/ / Türkiyəli vətənpərvərlər düşmənlə əlbir çalışan satqın qüvvələrə qarşı etiraz səslərini ucaldırlar
Türkiyəli vətənpərvərlər düşmənlə əlbir çalışan satqın qüvvələrə qarşı etiraz səslərini ucaldırlar
28.01.2012 [00:22]
Yeri gəlmişkən, qeyd edək ki, Türkiyədəki bəzi antimilli dairələrdə son dövrlər Azərbaycan dövlətinə və xalqımıza qarşı müəyyən qərəzli mövqelərin genişləndiyini görürük. Bəzi maraqlı qüvvələrin əlində alət rolunu oynayan köşə yazarları öz köşələrində ictimaiyyəti inandırmağa çalışırlar ki, guya Fransa Senatının məlum qərarından sonra Azərbaycan susqunluk göstərib, Türkiyəni tək qoyub. Bunu yazanlara sadəcə bir neçə məqamı xatırlatmaq istərdik. Hələ bu məsələ Senatda müzakirəyə çıxarılmamış Azərbaycanda bütün ölkə rəsmiləri, hökumət orqanlarının təmsilçiləri o cümlədən, ölkənin xarici siyasətini həyata keçirən Xarici İşlar Nazirliyi, Milli Məclis, ayrı-ayrı siyasətçilər, tanınmış ictimaiyyət xadimləri, jurnalistlər Fransaya qarşı şiddətli etirazlarını bildirdilər, həm Parisdə, həm Bakıda bu məqsədlə etiraz aksiyaları keçirdilər. Bunlar təkcə Fransaya etiraz deyil, həm də dost və qardaş Türkiyə dövlətinə dəstək məqsədi daşıyırdı. Bu aksiyalar bu gün də davam edir. Bütün bunlara baxmayaraq, bəzilərinin hələ də Azərbaycanın etiraz etmədiyini söyləməsi xüsusi məqsədlərə xidmət edən ağ yalandan başqa heç nə deyil. Amma bu yalan ayaq tutub yeriyə bilməz. Ən azından ona görə ki, tanınmış türkiyəli professor ümit özdağın, Türkiyə Böyük Millət Məclisinin İğdır millət vəkili Sinan Oğanın və bu kimi digər vətənpərvər insanların timsalında belə qara qüvvələrə layiqli cavablar verilir.
TBMM - nin üzvü Sinan Oğan məsələylə bağlı deyib ki, ötən həftə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərliyində təmsil olunan şəxs kimi Azərbaycana səfər edib: “Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə, xarici işlər naziri Elmar Məmmədyarov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və bir çox qurumların rəhbərləri və media təmsilçiləri ilə görüşdük və hamının bu məsələdə bizə dəstək verdiyinin şahidi oldum”.
Professor ümit özdağın bu kimi təxribatlara qarşı etirazı isə daha sərt olub. O, öz köşə yazısında qeyd edib ki, Türkiyədə bəzi dairələr Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq üçün əllərinə düşən hər fürsətdən istifadə edirlər. “Azərbaycan yalanları” adlı köşə yazısında o, Fransa Senatında qondarma “erməni soyqrımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulundan sonra Türkiyənin bəzi media qurumlarında Azərbaycan əleyhinə kampaniya aparıldığını xatırladaraq bu iddiaların yalan olduğunu, Azərbaycanın Fransanın bu addımına qarşı lazımi addımlar atdığını bildirib: “Fransa Senatında məlum qanun qəbul olunduqdan sonra Türkiyədə bu dairələr Bakının Parisə zəruri etiraz etmədiyi barədə yalanlar yaymağa başladılar. Təəssüf ki, bu yalanlara inanan, yaxud yalan olduğunu bilərək səhifələrində yer verən AKP hökumətinin nəzarətində olan qəzetlər qardaş Azərbaycan haqqında əsası olmayan yalan xəbərlər yayımlayırlar”.
Professor ümit özdağ rəsmi Bakının Fransaya münasibətdə atdığı addımlara da köşə yazısında yer verib. O, yazısında Azərbaycan rəhbərliyinin Fransanın atdığı bu addımın səhv olduğunu və Azərbaycan-Fransa münasibətlərinə xələlə gətirəcəyi barədə bəyanatla çıxış etdiyini, Azərbaycan parlamentində bu məsələ ilə bağlı xüsusi müzakirələr keçirildiyini və 125 millət vəkilinin imzası ilə Fransa Senatına müraciət göndərildiyini, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi bəyanatla çıxış etdiyini, Fransa səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona etiraz bildirildiyini, Azərbaycanın Fransadakı səfirinə Türkiyənin bu ölkədəki səfiri ilə birlikdə Senata getmək və görülən işləri birgə koordinasiya etmək təlimatı verildiyini, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Fransa prezidentinə məktub yazdığını qeyd edib.
ümit özdağ yazısında Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparanların İrəvanın dəyirmanına su tökənlər olduğunu bildirib: “Belə bir söz var: “Əsgərə düşmən olan düşmən əsgəri olar”. çox gözəl sözdür. Bunu “Bakıya düşmən olan İrəvanın əsgəri olar” şəklində də deyə bilərik. İndi Türkiyədə “Hamımız erməniyik” şüarı dəbdədir, deməli, bəziləri üçün İrəvana əsgərlik etmək problem yaratmır. Allaha şükür ki, Bakıda hakimiyyəti hələ də türklər idarə edir”.
Bəli, ümit özdağın da dediyi kimi, əsl türk, damarında türk qanı axan türk oğlu türk iki qardaş ölkə arasında narazılıq yaratmağa, xalqlarımızı bir-birinə bağlayan tellərə zərbə vurmağa çalışmaz. Bu, düşmən mövqeyidir, erməni istəyinə xidmət etməkdir. Türk isə həmişə düşmənə qarşı vuruşub, səngərdə sinə gərib, canından keçib, amma haqq mübarizəsindən dönməyib. Görünür, bu gün bəziləri, tarixi dəyərlərini, türkü uca edən mübarizliyi unudaraq ucuz satılmağı, düşmənlə əlbir olmağı özünə şərəf bilir. Amma əminik ki, bu günə qədər bizi birləşdirən, yaşadan dəyərlər bu sınaqdan da uğurla çıxacaq, milli maraqlarımızı düşmən qarşısında satan arsızlar isə boynu bükük gəzməyə məcbur olacaqlar.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

