UNESCO-nun qərəzli mövqeyi...
14.06.2023 [10:41]
Təşkilat öz missiyasını niyə yerinə yetirmir?
Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO Azərbaycanın erməni işğalında olmuş ərazilərinə hələ də missiya göndərməyib. Üç ilə yaxındır ki, torpaqlarımız erməni işğalından azad olunub, ərazi bütövlüyümüz təmin edilib. Lakin UNESCO hələ də ermənilər tərəfindən viran edilmiş ərazilərimizə missiya göndərməyib.
Təşkilat məlumatlı olsa da...
Qeyd edək ki, təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Qurumun tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. Hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun proqramında qeyd olunan əsas məqsədi elm, təhsil və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməkdir. Təəssüf ki, bəzi hallarda təşkilat öz proqram məqsədlərinə uyğun davranışlar nümayiş etdirmir. Azərbaycan hələ 44 günlük müharibədən əvvəlki mərhələdə işğal altına düşən ərazilərimizdəki mədəni-dini irs nümunələrinin ermənilər tərəfindən dağıdılması, özününküləşdirilməsi və yaxud təhqirlərə məruz qalması barədə UNESCO-nu mütəmadi qaydada məlumatlandırıb. Ancaq UNESCO tərəfindən bununla bağlı heç bir addım atılmayıb. Qurum ötən 30 ildə respublikamızın çoxsaylı çağırışlarına rəğmən, mədəni irsimizə dəyən ziyanın dəyərləndirilməsi məqsədilə işğal olunmuş ərazilərə missiya göndərməyib. Xatırladaq ki, aprel ayında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, TÜRKSOY, ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində xarici işlər naziri Ceyhun Bayramov videoçıxışı zamanı bildirmişdi ki, son 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyasının göndərilməsinə maneələri məhz Ermənistan yaradıb. Nazirin sözlərinə görə, bu yöndə gələn təklifləri Ermənistan davamlı şəkildə rədd edib.
UNESCO-nun bəhanəsi
Müharibədən əvvəl UNESCO bəhs olunan ərazilərə missiya göndərməməsini siyasətə qarışmaması ilə əlaqələndirirdi. Eyni zamanda, işğalçı Ermənistan buna mane olurdu. Ancaq müharibədən sonra qurumun mövqeyində birdən-birə dəyişiklik müşahidə olundu. Belə ki, UNESCO-nun bəzi rəhbər şəxsləri Ermənistanın Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki xristian abidələrini guya dağıtması ilə bağlı iddialarına cavab olaraq öz missiyalarını regiona göndərməyə hazır olduqlarını bildirdilər. Təşkilat rəsmilərinin Ermənistanın müraciətinə belə çevik reaksiya verməsi cəmiyyətimizdə haqlı etiraz doğurdu. Azərbaycan missiyanın regiona gəlib obyektiv araşdırma aparmasına tərəfdardır və bununla bağlı mövqeyini UNESCO-ya çatdırıb. Lakin görünən odur ki, təşkilat rəsmiləri yalnız ermənilərin marağına uyğun missiya təşkil etmək istəyirlər. Azərbaycan isə buna heç vaxt razı deyil.
Xatırladaq ki, UNESCO-nun tabe olduğu BMT hələ ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın işğal altına düşən ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən dörd qətnamə qəbul edib. Həmin qətnamələrin icrasını Azərbaycan 44 günlük müharibədə öz gücünə təmin etdi. Belə çıxır ki, BMT-nin strukturlarından biri olan UNESCO öz fəaliyyətini Ermənistanın əsassız etirazları əsasında qurur. Bu amili Prezident İlham Əliyev 24 avqust 2021-ci il tarixində BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bir daha diqqətə çatdırmışdı: “Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir”.
Məqsəd və mərama uyğun olmayan davranış
UNESCO-nun Azərbaycanın 30 il ərzində Ermənistanın işğalı altında qalan ərazilərində ermənilər tərəfindən dağıdılan, təhqirlərə məruz qalan tarixi mədəni-dini irs obyektlərinə laqeyd münasibət bəsləməsi ikili yanaşma nümunəsidir. Belə yanaşma
UNESCO-nun məqsədləri ilə bir araya sığmır və suallar doğurur. Təşkilat öz statusuna uyğun fəaliyyət göstərməli və obyektivlik nümayiş etdirməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45

