Onların qayıtması üçün...
21.12.2023 [10:30]
İlk şərt Azərbaycan vətəndaşlığının qəbuludur
30 ildən artıq davam etmiş erməni işğalı bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından ayrı salmışdı. 2020-ci il Vətən müharibəsində qazanılan qələbə, antiterror tədbirləri zamanı əldə olunan uğurlu nəticə vaxtilə qaçqın düşmüş insanların öz doğma evlərinə dönüşünə zəmin yartdı. 3 ilə yaxındır ki, işğaldan azad edilmiş regionlarda mühüm quruculuq - abadlıq işlərinə start verilib və artıq “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə ailə həmin ərazilərdə salınan abad, gözəl, rahat və komfortlu kənd-qəsəbələrə köçürülür. Bununla belə yüz minlərlə azərbaycanlının öz doğma evində yaşamaq hüquq hələ də Ermənistan tərəfindən tanınmır. Vaxtilə Qərbi Azərbaycan torpaqlarından zorla köçürülmüş azərbaycanlıların hüquqları hələ də təmin edilməyib.
Sentyabrda baş vermiş lokal antiterror əməliyyatları zamanı könüllü şəkildə Ermənistana köçən Qarabağın erməniəsilli sakinlərinin geri dönüşü məsələsi isə Azərbaycan dövləti tərəfindən hər zaman aktuallığını qoruyur - bu məsələ rəsmi İrəvan tərəfindən spekulyasiya edilsə də, Azərbaycan həmin insanların qayıtması üçün mühüm prosesə start verib. Sadəcə olaraq, bəzi hallarda onların üzərindən rəsmi İrəvan və havadarları çirkin oyunlar oynamağa cəhd göstərir - bu şəxslər “qaçqın” kimi təqdim edilir, onların “ehtiyacları” bəhanə edilərək ianələr yığılır.
Müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “BBC World”ə müsahibəsində bu məsələyə toxunub. H.Hacıyev bildirib ki, bütün işğal dövrü ərzində Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətindədir. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün öz evlərinə qaytarılması prosesi gedir və onlar 30 ildən artıq bu hüquqdan məhrum ediliblər: “Lakin biz onları qalmağa çağırmağımıza baxmayaraq, Qarabağı tərk etmək qərarına gələn ermənilər də oldu. Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, o cümlədən təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz vətəndaşlıq üçün ərizələrin verilməsi üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, biz müəyyən etməliyik ki, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazası olmalıdır. Burada əsas ilkin şərtlərdən biri də Azərbaycan qanunlarına və qaydalarına uyğun olaraq Azərbaycan vətəndaşlığına və yaşayış yerinin qəbul edilməsidir. Bu səbəbdən və biz aydın şəkildə bildirdik ki, hər bir konkret hal əsasında bütün müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq”.
Bəli, danılmaz faktdır ki, Qarabağdan Ermənistana gedən erməniəsilli şəxslər bu addımı öz xoşları ilə - könüllü şəkildə atıblar. Həmin şəxslərin getməməsi, qalıb yaşaması üçün Azərbaycan dövləti müraciət də etmişdi. Eyni zamanda, bu şəxlərlə bağlı reinteqrasiya proqramı təqdim edilib. Antiterror tədbirlərindən sonrakı mərhələdə bu proqramla bağlı detallar açıqlanıb - Reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Etnik, din və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.
Azərbaycanın humanist mövqeyi multikultural dəyərlərə əsaslanır...
Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycan müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atıb. Çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün vətəndaşların hüquqları Konstitusiya ilə təmin olunur ki, ölkəmizdə yaşamaq üçün müraciət edəcək ermənilər də eyni hüquqlardan yararlana biləcəklər. Dövlətimiz hələ II Qarabağ müharibəsindən sonra, sülhyaratma missiyaları vasitəsilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar zamanı bəyan etmişdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəyi halda konstitusion hüquqlara malik olacaqlar. Azərbaycan hüquq? dövlətdir və ölkəmizdə bütün vətəndaşlar qanun qarşısında eyni hüquqa, bərabər imtiyazlara malikdir. Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycanın qanunlarına tabe olacaq erməni vətəndaşları da konstitusiya ilə tanınan bütün hüquqlardan sərbəst şəkildə istifadə etmək haqqı qazanırlar. Bunun üçün isə onların yaradılan mövcud texniki imkanlardan yararlanması - elektron portalda qeydiyyatdan keçərək geri qayıtması, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməsi vacibdir. Vurğulanmalıdır ki, portal yaradılan dövrdə Qarabağın erməniəsilli vətəndaşlarının bəziləri yaranan bu imkanlandan istifadə edərək Azərbaycanda yaşamaq istəklərini dilə gətirdilər.
Azərbaycanda hökm sürən tolerant mühit, multikultural həyat tərzi nümunəvi model kimi çıxış edir. Uzun əsrlərə söykənən bu ənənə Azərbaycanın millətlərarası münasibətlər sahəsində siyasətinin ən mühüm əsasını təşkil etməkdədir. Ölkəmizin mənzərəsi bu gün də milli-dini zəmində rəngarəngliyi ilə fərqlənir. Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda qanun bu bərabərliyin əsas təminatçısı və qarantıdır. Xüsusi qeyd edilməlidir ki, Qarabağı öz xoşu, öz arzusu ilə tərk edən erməni əhalisi də vaxtilə bu mühitin tərkib hissəsi kimi çıxış edib. Bizim bununla bağlı hər hansı bir narahatlığımız yoxdur - birgəyaşayış bizim üçün narahatlıq yaradan detal kimi çıxış etmir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51

