Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar süfrəsi təşkil edib
02.09.2011 [10:40]
Azərbaycan diasporunun nümayəndələrinin, oruc tutan azərbaycanlı gənclərin, müxtəlif millətlərdən olan qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Müqəddəs Qurani-Kərimdən surə oxunub, dua verilib. Sonra həmvətənlərimiz, Moskvada yaşayan müsəlmanlar və qonaqlar Azərbaycanın milli yeməklərindən və şirniyyatlarından dadıblar.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev çıxış edərək diplomatik nümayəndəlik adından müsəlmanları bayram münasibətilə təbrik edib və müqəddəs Ramazanın Azərbaycanda geniş qeyd olunduğunu bildirib. İftarda Azərbaycan haqqında film nümayiş etdirilib, bütün gecə boyu milli musiqi səsləndirilib. çadırın önündə Azərbaycan rəssamlarının yaratdıqları əsərlərdən - Bakının görüntüləri və Azərbaycanın füsunkar təbiəti və tarixi abidələri təsvir edilmiş rəsmlərdən ibarət sərgi təşkil olunub. “Baku”, “AMOR”, “İrs” jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında nəşr olunmuş yeni çap məhsulu, ölkəmizdən bəhs edən multimedia diskləri və Azərbaycanın gözəl görüntülərini əks etdirən açıqcalar paylanıb.
İftarı təşkil etmiş Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya xüsusi minnətdarlıq ifadə edilib.
Qeyd etmək lazımdır ki, “Şater Ramadana” Rusiya Müftilər Şurasının mühüm layihəsidir. Bu layihə paytaxtın və Rusiyanın digər regionlarının sakinləri arasında dostluğu möhkəmləndirmək, İslam dininə etiqad edən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədi ilə həyata keçirilir. Bu layihədə Qazaxıstan, Türkiyə, Türkmənistan, Tacikistan, Dağıstan, Tatarıstan, İnquşetiya və başqa ölkələr də iştirak ediblər.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi artıq üçüncü ildir ki, bu layihədə fəal iştirak edir, möminlər üçün iftar təşkil edir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34

