1927 nəfər...
25.07.2023 [11:19]
Rəqəmlər yalanları ifşa edir
44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar siyasi-hərbi, iqtisadi əsaslara söykənir. Azərbaycanın formalaşdırdığı bu yeni reallıqlar fonunda bölgədə əməkdaşlığın, təhlükəsizliyin və sülhün təmin edilməsi ən mühüm prioritetlərdəndir. Artıq iki ildir ki, davam edən danışıqlar prosesində ölkəmizin nümayiş etdirdiyi mövqe isə ədalətə və beynəlxalq qanunvericiliyə söykənir. Bunun qarşılığında Ermənistanın qeyri-adekvat mövqe nümayiş etdirməsi iki dövlət arasında münasibətlərin normallaşması prosesinə mənfi təsirlərini göstərir. Məsələn, Ermənistanın aylardır ki, Laçında qoyulmuş sərhəd buraxılış məntəqəsi ətrafında apardığı manipulyativ oyunlar bitmir. Əsassız iddialar irəli sürən rəsmi İrəvan və onun havadarları Azərbaycanın suveren hüququndan istifadə edərək özünün ərazisində sərhəd buraxılış məntəqəsi yaratmasına qarşı təbliğat aparır. Ermənistanın siyasi rəhbərliyi isə əlinə düşən əsassız “blokada” iddialarını təbliğ etməkdən yorulmurlar. Halbuki bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsi son sözünü deyib.
Mirzoyanın “ağ yalanı”...
Yeri gəlmişkən, Ermənistanın təşəbbüsü ilə keçirilən ATƏT Daimi Şurasının iclasında Ararat Mirzoyan Azərbaycana qarşı bir sıra əsassız iddialarla çıxış edib. Xüsusilə, o, Laçın yolu ilə bağlı növbəti dəfə yalan danışıb, guya Azərbaycanın Qarabağın erməni əhalisini blokadaya aldığını söyləyib. Mirzoyan “məzlum erməni” obrazı yaratmağa çalışaraq beynəlxalq ictimaiyyətdən “dəstək” istəyib.
Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli isə çıxışında A.Mirzoyanın yalanlarını ifşa edib. R.Sadıqbəyli bildirib ki, 2023-cü il iyunun 15-də Laçın sərhəd nəzarət buraxılış məntəqəsindən sərbəst gediş-gəlişi həzm edə bilməyən Ermənistan növbəti hərbi təxribata əl atıb, keçid məntəqəsi istiqamətində atəş açılıb və nəticədə bir Azərbaycan sərhədçisi yaralanıb. Səfirin sözlərinə görə, erməni qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin istifadə etdiyi yolu atəşə tutması məsuliyyətsiz addım olmaqla yanaşı, bu yoldan istifadə edən mülki əhalinin həyatını təhlükəyə atır və onların keçidinə mane olur: “Bu təxribatın yaratdığı ciddi təhlükəsizlik problemlərinə baxmayaraq, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi məqsədlər üçün keçid məntəqəsinin fəaliyyətini bərpa edib. Bununla belə, Laçın yolundan qeyri-qanuni fəaliyyət üçün sui-istifadə etmək cəhdləri dayanmır. Belə ki, 2023-cü il iyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti BQXK-nın avtomobillərində müxtəlif növ malların qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdlər edilib və bunun da buraxılış məntəqəsindən keçidin müvəqqəti dayandırılmasına səbəb olduğunu bildirilib. Bu hadisələrlə bağlı açıqlama yayan BQXK-nın bu faktı təsdiqləməsi bir daha nümayiş etdirdi ki, yol boyu şəffaflığın təmin edilməsi üçün nəzarət-buraxılış məntəqəsinin yaradılması əslində gecikmiş bir tədbirdir”.
Qanunsuz əməllərə son qoymaq üçün zəruri tədbir
Səfir onu da qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli son qərarı Ermənistanın Azərbaycan tərəfindən sərhəddə keçid məntəqəsi yaratması ilə bağlı iddialarını mahiyyətcə rədd edib: “Azərbaycan öz suveren hüququ çərçivəsində bu keçid məntəqəsini sərhəddə quraşdırmaq üçün hərəkət edib”. Rövşən Sadıqbəyli diqqətə çatdırıb ki, Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaratması bu qanunsuz əməllərə son qoymaq üçün zəruri tədbir idi. “Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hər iki istiqamətdə şəffaf və nizamlı keçidi üçün müvafiq şərait yaradılıb. Sərhəd-buraxılış məntəqəsinin yaradıldığı tarixdən - aprelin 23-dən indiyədək Ermənistan tərəfinin onları bu keçiddən istifadədən çəkindirmək üçün apardığı cəhdlərə və yalan təbliğata baxmayaraq, 1927 nəfər buraxılış məntəqəsindən istifadə edərək sərhədi keçib”, - deyə səfir vurğulayıb.
Ağdam-Xankəndi yolu təklif olunur...
Rövşən Sadıqbəyli diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə hərəkətin müvəqqəti dayandırılmasından sonra BQXK tibbi təxliyə fəaliyyətini bərpa edib: “Bundan başqa, Azərbaycan yaranmış vəziyyətin mümkün mənfi təsirini ciddi qəbul edərək, Ağdam-Xankəndi yolu ilə erməni sakinlərə humanitar yüklərin daşınmasını asanlaşdırmağa hazır olduğunu bildirib. Bu faktlar bir daha nümayiş etdirir ki, Laçın yolunda qondarma “blokada” ilə bağlı deyilənlər əvvəldən əsassızdır. Belə ki, Laçın yolu ilə bağlı bütün çağırışlar və humanitar çatdırılmaların təmin edilməsi Ermənistana yönəldilməlidir. Bu yolun normal tənzimlənən keçidinə ya təxribat, ya da qarayaxma kampaniyası ilə mane olan Ermənistandır. Azərbaycanın yol boyu hərəkətə hansısa formada mane olması ilə bağlı ittihamları qəbul etmirik. Biz Ermənistan tərəfini bu humanitar məsələni siyasiləşdirməyə son qoymağa və Ağdam-Xankəndi yolu ilə çatdırılmaya mane olmamağa çağırırıq”.
Aprelin 23-dən indiyədək Laçından sərhədi keçib
Beləliklə, bu fakt bir daha onu təsdiqləyir ki, ermənilərin yaratmağa çalışdıqları “blokada” mifi yalan və əsassız iddialardır. Azərbaycan tərəfinin həmin məntəqədə Qarabağın erməni sakinləri ilə davranışlarını özündə əks etdirən videogörüntülər var - eyni zamanda, ermənilərin müsahibələri də təsdiqləyir ki, dövlət strukturlarmızın əməkdaşları ermənilərlə ən yüksək səviyyədə rəftar edirlər, onları incitmirlər. Eyni zamanda, gediş-gəliş üçün nəinki hər hansı bir maneə yaradılmırdı, əksinə, təhlükəsizlik məsələləri tam şəkildə öz həllini tapmışdı. Göründüyü kimi, bunu statistik rəqəmlər də təsdiqləyir...
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

