“Aşınmış” Avropa dəyərləri...
15.11.2023 [11:00]
Fransa və Almaniyada rasizm meylləri güclənib
“Avropa dəyərləri” adı altında uzun illərdir ki, təbliğatı aparılan nəsnə bu gün özünün maddi-mənəvi funksionallığını itirməkdədir. Birlik, bərabərlik, insan hüquq və azadlıqları, birgəyaşayış, sülh və demokratiya kimi mövhumlar qərbdən özünün əsl mahiyyətini itirir - bunun qarşılığında isə antisemitizm meylləri, irqçilik çağrışları, dini ayrı-seçkiliyin daha da güclənməsi, milli-etnik zəmində qarşıdurmaların körüklənməsi kimi hallar daha da artmaqdadır. Bəzi məqamlarda, neqativ meyllərin artımı təbii hal kimi vurğulanır - Qərbin bir sıra dövlətlərinin imperializmə, neokolonializmə əsaslanan təfəkkürdən ayrıla bilməməsi ölkə sərhədləri daxilində bu kimi halların artmasında əsaslı rol oynayır.
İrqçi ayrı-seçkilik, zorakılıq...
Bu mənada, Mərkəzi Avropa - Fransa və Almaniya xüsusilə seçilir. Son dövrlərdə bu dövlətlərin yürütdükləri xarici siyasət kursu məhz qeyd edilən amillərə söykənir. Məsələn, Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda sülhün bərpasına mane olan Fransa və ya XİN rəhbəri səviyyəsində separatizmə qarşı açıq simpatiyasını ortaya qoyan Almaniya mənəvi və ənənəvi dəyərlərdən uzaq düşdüklərini açıq şəkildə bəlli edirlər. “Avropa dəyəri” mahiyyətini özünün korporativ marağının əsirinə çevirən, alət kimi istifadə edən Paris və Berlin yeni dövrdə irqçiliyin, milli ayrı-seçkiliyin “rəmzinə”, “simvoluna” çevrilməkdədir. Məsələn, son illərdə Almaniyada yaradılan Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar qrupu (PEGIDA) ifrat sağ, hətta irqçi ritorikası ilə diqqət çəkir. Bu, Almaniyanın sülh və demokratiya pərdəsi altında Cənubi Qafqazda dəstəkləməyə çalışdığı separatizmin daxili proyeksiyasıdır - irqçilik meyllərinin günü-gündən artdığı cəmiyyətlərdə bu kimi hüquqi yoldan sapmaların müşayiət olunması tarixi ənənədir.
Fransada isə irqçilik və polis zorakılığı elə bir hal alıb ki, buna qarşı intensiv şəkildə nümayişlər keçirilir. Son aylarda ayrı-ayrı şəhərlərdə həmkarlar ittifaqları və siyasi partiyalar da daxil olmaqla 100-dən çox qurumun çağırışı ilə nümayişlər təşkil edilib. Paytaxt Parisdə minlərlə adamın yürüş etdiyi nümayişlərdə “Sarı jiletlilər”, Boyun Əyməyən Fransa (LFİ) partiyasından Raçel Keke və 2016-cı ildə jandarm maşını ilə ölən Adama Traorenin bacısı Assa da qatılıb. Nümayişçilər polis zorakılığına və irqçiliyə son qoymağa çağırıb, həmçinin ictimai azadlıqların qorunmasını tələb ediblər. Etirazçılar faşizm və polis əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər “Qaçqınlar, müsəlmanlar, qaraçılar və qeydiyyatı olmayanlar çox deyil, çox olan irqçilikdir”, “İrqçiliyə və polis zorakılığına son qoyun” şüarları ilə Fransadakı mövcud vəziyyətin əsl tablosunu çəkirlər. Xatırladaq ki, iyunun 27-də 17 yaşlı Nahel polis məmuru tərəfindən öldürülmüşdü və bu böyük qalmaqal yaratmışdı. Maraqlıdır ki, dövlət bu etirazlardan nəticə çıxarmaq yerinə etirazçıları hədələyirlər. Bir müddət öncə Paris prefekti Laurent Nunez bildirmişdi ki, “polis öldürür” və ya “polis hər yerdə, ədalət heç yerdə” kimi şüarlara qarşı yumşaq davranmayacaqlar.
Antisemitizm artıb...
Eyni zamanda, hər iki ölkədə antisemitizm meylləri artmaqdadır - Fransada son bir ayda antisemitizm aktlarının sayı demək olar ki, 1100-ə çatıb və 490-dan çox insan saxlanılıb. Bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen “Sud Radio” radiostansiyasının efirində bildirib. “Mindən çox antisemitizm aktı qeydə alınıb. Oktyabrın 7-dən bəri Parisdə və onun ətrafında 257 antisemitizm aktı baş verib”, - o vurğulayıb.
Eyni mövcud vəziyyət Almaniyada da hökm sürməkdədir. Yəhudi müəssisələrinə hücumlar Almaniyada antisemitizm probleminin mövcud olmasını sübut edir. Bunu Berlinin meri Kay Veqner də etiraf edib. Veqner qeyd edib ki, Almaniyada yaşayan hər kəs bilməlidir ki, bu ölkənin cəmiyyəti açıq və çoxmillətlidir. Şəhər rəhbəri vurğulayıb ki, bu cəmiyyətdə nifrətə, antisemitizmə və İsrail əleyhinə təhriklərə yer yoxdur. Bundan əlavə, Berlin meri Almaniya rəhbərliyinin yürütdüyü cəmiyyətdə antisemit əhvali-ruhiyyənin artmasına səbəb olan miqrantların inteqrasiya siyasətindən də şikayətlənib.
Beləliklə, hər iki ölkədə dəyərlərin aşınması prosesinin sürətli hal alıb və bunun açıq şahidi olmamaq mümkün deyil. Həm Fransa, həm də Almaniya mənəvi aşınmanın astanasındadır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11

