İlham Əliyev Syerra-Leonenin yeni səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB
18.01.2024 [11:42]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Səfir ilk növbədə Syerra-Leone prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Syerra-Leonenin dövlət başçısına çatdırmağı xahiş etdi.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycanın yaxın günlərdə Qoşulmama Hərəkatına sədrliyinin başa çatacağını deyən dövlətimizin başçısı Hərəkat çərçivəsində Syerra-Leoneyə üzv ölkə olaraq göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev ölkəmizin Hərəkata sədrliyinin başa çatmasından sonrakı dövrdə də bu təşkilat çərçivəsində Azərbaycan ilə Syerra-Leonenin əməkdaşlıq edəcəyinə ümidvar olduğunu dedi.
Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında çox maraqlı olduğunu deyən səfir Syerra-Leonenin eboladan əziyyət çəkən zaman Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. Səfir Azərbaycan və Syerra-Leonenin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək dəyərləndirdi.
Alie Badara Kamara Azərbaycan rəsmiləri ilə görüşlər keçirməyi planlaşdırdığını bildirdi, əlaqələrin genişləndirilməsi məqsədilə yeni istiqamətlərin və yolların müəyyənləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında təmasların artırılmasının vacibliyinə toxundu.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təsisat çərçivəsində parlament, gənclər və qadınlar platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edib.
Prezident İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib. Bakı Təşəbbüs Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti vurğuladı ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər. Dövlətimizin başçısı onu da əlavə etdi ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb.
Beynəlxalq institutlara üzv olduqlarından sui-istifadə edərək müstəmləkəçi imperiyaların müstəmləkə altına saldıqları ölkələrdə törətdikləri cinayətləri ört-basdır etməyə çalışdıqlarını deyən dövlətimizin başçısı bu cinayətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının zəruriliyi vurğuladı.
Prezident İlham Əliyev Syerra-Leone Prezidentini bu il Bakıda keçiriləcək COP29 tədbirinə dəvət etdi.
Görüşdə iqtisadiyyat, kənd təsərrüfatı, investisiya, insan kapitalının inkişafı, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı, yaxşı idarəçilik sahəsində təcrübə mübadiləsi, bu xüsusda “ASAN xidmət” təcrübəsi qeyd edildi, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməyə hazır olduğu bildirildi.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

