalmaq, maraqlı xarici qüvvələrin diqqətini özlərinə cəlb etməkdən ibarətdir. Təbii ki, bu marağın arxasında hər zaman olduğu kimi maliyyə məsələləri dayanır. Bu səbəbdən də Azərbaycanın dövlət, millət marağını heçə sayan, yalnız korporativ maraqlarını düşünən, ölkəmizin uğurlarını həzm edə bilməyən xarici, ermənipərəst dairələrin oyuncağına çevrilən, özünü “siyasətçi” adlandıran bir sıra şəxslər bütün karyeraları boyu uğursuzluqlara düçar olmalarına baxmayaraq, ikiəlli yapışdıqları kürsülərini tərk etmək istəmirlər.
Analoji proses bu gün Müsavat Partiyasında açıq-aşkar izlənməkdədir. Belə ki, hələ mart ayında qurultayın keçirilməsi ilə bağlı qərarın olmasına baxmayaraq, yenidən sədr seçilməsi üçün min bir oyundan çıxan, hətta bu istiqamətdə planlarını bir müddət əvvəldən cızan İsa Qəmbər partiyada ona mane olan bütün insanlardan “canını qurtarmaq” niyyətindədir. Bu niyyət isə mərhələli şəkildə həyata keçirilir.
Görünən isə budur ki, İ.Qəmbərin apardığı siyasi xətt yalnız şəxsi maraqların təminatına yönəlib. Onun partiyasını gücləndirmək istəməsi məsələsi ilə bağlı fikirləri isə yalandan başqa bir şey deyil. Xalqın, millətin ona münasibətini dəqiq bilən, 1992-93-cü ildə törətdiklərindən sonra kiminsə ona etimad göstərməyəcəyini tam şəkildə dərk edən İ.Qəmbərin niyyəti yalnız yuxarıda qeyd olunan spekulyativ manevrlərlə maraqlı beynəlxalq dairələrdən Azərbaycanın maraqlarına zərbə vurmaq qarşılığında maddi təminat əldə etməkdir. Bu istiqamətdə ona mane olan “partiyadaşlarının” vəziyyəti isə ortadadır.
Qeyd etmək lazımdır ki, Müsavat Partiyasında sədr seçkisi ilə bağlı qızğın müzakirələr artıq uzun müddətdir ki, davam edir. Müəyyən məqamlarda təxribata, hətta şantaja əsaslanan bu müzakirələr artıq iki istiqamət üzrə inkişaf edir. özünü seçkidə sınamaq istəyən şəxslər İ.Qəmbərdən nizamnaməyə riayət etməsini tələb edir. Dilemma qarşısında qalan İ.Qəmbər isə özünə yaxın insanlar vasitəsilə nizamnamənin dəyişdirilməsinə çalışır.
Əslində 2010-cu il parlament seçkisindəki məğlubiyyətdən sonra İ.Qəmbər bu situasiyanın yaranacağını dəqiqləşdirmişdi. O mənada ki, əsassız səbəblərlə partiyanın qurultayını uzatmağa çalışan İ.Qəmbər daha bunu bacarmayacağını dərk edərək özünün ən böyük “rəqiblərini” partiyadan uzaqlaşdırmaq yolunu tutdu. Məsələn, o zaman partiyada böyük nüfuza malik olan şəxslər-Sülhəddin Əkbər, İbrahim İbrahimli, Vurğun Əyyub və başqaları onlara qarşı olan qrupun rəhbəri Arif Hacılının əli ilə vurulub partiyadan uzaqlaşdırıldı. Həmin mübarizədə A.Hacılıya sonradan sədr olacağı söz verilsə də, bu gün baş verənlər göstərir ki, İ.Qəmbər sözünə əməl etmək fikrində deyil. Arif Hacılı isə hər məqamda İ.Qəmbəri qurultayın vaxtını qəsdən uzatmaqda günahlandırır.
A.Hacılının həbsxanadan verdiyi bəyanatlar İ.Qəmbərin işini daha da çətinləşdirir. Son açıqlamasında Arif Hacılı açıq şəkildə bildirib ki, Müsavatda müxtəlif motivlərlə qurultayın ləngidilməsinə çalışan adamlar var. Bu adamların arxasında məhz İsa Qəmbərin dayanması isə açıq-aşkardır. Hətta hökumət tərəfindən qurultayın keçirilməsi üçün təklif olunan yerlərə gedilməməsini də A.Hacılı İ.Qəmbərin təzyiqi kimi qiymətləndirir və bildirir ki, təklif olunan yerlərdə qurultay keçirmək mümkündür. Baxmayaraq ki, İ.Qəmbər təkidlə təklif olunan yerlərdə qurultayın keçirilməsinin mümkünsüzlüyünü iddia edirdi. Bu isə bir daha göstərir ki, Müsavat Partiyasının qurultayın yeri ilə bağlı apardığı şou kampaniyasının heç bir əsası yoxdur və qurultayın baş tutmamasının yeganə səbəbi məhz İsa Qəmbərin qurultay keçirmək istəməməsidir. A.Hacılı bir daha öz açıqlamasında İ.Qəmbərə mesaj göndərir ki, vacib olan partiya nizamnaməsinə əməl etmək, İsa Qəmbərin verilən sözə sadiq olduğunu bir daha nümayiş etdirməkdir. Bu isə göstərir ki, məhz İ.Qəmbər A.Hacılıya verdiyi sözə əməl etmək niyyətində deyil...
Maraqlıdır ki, məsələyə münasibət bildirən partiya funksionerləri də açıqlamalarında partiyada İ.Qəmbəri istəyən və istəməyən insanların olduğunu dilə gətirirlər. Bu isə o deməkdir ki, hər bir halda-qurultayın keçirilib-keçirilməməsindən asılı olmayaraq, Müsavat Partiyasında parçalanma və fikir ayrılığı qaçılmazdır.
Göründüyü kimi, İ.Qəmbər 2013-cü ildə keçiriləcək prezident seçkilərində təmsil olunduğu düşərgənin vahid namizədi olmaq şansını belə, artıq itirdiyini dərk edir. Bu səbəbdən də, o, A.Hacılıya verdiyi sözə əməl etmir, qurultayın keçirilməsini ləngidir. Amma hələlik onun vəziyyəti elə də ürəkaçan deyil. çünki partiya daxilində təhdidlərlə və təhqirlərlə dolu müzakirələr prosesin fərqli macəraya yönələbilmə imkanından xəbər verir. Hər bir halda İ.Qəmbərin çıxardığı min oyun yalnız öz kürsüsünü əldən verməməyin başındadır...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

