Azərbaycanda demokratik seçki təcrübəsi ildən-ilə təkmilləşir
06.09.2011 [10:10]
“Prezident İlham Əliyevin siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində Azərbaycanda demokratik seçki təcrübəsi ildən-ilə təkmilləşir”. AzərTAc xəbər verir ki, bu fikir sentyabrın 5-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil olunmuş seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində səslənib.
Bu kurslar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd Sərəncama uyğun olaraq MSK-nın qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.
Açılış mərasimdə kursların əhəmiyyətini xüsusi qeyd edən MSK-nın sədri Məzahir Pənahov vurğulayıb ki, seçkilər hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biridir. Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən MSK-nın sədri bildirib ki, məhz Ulu öndərin uğurlu siyasəti nəticəsində Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün beynəlxalq təcrübəyə söykənən hüquqi baza yaradılıb. ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev də bu ənənəni uğurla davam etdirir. ölkədə seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb.
M.Pənahov qeyd edib ki, dövlətimizin başçısının göstərişi ilə dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni binalar tikilib, müasir avadanlıqla təchiz olunublar.
Aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işinin MSK-nın daim diqqət mərkəzində olduğunu deyən sədr vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malik sənəddir. Sərəncama uyğun olaraq MSK 2007-ci, 2009-cu və 2010-cu illərdə də aşağı seçki komissiyaları üçün bu cür kurslar təşkil edib.
Bildirilib ki, sentyabrın 11-dək davam edəcək aşağı seçki komissiyalarının sədrləri üçün kurslarda dövlət xadimləri, elm adamları və təcrübəli mütəxəssislər mühazirələr oxuyacaqlar. Kurslar başa çatdıqdan sonra sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaq.
Bu cür kursların keçirilməsini yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də dövlətimizin başçısının seçkilərlə bağlı müvafiq Sərəncamlarından irəli gələn vəzifələrdən danışıb. Şöbə müdiri deyib ki, seçkilərin daha şəffaf və demokratik keçirilməsi üçün Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq müvafiq tədbirlər görülür.
Z.Nağdəliyev vurğulayıb ki, hər bir komissiya üzvü peşəkar olmalıdır, qanunu gözəl bilməlidir. Bu gün Azərbaycanda dairə seçki komissiyaların peşəkar üzvləri vardır. 2003-cü illə müqayisədə Azərbaycanda seçkilər peşəkarlıq baxımından daha yüksək səviyyəli insanlar tərəfindən keçirilir.
Keçən ildə keçirilmiş parlament seçkilərini nümunə göstərən şöbə müdiri vurğulayıb ki, ilk dəfə 125 seçki dairəsinin hamısında qüsursuz seçkilər keçirilib. Son seçkilər bir daha onu göstərib ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi mümkündür. Buna həm seçkiləri keçirən şəxslər, həm də əhali hazırdır.
Z.Nağdəliyev bildirib ki, Azərbaycanda seçki təbliğatının aparılması işi artıq öz həllini tapmışdır. ötən illərdə seçkilərin keçirilməsi ilə bağlı həllini tapan əsas məsələlərdən biri də seçici siyahılarının tərtib edilməsidir. Seçici siyahılarının tərtib edilməsindən sonra real seçici siyahısı əldə edilib. Beləliklə də bütün dünya ölkələrinə nümunə olacaq iş aparılıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov seçki qanunvericiliyinin tələblərinin, vətəndaşların seçki hüquqlarının, demokratiyanın aliliyinin qorunmasının vacibliyindən danışıb. O, qeyd edib ki, Azərbaycanda ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl qanunvericilik bazası yaradılıb, qanunlar beynəlxalq standartlara uyğunlaşdırılıb.
Azərbaycanda bütün seçkilərin yüksək səviyyədə keçirildiyini vurğulayan Z.Əsgərov bildirib ki, istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində çox yüksək səviyyədə formalaşmış seçki sistemlərinə nail olmuşuq. Bu faktı artıq beynəlxalq təşkilatlar da təsdiqləyirlər. Seçkiləri keçirən şəxslər ilk növbədə qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası Konstitusiyanı və Seçki Məcəlləsini yaxşı bilməlidirlər.
Sonra Z.Əsgərovun “Siyasi partiyaların və siyasi partiya bloklarının seçkilərdə iştirakının hüquqi əsasları” və MSK sədrinin müavini Natiq Məmmədov “Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması” mövzularında məruzələri dinlənilib.
Sentyabrın 11-dək davam edəcək kurslarda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, ombudsman Elmira Süleymanova, Daxili İşlər və Ədliyyə nazirliklərinin məsul şəxsləri, MSK-nın üzvləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar.
Kursların sonunda dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

