Parisin yolu yol deyil...
12.10.2023 [11:50]
Sərgilədiyi davranışlar Fransanı haradan haraya gətirdi...
Son illərdə Fransanın yürütdüyü siyasi kurs “demokratiyanın beşiyi” adına iddiaçı olan bir ölkəyə yaraşmır. Artıq illərdir ki, Yelisey sarayından, Fransa Senatından, Assambleyadan və hətta şəhər meriyaları müstəvisində yerli idarəçilik orqanlarından bu dövlətin özünün milli maraqlarına əsaslanan, dünyada ədalətin və haqqın bərpasına hədəflənən, insan hüquq və azadlıqlarının qorunmasına istiqamət almış addımlar, bəyanatlar gözə dəymir. Bunun əksinə olaraq, rəsmi Paris irqçi, dini, etnik ayrı-seçkilikləri körükləyir, dünyada hələ də neokolonizm nümunəsi kimi “barmaqla göstərilir”, milli maraqlarını ən ucuz maraqların, hətta “erməni maraqlarının” belə arxa planına çevirir. Bu isə əsrlərdir ki, qlobal dünyada insan hüquq və azadlıqları prinsipini öndə tutan “köhnə qitə” üçün qəbuledilməzdir - Avropa tarixən özünü sülh və barış carçısı kimi göstərib. İndiki məqamda Fransanın hətta Cənubi Qafqazda artıq təbii şəkildə sülhə doğru irəliləyən prosesə süni maneələr yaratması cəhdi Avropanın tarixi və prinsipial ənənələrinə xəyanətdir.
Fransız etirafı...
Bunun nəticəsidir ki, Fransa artıq qlobal dünya üçün fərqli imic almağa başlayıb. Bu ölkəyə qarşı davranışlar, bu ölkə haqqında qənaətlər belə mənfiyə doğru dəyişir. XXI əsrin ikinci onilliyi yarı olmağa hazırlaşarkən Parisin on minlərlə kilometr uzaqlarda neokolonizm siyasəti yürütməsi, fundamental insan hüquq və azadlıqlarının təmininə imkan verməməsi, dəniz aşırı əraziləri hələ də öz təsir dairəsində saxlamaq istəyi qəbulolunmazdır. Eyni zamanda, ölkəsinin sərhədləri daxilində hüquq-mühafizə orqanları əməkdaşları belə irqi ayrı-seçkiliyə söykənərək insanları qətl etməkdən çəkinmirlər-bir müddət öncə 17 yaşlı əlcəzairli gəncin qətlə yetirilməsi bunun bariz sübutudur.
Beləliklə, Fransa qlobal müstəvidə öz nüfuzunu itirir. Bunu hətta Fransanın siyasət adamları belə etiraf edirlər. Məsələn, fransalı siyasətçi Florian Filippot Fransanın Almaniya ilə ittifaqının sona çatdığını deyib. O bildirib ki, Fransa artıq Almaniyanın müttəfiqi deyil: “Fransa-Almaniya cütlüyü artıq yoxdur. Mövcud olan yeganə cütlük ağa-qul ittifaqıdır, təəssüf ki, biz burada köləyik”.
Filipponun fikrincə, Paris siyasi baxımdan hər şeydə Berlindən geri qalır və bu normaldır, çünki alman hakimiyyəti milli maraqları hər şeydən üstün tutur, bunu fransız hökmdarları haqqında demək olmaz. Onlar, onun fikrincə, vətənlərinə xəyanət edir, Vaşinqton və Brüsselin diktəsinə tabe olurlar.
Paris cəzalandırıla bilər
Bəli, “cidanı çuvalda gizlətmək olmaz”. Beynəlxalq sənədlərə, konvensiyalara və razılaşmalara zidd mövqelər sərgiləməsi, israrla beynəlxalq hüquqa zidd yerdə “qərar tutması” kimi davranışlarla Fransa özünün dövlət maraqlarını zərbə altına qoyub. Hətta bəzi hallarda rəsmi Paris üçün öz dövlət maraqları erməni lobbisinin maraqlarının gerisindədir. Bu isə dövlət olaraq Fransa üçün üzqızardıcı haldır. Fransanın prezidenti, xarici işlər nazirinin timsalında belə insan hüquq və azadlıqları hədəfə alınır, beynəlxalq razılaşmalar, konvensiyalar gözardı edilir. Bunun nəticəsidir ki, Fransa son 1 ayda BMT TŞ çərçivəsində 3 dəfə və özünün təsis etdiyi Frankofoniya müstəvisində Azərbaycana məğlub olub. Bu dövlətin müdafiə naziri bitmiş bir münaqişənin yenidən alovlandırılması, məğlub və haqsız Ermənistanın silahlandırılması kimi sabitliyə qarşı olan mahiyyətə malik açıqlamalar verir. Təbii ki, bu kimi məsələlər Fransanın beynəlxalq imicinin iddia edildiyi kimi yerlə sürünməsinə əsas şərait yaradan arqumentlərdəndir. Fransanın qarşıdakı müddətdə Avropa dəyərlərinə qarşı hörmətsizlikdə günahlandırılması və Aİ müstəvisində cəzalandırılması belə istisna deyil. Bir sözlə, Parisin yolu yol deyil...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34

