Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Fransanın mədəniyyət və kommunikasiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransanın mədəniyyət və kommunikasiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

10.03.2012 [23:25]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Mədəniyyətlə bağlı keçirilən çoxsaylı tədbirlərə toxunan Prezident İlham Əliyev əlaqələrimizin sürətli inkişafında bu tədbirlərin önəmini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın Fransada təqdimatı çərçivəsində mədəniyyət sahəsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Bakıda təşkil olunacaq sərginin də bu sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini deyib. Dövlətimizin başçısı Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
ölkəmizə səfərindən məmnunluğunu bildirən Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran deyib: “Cənab Prezident, qəbula görə Sizə minnətdaram, atanız Heydər Əliyevin layiqli davamçısı kimi Sizinlə görüşümdən böyük şərəf duyuram”.
Nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək onun təşəbbüsü ilə Fransada keçirilən təqdimat tədbirlərinin Azərbaycanın tanınmasında böyük rol oynadığını qeyd edib. Bakıda keçiriləcək “Fransa inciləri. Fransız incəsənəti Renessansdan bu günədək” sərgisinin də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunduğunu vurğulayan Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığı bir sıra istiqamətlərdə genişləndirməyin zəruriliyini bildirib.
Paylaş:
Baxılıb: 1091 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30