Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
21.09.2023 [19:56]
Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.
İclasda YAP-ın Təftiş Komissiyasının sədri, partiyanın Mərkəzi Aparatının əməkdaşları və yerli təşkilatların sədrləri də iştirak ediblər.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərinin uğurla başa çatmasının əhəmiyyətindən bəhs edib. Bu hadisəni Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin növbəti təntənəsi kimi qiymətləndirən YAP Sədrinin müavini qeyd edib ki, antiterror tədbirlərinin Ermənistana dəstək verən beynəlxalq dairələrin ölkəmizə qarşı nümayiş etdirdiyi qeyri-obyektiv və qərəzli münasibət fonunda baş verməsinə baxmayaraq, Prezident İlham Əliyevin dəmir iradəsi və prinsipial mövqeyi nəticəsində Azərbaycanın haqq işi növbəti dəfə qələbə ilə yekunlaşdı. Bu, eyni zamanda, dövlətimizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi və nüfuzunun daha da artması istiqamətində çox önəmli addım oldu.
Tahir Budaqov vurğulayıb ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Efkan Ala telefon zəngi edərək antiterror tədbirlərinin uğurla yekunlaşması münasibətilə YAP-a təbriklərini çatdırıb, Türkiyənin hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacağını ifadə edib. Telefon danışığı zamanı Azərbaycana verdiyi dəstəyə, ölkəmizin haqlı mövqeyinin müdafiəsinə görə Türkiyə tərəfinə təşəkkür bildirilib.
YAP Mərkəzi Aparatının rəhbəri 21 sentyabrın Ümumdünya Sülh Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb: “Ümid edirik ki, bu gün Yevlax şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş də sülhə xidmət edəcək. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.
Sonra YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib.
Əvvəlcə YAP Goranboy rayon təşkilatının sədri Elçin Şamil oğlu İsmayılovun vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.
Sonra YAP Füzuli rayon təşkilatının sədri vəzifəsinə Nazimə Pəsərək qızı Şamıyevanın, YAP Goranboy rayon təşkilatının sədri vəzifəsinə isə Samir Hatəm oğlu Qocayevin təyin edilməsi məsələsinə baxılıb. Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Bahar Muradova, Bayram Aslanov və Cavid Osmanov çıxış edərək hər iki namizədi şəxsən tanıdıqlarını, onların bu günədək partiyanın yerli təşkilatlarında göstərdikləri fəaliyyətin və potensiallarının irəli sürülən vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verdiyini bildiriblər. Müzakirələrdən sonra hər iki namizədin irəli sürülən vəzifələrə təyin olunması barədə qərar qəbul olunub. Nazimə Şamıyeva və Samir Qocayev çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını söyləyiblər.
İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. İdarə Heyətinin üzvü Elnarə Akimova çıxış edərək məsələyə münasibət bildirib. 304 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.
Sonda cari məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34

