Müsavatda sədrlik uğrunda mübarizə İctimai Palatanı da silkələyir
18.02.2012 [09:23]
Artıq xeyli müddətdir ki, Müsavat partiyası daxilində qarşıdurma və gərginlik hökm sürür. Buna səbəb isə partiyanın qarşıdan gələn qurultayı, daha dəqiq desək, qurultayda gözlənilən sədr seçkisidir. çünki partiyanın Nizamnaməsinə görə, hazırki sədr İsa Qəmbər yenidən bu posta seçilə bilməz. Lakin partiya daxilindəki son proseslər vəziyyətin heç də normal axarla inkişaf etmədiyindən xəbər verir.
O mənada ki, partiya daxilində İsa Qəmbərə yaxınlıqları ilə seçilənlər müxtəlif təkliflər səsləndirməkdədirlər. Bu təkliflərin isə yalnız bir məqsədə-İsa Qəmbərin sədr postunda qalmasına xidmət etdiyi kimsəyə sirr deyil. Onlar, eyni zamanda, iddia edirlər ki, İsa Qəmbər sədrlikdən getsə, o zaman bu partiya dağılacaq.
Lakin Müsavat daxilində hamı bu cür düşünmür və İ.Qəmbərin sədrlikdən getməsini istəyənlər də var. İsa Qəmbərin getməsini arzulayanlar sədrliyə iddialı olan Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılı və Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan Vurğun Əyyubdur. Heç şübhəsiz, İ.Qəmbərin rəhbərlik etdiyi Müsavatın bu günə qədər hər hansı bir seçkidə uğur qazana bilməməsi partiyadaxili müxaliflərin ona qarşı məhz bu faktdan istifadə edəcəklərini deməyə əsas verir. Yeri gəlmişkən, Arif Hacılı müxtəlif bəyanatlar verməklə İsa Qəmbərin sədrlikdən getməsinin zəruri olduğunu ifadə edir və özünü ona başlıca opponent qismində təqdim edir. öz növbəsində Vurğun Əyyub da KİV-ə verdiyi açıqlamada dolayısı ilə İsa Qəmbərin sədrlikdən getməsinin zəruri olduğunu vurğulayır.
Eyni zamanda, hər iki şəxsin rəhbərlik etdiyi partiyadaxili qruplaşmalar arasında da savaş gedir və bu qarşıdurma daha da şiddətlənməkdədir. Yəni, indiki halda görünən odur ki, istər Arif Hacılıya, istərsə də Vurğun Əyyuba yaxın qruplaşmalar İsa Qəmbərin sədrlikdən getməsində israrlıdırlar. Lakin eyni zamanda, hazırda İsa Qəmbərə qarşı çıxan bu iki qruplaşma arasında da çarpışma gedir. Bu çarpışmanın mərkəzində isə İsa Qəmbər sədrlikdən getdikdən sonra partiyaya nəzarət istəyi dayanır.
Yeri gəlmişkən, Müsavat daxilində baş verən qarşıdurma və gərginlik öz növbəsində İctimai Palatanı (İP) da silkələməkdədir. Buna səbəb isə partiya sədrliyinə iddialı olan Arif Hacılı və Qubad İbadoğlunun İsa Qəmbərin növbəti prezident seçkilərində İP-in vahid namizədi olmasına dair səsləndirdikləri təklifdir. Onlar partiyanın qurultayında İsa Qəmbərin İP-in vahid namizədi kimi prezidentliyə namizədliyinin irəli sürülə biləcəyini bəyan ediblər. Əksər müşahidəçilərin də vurğuladıqları kimi, əslində, bu, qeyri-real görünür. Yəni, onların hər ikisi təkliflərinin keçməyəcəyini, daha doğrusu, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin İsa Qəmbərin İP-in prezidentliyə vahid namizədi olmasına imkan verməyəcəyini çox gözəl bilirlər.
Yeri gəlmişkən, AXCP-nin bu təklifə reaksiyası özünü çox gözlətməyib. Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında partiyasının bu məsələ ilə bağlı fikirlərinin fərqli olduğunu deyib: “Biz hesab edirik ki, 2013-cü il prezident seçkilərinə il yarım qalmış indidən namizəd məsələsinin gündəliyə gətirilməsi doğru deyil”.
Fuad Qəhrəmanlının sonrakı fikirləri isə İsa Qəmbərin İP-in vahid namizədi olmasına dair təklifin heç bir zaman reallaşmayacağını deməyə əsas verir. Məsələn, o bildirib ki, ümumiyyətlə, bu məsələ müxalifətin vahid namizədi formatında həll olunmalıdır, nəinki ayrı-ayrı müxalifət partiyaları tərəfindən namizədlərin irəli sürülməsi formatında: “Bu isə zamanı gələndə, yəni, seçki kampaniyası başlayarkən həll olunan bir məsələdir. İndidən bu cür müzakirələrin açılması mübahisələrə səbəb olan polemikaların yaranmasına gətirib çıxarar. AXCP olaraq namizədlərin şəxsiyyəti ətrafında hər hansı kampaniyanın aparılmasını ümumi demokratik prosesə xidmət edən mövqe kimi qəbul etmirik”.
Beləliklə, görünən odur ki, “İsa Qəmbər İP-in prezidentliyə vahid namizədi olsun” təklifinə AXCP F.Qəhrəmanlının timsalında konkret olaraq “yox” deyir. Daha doğrusu, AXCP-nin sədr müavinin müxalifətin vahid namizədinin konkret partiyalar tərəfindən deyil, ümumi müxalifət tərəfindən müəyyənləşməsi təklifi, əslində, müxalifətin vahid namizədinin olmayacağı kimi qəbul edilməlidir. çünki AXCP funksionerləri istər AMİP-in, istərsə də Rəsul Quliyevin lideri olduğu ACP-nin İsa Qəmbərin prezidentliyə vahid namizəd olmasına heç bir halda razılıq verməyəcəyini gözəl bilirlər. Heç şübhəsiz, İsa Qəmbər də F.Qəhrəmanlının timsalında səslənən bu fikirlərin, əslində, AXCP-nin onun İP-in vahid namizədi olmasını arzulamadığına işarə etdiyini gözəl bilir. Və buna görə də, Müsavat sədrinin qarşı tərəfə hansısa bir formada adekvat reaksiya verəcəyi gözləniləndir. Odur ki, yaxın vaxtlarda İP daxilində yeni savaşın başlayacağı qaçılmazdır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46

