/ / Evləri "Dövlət Bayrağı" Meydanı ərazisində yerləşən paytaxt sakinləri dövlətin onlara verdiyi yeni mənzillərdən razılıqlarını bildirirlər
Evləri "Dövlət Bayrağı" Meydanı ərazisində yerləşən paytaxt sakinləri dövlətin onlara verdiyi yeni mənzillərdən razılıqlarını bildirirlər
22.02.2012 [01:33]
Məlum olduğu kimi, ölkəmizdə quruculuq və abadlıq işləri geniş vüsət alıb. Bu inkişaf Azərbaycanın bütün guşələrini, o cümlədən, paytaxtımız Bakı şəhərini də əhatə edir. Son illər görülən genişmiqyaslı işlər nəticəsində Bakı sürətlə inkişaf edir, yeni yollar çəkilir, körpülər tikilir, eləcə də, sakinlərin və qonaqların istirahəti üçün parklar salınır.
Əlbəttə, bu istiqamətdəki tədbirlər yekunlaşmayıb və qarşıda duran vəzifələr də çoxdur. Məlum olduğu kimi, “Dövlət bayrağı” Meydanının ətrafının abadlaşdırılması, Dənizkənarı Milli Parkın ərazisinin genişləndirilərək bu meydana qədər uzadılması xeyli öncənin nəzərdə tutulan layihəsi idi və hazırda uğurla icra olunmaqdadır. Nəzərə alsaq ki, may ayında Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləcək, onda qeyd edə bilərik ki, şəhərimizdə aparılan quruculuq işləri ikiqat əhəmiyyət daşıyır. çünki dünyanın hər tərəfindən Bakıya gələn xarici qonaqlar paytaxtımızın gözəlliyinin şahidi olacaqlar. Artıq xeyli müddətdir ki, ölkəmiz bu nüfuzlu mahnı yarışmasına yüksək səviyyədə hazırlaşır. Azərbaycan özünün bütün resurslarından maksimum səviyyədə istifadə etməklə bəhs edilən beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi yönündə mühüm hazırlıq tədbirləri görməkdədir.
Təbii ki, həyata keçirilən tədbirlərin əsasında ölkə vətəndaşlarını layiqli həyat şəraiti ilə təmin etmək prinsipi dayanır. Quruculuq işləri ilə əlaqədar şəhərimizdə köhnə tikililər, müəssisələr, eləcə də, yaşayış evləri sökülür. Bütün bunların müqabilində isə dövlət tərəfindən mülkiyyətçilərə konpensasiya ödənilir, evlərindən köçürülən insanlara Bakının müxtəlif yerlərdə mənzillər, yaxud müvafiq maliyyə vəsaiti təklif olunur. Məhz tikinti-quruculuq işləri ilə bağlı “Dövlət Bayrağı” Meydanı ətrafında yaşayan insanlar da bu şərtlər daxilində başqa yerlərə köçürülüb. Qeyd edək ki, qanunvericilikdə də mühüm dövlət layihələrinin həyata keçirilməsi ilə əlaqədar belə tədbirlərin reallaşdırılması öz əksini tapıb.
Amma təəssüf ki, bəzi dairələr bu məsələdən sui-istifadə edərək guya hökumətin insanların mülkiyyət hüququnu pozduğunu iddia edirlər. Həmin iddialarda bildirilir ki, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar icra orqanları əhalinin evlərini sökür və bunun əvəzində isə onları lazımi səviyyədə konpensasiya ilə təmin etmir.
Həmin ərazidə yaşamış sakinlər isə heç də bu iddialarla razı deyil. Həmsöhbətimiz Bəhman Həsənov bildirib ki, son illər paytaxtımız Bakı şəhəri xeyli dərəcədə gözəlləşib. Bakının səviyyəsinə görə artıq dünyanın digər böyük şəhərləri ilə bir sırada dayandığını deyən B.Həsənovun sözlərinə görə, görülən işlər yalnız təqdir olunmalıdır: “Son illər bütün ölkəmiz, xüsusilə, Bakı şəhəri sürətlə inkişaf edir. Gözəl binalar tikilir, yollar çəkilir, sosial infrastrukturlar yeniləşdirilir. Eləcə də, insanların dincəlməsi üçün yaraşıqlı parklar salınır. Bir sözlə, bütün bu işlər insanların rahat yaşayışı üçün edilir. Ona görə də, görülən işlər yalnız yüksək qiymətləndirilməlidir”.
Onun fikrincə, məhz Azərbaycanın inkişafının nəticəsidir ki, “Eurovision-2012” mahnı müsabiqəsində qalib gəlmişik. Həmsöhbətimiz hesab edir ki, bu nüfuzlu yarışmanın Bakıda keçirilməsi Azərbaycanı dünyada daha da yaxşı tanıdacaq.
Mülkiyyət hüququnun təmin olunması məsələsinə gəlincə, o heç bir problemin olmadığını deyib: “Obyektiv səbəblərdən yaşadığımız binadan köçürülmək zərurəti yaranmışdı. Bunun üçün müvafiq dövlət orqanlarının nümayəndələri bizimlə söhbət apardılar. Evimizdən köçmək müqabilində bizə ya başqa evlə təmin olunmaq, ya da maliyyə təklif edildi. Hər iki təklif çox sərfəli idi və biz bunlardan birini-yeni mənzildə yaşamağı seçdik. Ailəmizə Milli Məclisin arxasında tikilmiş binadan 100 kvadrat metrlik ev verildi. Bu ev əvvəlkindən xeyli geniş və əla təmirlidir. Şəraiti yaxşı olmayan evdən belə gözəl mənzilə köçürülməyin nəyi pisdir? Yəni, heç kim bizi nə incitmədi, nə də zorla evimizdən çıxarılmadıq. İndiki şəraitimizdən də çox razıyıq. Ona görə də, kimlərsə bizim adımızdan danışmasa, daha yaxşı olar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27

