Azərbaycanda sənayeləşmə prosesi uğurla gedir
21.07.2011 [01:06]
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın geniş şaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına kömək edib. Sözsüz ki, son illərdə Azərbaycan iqtisadiyyatında inkişaf göstəricilərinə görə sənayenin çəkisi də artmaqdadır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, müasir texnologiyaların tətbiqi son illərdə bu sahədə keyfiyyət və kəmiyyət baxımından müsbət istiqamətdə dəyişikliklərin əldə edilməsinə imkan yaradıb.
Təsadüfi deyil ki, 2011-ci ilin birinci yarısında ümumi daxili məhsul (üDM) 0,9 faiz artıb. Qeyri-neft sektorunda 7,2, kənd təsərrüfatında 6,2, rabitə və informasiya bölməsində 14,4 faiz artım qeydə alınıb. Sənaye sektorunda isə artım daha böyük olub. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,3 faiz təşkil edib. ümumilikdə, birinci yarımillikdə ölkədə 15,6 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev hazırda Azərbaycanda sənayeləşmə prosesinin uğurla getdiyini diqqətə çatdırıb: “Azərbaycanda indi sənayeləşmə prosesi uğurla gedir. Yeni şirkətlər, fabriklər, zavodlar açılır. Elə fabrik, zavodlarımız var ki, onların sayı da artmaqdadır, onların istehsal etdiyi məhsul da dünya səviyyəsindədir. Elə etməliyik ki, bu məhsullar, ilk növbədə, ölkə daxilində satılsın və xüsusilə, dövlət şirkətləri bu məhsullardan istifadə etsinlər. Bəzi hallarda Azərbaycanda istehsal edilən ən yüksək keyfiyyətə malik olan hansısa avadanlıq, yaxud digər məhsul kənarda qalır, dövlət şirkətləri gedib xaricdən onun analoqunu alırlar. Baxmayaraq ki, bəlkə keyfiyyəti də aşağıdır, qiyməti də bahadır. Ona görə mən hesab edirəm ki, bizim nəzarətedici orqanlar bu məsələ ilə ciddi məşğul olmalıdır. Mən dövlət şirkətlərinin rəhbərlərinə dəfələrlə göstəriş vermişəm ki, lazım olan avadanlıq, məhsul, boru, yaxud da hər hansı digər mal əgər Azərbaycanda istehsal olunursa, ilk növbədə, Azərbaycanda alınmalıdır”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda ölkəmizdə böyük, nəhəng, dünya miqyaslı müəssisələr yaradılıb ki, orada istənilən məhsul istehsal oluna bilər. Lakin həmin müəssisələrin istehsal etdiyi məhsul xarici ölkələrə ixrac edildiyi halda, Azərbaycanda eyni adlı məhsullar idxal edilir. Sözügedən məsələnin araşdırılması və aradan qaldırılmasına dair dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi (İİN) dünən sənaye istehsalı ilə məşğul olan yerli sahibkarların bir qrupu ilə görüş keçirib. Tədbirdə rəqabət qabiliyyətli sənaye məhsulu istehsal edən 100-dən artıq müəssisənin nümayəndələri iştirak edib. Onlar istehsal müəssisələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülmüş işlərdən, müasir texnologiyalara əsaslanan məhsul istehsalı və avadanlıqların təbliğ olunması sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Görüşdə, həmçinin, istehsal müəssisələrinin əlaqələrinin daha da genişləndirilməsi, rəqabət qabiliyyətli məhsul istehsal edən şirkətlər haqqında yeni kataloqun hazırlanması və s. məsələlər barədə müzakirələr aparılıb. Tədbirdə qeyd olunub ki, İİN tərəfindən rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələr haqqında yeni kataloqun hazırlanması və nazirliyin internet səhifəsində yerləşdirilməsi, həmçinin, müxtəlif tədbirlərdə təqdim edilməsi nəzərdə tutulur.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

