Fransa Senatının qərarı Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirir
25.01.2012 [00:54]
Azərbaycan Prezidenti Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsinə münasibət açıqlayıb. APA-nın məlumatına görə, şöbə müdiri bildirib ki, Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Fransanın “Respublika Demokratiyasının” ruhu və mahiyyəti ilə ziddiyyət təşkil edir və bizdə böyük təəssüf hissi doğurur: “Bu qanun nə hüquqi baxımdan, nə də mənəvi baxımdan əsaslandırılması mümkün olmayan, yalnız hakim partiyanın və erməni lobbisinin təsiri altında olan senatorların qərəzli fəaliyyətinin nəticəsi kimi səciyyələndirilə bilər. Qanunun qəbul edilməsini qeyri-mümkün edən arqumentlər kifayət qədərdir. Onlardan yalnız üçünü sadalamaq olar:
- Birincisi, bu qanunun Fransa Konstitusiyası ilə ziddiyyət təşkil etməsi riski böyük olduğuna görə onun Konstitusiya məhkəməsi tərəfindən ləğv edilməsi mümkündür. Aşağıdakı məqamlar bunu bir daha sübut edir: 1) hakimiyyətlərin bölgüsü prinsipinə ziddir, qanunverici hakimiyyət hakim rolunu oynaya bilməz; 2) qanunverici orqan özünün bayağılaşdırılmasına gətirib çıxaracaq hər hansı istənilən məsələ ilə bağlı qanun qəbul edə bilməz; 3) qanunun icrasını təmin edən hakimlər nəyin əsasında cinayət tərkibini müəyyən edəcəklər, iddia edilən soyqırımla bağlı heç bir beynəlxalq yurisprüdensiya yoxdur.
- İkincisi, bu qanun demokratiya prinsipləri və fundamental insan azadlıqları ilə ziddiyyət təşkil edir. İnsan hüquqlarına dair Beynəlxalq Bəyannamənin 19-cu maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq insan öz fikir və düşüncəsini azad şəkildə ifadə etmək hüququna malikdir. Bu hüququn təmin edilməsi Fransa Konstitusiyasında əksini tapıb.
- üçüncüsü, qanun elm adamlarının azad şəkildə tədqiqat aparmasına mane olur, onların obyektiv tarixi məlumatları mənbələrdə olduğu kimi təhlil etmək əvəzinə qanunun mahiyyətinə uyğun olaraq susmalarına gətirib çıxaracaq”.
E.Aslanovun fikrincə, bunun özünü insan hüquqlarının beşiyi hesab edən bir dövlətdə baş verməsi təəssüf hissi doğurur: “Məsələyə rasional yanaşma, Türkiyə tərəfinin təklif etdiyi kimi, onun tarixçilər tərəfindən araşdırılmasını zəruri edir. Lakin erməni tərəfi hər zaman bu ideyadan qaçıb, tarixi sənədləri və faktları arxivdə saxlamağa üstünlük verib. Fransa Senatının bu qərarı Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirir. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması dialoq və konstruktiv mövqe nümayiş etdirilməsini tələb edir. Azərbaycan qondarma “soyqırımı” məsələsində hər zaman Türkiyənin mövqeyini dəstəkləyib və onun yanında olub. Bu, Azərbaycanın prinsipial mövqeyidir, tarixi hadisələrə “siyasi” və “diskriminativ” yanaşma qeyri-məqbuldur. Ermənilər heç də iddia etdikləri kimi “məzlum” xalq deyillər, onlar yaxın tarixdə Xocalıda dinc azərbaycanlıların soyqırımını törədiblər. Fransa parlamenti Xocalı soyqırımına hüquqi qiymət verməlidir”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

