Sürix protokolları Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olub
29.09.2011 [11:10]
“WikiLeaks” saytı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin ABŞ-ın ssenarisi əsasında həyata keçirildiyini, rəsmi Vaşinqtonun bu prosesə tam dəstək verdiyini təsdiqləyən materiallar dərc edib. ABŞ-ın 2008-ci ildə Ermənistana təyin etdiyi səfir Mari Yovanoviçin Vaşinqtona göndərdiyi teleqramdan məlum olur ki, onun Ermənistanda əsas vəzifəsi “futbol diplomatiyası” çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, “Yol xəritəsi” (aprel, 2009) və nəhayət Türkiyə-Ermənistan protokollarının imzalanması prosesi üçün maksimum münbit siyasi şərait formalaşdırmaq olub.
Sənədlərə əsasən, bu istiqamətdə səfir Mari Yovanoviçin qarşısında iki mühüm vəzifə dayanıb - Serj Sarkisyan administrasiyasına hərtərəfli dəstək vermək və hakimiyyəti o zaman Erməni Milli Konqresində təmsil olunan parlamentdənkənar müxalifətdən qorumaq. ABŞ səfirinin göndərdiyi teleqramlardan görünür ki, Mari Yovanoviç ABŞ-ın təşəbbüsü ilə başlayan, Avropa Birliyi və Rusiyanın dəstək verdiyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə Erməni Milli Konqresinin və onun lideri Levon Ter-Petrosyanın dəstəyini təmin etməyə çalışıb. ABŞ-ın ikinci məqsədi isə Serj Sərkisyan müqavimət göstərəcəyi təqdirdə Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsi məsələsində ona qarşı Erməni Milli Konqresinin simasında güclü və birləşmiş müxalifət formalaşdırmaq olub. Lakin Erməni Milli Konqresi və onun lideri ümumilikdə Ermənistan-Türkiyə münasibətlərini dəstəkləsələr də, bir sıra səbəblərə görə, ABŞ siyasətinin farvateri ilə hərəkət etmək istəməyiblər. Bu səbəblər Levon Ter-Petrosyanın Ermənistan və Türkiyə tarixçilərindən ibarət müştərək komissiyasının yaradılmasına qarşı çıxması olub: “Erməni müxalifəti hesab edir ki, bu komissiyanın yaradılması “erməni soyqırımı” faktını şübhə altına ala bilər. Digər bir tərəfdən, belə bir komissiyanın fəaliyyət göstərməsi Türkiyə ilə Ermənistan arasında problemlərin nizamlanmasına gətirib çıxarmayacaq, əksinə tərəflər bu faktdan daxili və xarici siyasətdə PR vasitəsi kimi istifadə edəcəklər ki, bu da qəbul olunmazdır. İkinci bir amil odur ki, rəsmi Vaşinqton və tərəfdaşları dəfələrlə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bir-biri ilə əlaqəsi olmayan proses adlandırsalar da, Ankara şübhəsiz ki, protokolları ratifikasiya etmək üçün Ermənistandan Dağlıq Qarabağ məsələsində güzəşt tələb edəcək. Bundan başqa, Ankara imzalanan protokolları ATƏT-in Minsk qrupunun daimi üzvü statusundan istifadə edərək vasitəçi ölkələr sırasına daxil olmaq üçün ciddi səylər göstərəcək ki, bu da Ermənistan üçün yolverilməzdir”.
Açıqlanan sənədlər göstərir ki, ABŞ-ın İrəvanda yürütdüyü siyasət sadə sxem üzrə qurulub - Serj Sarkisyan administrasiyasına dəstək vermək, eyni zamanda, müxalifəti öz məqsədi üçün istifadə etmək. Lakin bu sxem effekt vermir, çünki müxalifət Vaşinqtonun dəstəyi naminə ABŞ-ın diktəsi ilə hərəkət etmək istəmir. Həmçinin, amerikalı diplomatlar bu mühüm vəzifəni yerinə yetirmək üçün eks-prezident Robert Köçəryan, parlamentin sədri Ovik Abramyan və klan-oliqarx piramidalara geniş diqqət ayırıblar. Depeşa müəllifləri yazır ki, prezident Serj Sarkisyan üçün ən böyük təhlükəni onu prezident kürsüsünə əyləşdirən qüvvələr, məsələn parlament spikeri Ovik Abramyan doğurur.
Sənədlərdə Sürix protokolunun imzalanması ilə yekunlaşan prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maneçilik törətdiyi qeyd edilir: “Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan da bildirib ki, Serj Sarkisyan erməni hərbi birləşmələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri boyunca yaradılacaq “təhlükəsizlik zonası”ndakı beş rayondan çıxarmağa hazır idi, lakin Türkiyə-Ermənistan protokolları ilə bağlı məsələ buna mane olub”.
Məktublardan görünür ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasının əsas müəllifi və ilhamvericisi məhz Obama administrasiyası olub. Sənədlər təsdiq edir ki, bu məsələ başlamamışdan və Sürix protokolları imzalanmamışdan öncə Ermənistan hakimiyyəti 5 rayonun qaytarılmasına və digər məsələlərlə bağlı danışıqların davam etdirilməsinə razı olub. Lakin ABŞ-ın ciddi təzyiqlərindən sonra Ankara ilə Yerevan arasında “futbol diplomatiyasına” start verilib, nəticədə Ermənistan əvvəlki mövqeyindən çəkilərək bütün danışıqlar prosesini pozub. Faktlar təsdiq edir ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının Ermənistanın daha da sərtləşəcəyinə və danışıqlar prosesində əldə olunmuş irəliləyişin iflasa uğrayacağına dair həmin vaxt Azərbaycan Prezidentinin dedikləri tam reallığı əks etdirib. İctimaiyyət bilməlidir ki, məhz ABŞ Administrasiyasının pozucu mövqeyi nəticəsində konstruktiv məcraya yönəldilmiş və Azərbaycanın milli maraqlarının təmin olunmasını nəzərdə tutan danışıqlar prosesi pozulub.
Xəbər lenti
Hamısına baxMEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51

