/ / Rəsmi Bakı "Siyasi partiyalar haqqında" qanunla bağlı Venesiya Komissiyası ilə razılaşmadığı məqamları açıqlayıb
Rəsmi Bakı "Siyasi partiyalar haqqında" qanunla bağlı Venesiya Komissiyası ilə razılaşmadığı məqamları açıqlayıb
21.12.2011 [01:47]
“Biz Venesiya Komissiyası ilə apardığımız iki müzakirədə - istər ötən ay, istərsə də sonuncu müzakirələrdə Azərbaycan dövlətinin siyasi partiyalarla bağlı hazırladığı qanunun ümumi məntiqini ortaya qoyduq. Məntiq də ondan ibarətdir ki, biz 1992-ci ildə qəbul olunmuş və Azərbaycanın Konstitusiya normalarına, sonrakı siyasi inkişafın tələblərinə cavab verməyən qanun yeni, daha dinamik vəziyyətə salınmalı, indiki tələblərə uyğunlaşdırılmalıdır”, - bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, eyni zamanda, bu qanuna əlavə və dəyişikliklərin edilməsi ondan irəli gəlirdi ki, Azərbaycan hökuməti siyasi partiyaları dövlət büdcəsindən maliyyələşdirmək iradəsini ortaya qoyub: “Azərbaycan hökuməti digər inkişaf etmiş ölkələrdə olduğu kimi, siyasi partiyaları kənar təsirlərdən, o cümlədən kənar maliyyə təsirlərindən azad etmək istəyini nümayiş etdirir. Belə olan halda, əlbəttə, siyasi partiyaların xarici ölkələr tərəfindən maliyyələşdirilməsi və yaxud xarici vətəndaşların siyasi partiya üzvü olması anlamı bizim hazırkı vəzifələrimizə uyğun gəlmir. Ona görə də biz bəri başdan bəyan etdik ki, Venesiya Komissiyasının Avropa İttifaqı ölkələri üçün məqbul saydığı normalar Avropa Şurasının digər üzvləri üçün məqbul hesab olunmur və indiyə qədər bu ölkələrin heç birində belə bir qanun olmayıb ki, xarici vətəndaşlar ölkədə siyasi partiya yarada, onu maliyyələşdirə və hakimiyyət uğrunda mübarizə apara bilərlər”.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan əvvəlcədən bəyan edib ki, bu norma Azərbaycan üçün məqbul deyil və hansı rəy verilməsindən asılı olmayaraq, Azərbaycan Parlamenti belə bir qanunu qəbul edə bilməz.
Ə.Həsənov bildirib ki, digər müzakirə olunan məsələ siyasi partiyaların Konstitusiya quruluşuna qarşı çıxmasıdır: “Bu da Venesiya Komissiyası ilə bizim aramızda ciddi müzakirə mövzusu oldu. Bizim təqdim etdiyimiz müddəada göstərilir ki, siyasi partiya Konstitusiya quruluşuna qarşı zorakı yollarla mübarizə apararsa, onun bağlanması məsələsi qoyulur və bu partiya bağlanılır, bir siyasi institut kimi ləğv olunur. Venesiya Komissiyası bu məsələdə müəyyən qədər tərəddüd edir, Konstitusiya quruluşuna qarşı mübarizənin digər formaları haqqında mülahizələr irəli sürülür. Əlbəttə, orada açıq şəkildə yazılıb ki, söhbət siyasi partiyaların zorakı formada fəaliyyətindən gedir”.
PA-nın şöbə müdirinin bildirdiyinə görə, digər bir mübahisə predmeti ondan ibarət oldu ki, Azərbaycan hesab edir ki, siyasi partiyalar getdikcə birləşməlidir, bunlar arasında bir müəyyən konsolidasiya getməlidir və əgər dövlət büdcəsindən maliyyələşmə gedirsə, partiyaların sayı kifayət qədər dövlətin siyasi həyatına adekvat olmalıdır: “Belə olan halda biz siyasi partiyaların yaradılması meyarlarında dayanan əvvəlki min adam blankasını, ölçüsünü 5 minə qaldırmağı təklif etmişik. Əgər bir siyasi partiya doğrudan da partiya olmaq istəyirsə, seçkilərdə iştrak etmək istəyirsə, dövlət maliyyələşməsinə düşmək istəyirsə, onun üzvlərinin sayı 5 mindən az olmamalıdır. Əlbəttə, Venesiya Komisiyası hesab edir ki, bu, çətinlik yarada bilər, ancaq biz hesab edirik ki, bu, heç bir çətinlik yaratmayacaq. İndiyə qədər mən eşitməmişəm ki, hansısa partiya bəyan edə ki, onun üzvlərinin sayı 5 mindən azdır. Hər partiya hesab edir ki, onun üzvlərinin sayı 5 mindən qat-qat çoxdur və ona görə də bu məsələ Azərbaycan üçün heç bir problem yaratmayacaq”.
Ə.Həsənov bildirib ki, digər bir məsələ partiyaların fəaliyyətinin dayandırılması proseduru ilə bağlıdır: “Burada söhbət ondan gedir ki, siyasi partiyanın fəaliyyətini kim və hansı halda dayandıra bilər. Qanuna əlavə və dəyişikliklərdə bu məsələlərə dəqiq ölçülər qoymuşuq: hansı halda qeydiyyat orqanı, yəni Ədliyyə Nazirliyi siyasi partiyanın bağlanması təşəbbüsü ilə çıxış edə bilər. çünki partiyaları qeydiyyata alan orqan Ədliyyə Nazirliyidir. Ancaq partiyaların bağlanması haqqında qərarı istənilən halda məhkəmə verir. Məhkəmə müstəqil bir qurumdur. Ona görə də məhkəmənin müstəqilliyinə heç kimin şübhəsi ola bilməz. Bu məsələdə də düşünürəm ki, Venesiya Komissiyasının irəli sürdüyü irad və yaxud tövsiyə müəyyən qədər bizim tərəfimizdən anlaşılmazdır”.
Onun sözlərinə görə, digər müzakirə olunan məsələ isə həmkarlar təşkilatlarının siyasi partiyalara münasibəti, siyasi proseslərdə iştirakı məsələsi idi: “Biz bu məsələdə də ümumi razılaşdırılmış vəziyyətə gəldik ki, həmkarlar ümumiyyətlə siyasətdə iştirak etmir, amma hər bir həmkarlar özü ayrıca olaraq siyasi partiyanın üzvü ola bilər, siyasi partiyaya maliyyə yardımı göstərə, siyasi partiyanın təşkilində iştrak edə bilər. Amma ümumən həmkarlar təşkilatları tərəfsiz təşkilatlardır və siyasətdə iştrak etmir”.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26

