Türkiyənin sülh təşəbbüsləri...
24.10.2023 [10:38]
Rəcəb Tayyib Ərdoğan insani faciələrə ən qısa zamanda son qoyulması üçün hərəkətə keçməyin vacibliyini vurğulayıb
Türkiyə regionda söz sahibi olan güclü dövlət kimi daim sülhün və sabitliyin tərəfdarı kimi çıxış edir. Yaxın Şərqdə davam edən mövcud gərginliklər fonunda qardaş dövlət eyni mövqeyini bir daha nümayiş etdirib. Hadisələr alovlandığı zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hücumlarının miqyasını genişləndirməyərək, əməliyyatları dərhal dayandırmağa çağırıb. Bu barədə dövlət başçısının “X” sosial şəbəkəsindəki rəsmi hesabındakı paylaşımında vurğulanıb. Rəcəb Tayyib Ərdoğan bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzzada humanitar atəşkəsin tezliklə bərqərar edilməsi təşəbbüsləri səmimi şəkildə dəstəkləməyə dəvət etdiyini də bildirib: “Türkiyə daha çox günahsız insanın qanının tökülməsinin, daha humanitar böhranların qarşısını almaq və Fələstindəki münaqişələrin dönüşü olmayan nöqtəyə çatmadan həlli üçün üzərinə düşəni etməyə davam edəcək”.
Bu mövqeyi oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberqlə telefon danışığında bir daha səsləndirib. Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatın bildirilib ki, telefon danışığı zamanı tərəflər Qəzzada son vəziyyəti, insan haqlarının pozulmasının qarşısını almaq üçün görüləcək işləri və humanitar yardımların mülki vətəndaşlara fasiləsiz çatdırılmasını müzakirə ediblər. “Prezident Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin münasibətinin Qəzzada insan haqları pozuntularını artırdığını, ölkələrin İsraili dayandırmaq üçün səy göstərməməsinin ağır nəticələrə gətirib çıxaracağını, Qərbin və dünya ictimaiyyətinin göz önündə baş verən və görməzlikdən gəlinən insani faciələrə ən qısa zamanda son qoyulması üçün hərəkətə keçməyin vacibliyini vurğulayıb”-deyə, məlumatda qeyd olunub.
Göründüyü ki, Türkiyə regionda sabitliyin təmin olunması üçün fəal siaysət yürüdür. Təəssüf ki, bir sıra Qərb dövlətləri sözdə sülhdən danışsalara da, reallıqda münaqişələrin davam etməsində maraqlıdır. Yaxın Şərqdə münaqişənin uzun illərdir davam etməsi də buna sübutdur. Onlardan fərqli olaraq, rəsmi Ankara münaqişələrin həlli üçün real addımlar atır, sülh naminə səmimi olaraq çalışır. Lakin sülhə əngəl olan beynəlxalq güclər isə Türkiyənin bu təşəbbüslərinə qarşı çıxırlar.
Yaxın Şərqdə münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası vaxtilə bölgədə iki dövlət yaradılması ilə bağlı sənəd qəbul edib. Türkiyə problemin bu prinsip əsasında həlli üçün dəfələrlə beynəlxalq ictimaiyyətə səslənib. Amma görünən odur ki, beynəlxalq güclər öz maraqları naminə münaqişənin həllinə imkan vermirlər.
Türkiyənin Rusiya-Ukrayna probleminin həllində də fəal vasitəçiliyi göz önündədir. Burada da, müəyyən aktorların mövqeyi münaqişənin həllinə başlıca əngəl yaradır.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34

