Azərbaycan əməkdaşlıq ünvanıdır!
12.12.2023 [10:20]
Böyük beynəlxalq potensial, müsbət beynəlxalq reputasiya...
Müasir beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Bu mənada yeni geostrateji çağırışlar şəraitində milli dövlətlərin regional və qlobal müstəvidə yeri və rolu həyata keçirilən xarici siyasətin, ümumi regional inkişafa qazandırdığı yeni keyfiyyətlərin və bölgəsəl təhlükəsizlikdə tutduğu mövqenin çəkisindən asılı olur. Xüsusilə praqmatik və strateji, eyni zamanda davamlı və nəticəyə hədəflənmiş xarici siyasət kursu milli maraqları özündə ehtiva etməklə yanaşı, regional müstəvidə yeni situasiyaların formalaşmasını, yeni iqtisadi nizamın daha da güclənməsini və davamlı perspektivlərin yaranmasını da şərtləndirir. Bu kimi nailiyyətlər isə nəticə etibarı ilə regional sabitləşdirici faktora çevrilməklə yanaşı, regionun ümumi inkişaf tempinin də artmasına zəmin yaradır. Başqa sözlə, müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə malik dövlətlərin sabitliyə əsaslanan inkişaf trayektoriyası bütövlükdə yerləşdiyi bölgənin iqtisadi cəlbediciliyini də diqqət mərkəzinə salır. Bu kontekstdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın təcrübəsi pozitiv nümunə kimi çıxış edir.
Etibarlı tərəfdaş...
Bəli, yeni dövrdə regional güc mərkəzi kimi çıxış edən respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq mühiti formalaşdıra bilib. Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm: “Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük”.
Ümumiyyətlə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Xüsusilə, 44 günlük Vətən müharibəsi və uğurlu lokal antiterror tədbirləri Cənubi Qafqazın siyasi-iqtisadi cəlbediciliyini kifayət qədər artırıb ki, bu da Azərbaycanın xidmətidir.
Yeni reallıqlar...
Azərbaycan son dövrlərdə beynəlxalq iqtisadi inteqrasiya prosesinin aparıcı mərkəzlərindən biri kimi çıxış etməkdədir. Ölkəmizdə ard-arda baş tutan beynəlxalq tədbirlər, xüsusilə “SPECA həftəsi” ölkəmizin Şərq-Qərb xətti üzrə bütövlükdə üstünlüklərini aşkara çıxardı. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, bu Proqram Mərkəzi Asiya və Azərbaycan arasında qarşılıqlı iqtisadi əlaqəyə əsaslanır və bu gün biz bu qarşılıqlı əlaqənin yeni dinamikasının şahidi oluruq. İqtisadi göstəricilərə, ikitərəfli səfərlərin dinamikasına nəzər salsanız görərsiniz ki, son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. Beləliklə, bu, yeni reallıqdır və biz bundan faydalanmalıyıq.
Qeyd edilən fəal əlaqələr isə ümumilikdə dünyanın aparıcı iqtisadi arteriyasının əsas stansiyalarını müəyyənləşdirir ki, bu da Mərkəzi Asiya - Cənubi Qafqaz xəttinin müasir iqtisadi konfiqurasiyasıdakı pozisiyasını tamamlayır. Azərbaycan Trans Xəzər yolu ilə bu gün dünyanın ən mühüm iqtisadi əlaqələrini həm rentabelləşdirir, həm də bu əlaqələrə effektivlik qazandırır.
Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillər...
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, qazandığı mövqe olduqca mühüm detallarla xarakterizə olunur. İlk növbədə, ölkəmizin bütün xüsuslarda beynəlxalq hüququ əsas götürməsi və qanunun aliliyinə göstərdiyi hörmət, sabitliyi və əməkdaşlığı prioritet kimi qəbul etməsi və özünün təbliğat rıçaqlarını məhz bu komponentlər üzərində qurması, qarşılıqlı əlaqələrdə milli maraqları uzlaşdırması region dövlətləri üçün olduqca mühüm nüansdır. Azərbaycanın seçilməsinin əsasında dayanan amillər sırasında ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktura malik, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması xüsusi yer tutur. Ekspertlər, nüfuzlu strateji araşdırma mərkəzləri ölkəmizdəki sabitlik və təhlükəsizlik mühitini xüsusi olaraq diqqətə çatdırırlar. Ümumiyyətlə, sirr deyil ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Başqa sözlə, ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, siyasi inkişafa gəldikdə, burada da Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. “Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib”, - deyə dövlət başçısı əlavə edib.
Nəticə etibarilə, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, ölkəmizin ev sahibliyi etdiyi qlobal əhəmiyyətli nüfuzlu tədbirlər qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət göstəriri, sivilizasiyalararası dialoqun, iqtisadi uzlaşmanın təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır. Eyni zamanda, Azərbaycanın həm müxtəlif tədbirlərə ev sahibliyi etməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməsi yeni nizamın formalaşmasına mühüm çalarlar əlavə edərək bölgəsəl və qlo?al əməkdaşlığa fundamental töhfələr verir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34

