Mübariz Qurbanlı: Sülh müqaviləsinin imzalanması üçün ən çox Ermənistana təzyiq edilməlidir
20.07.2011 [00:51]
“Burada aparılan danışıqlar və xüsusilə bu danışıqlarda Rusiya prezidenti Dmitri Medvedevin iştirakı və vasitəçiliyi növbəti mərhələlərdə danışıqlar prosesində müəyyən uğurların əldə edilməsi üçün baza yarada bilər. Lakin görürük ki, ermənilər qeyri-konstruktivlik nümayiş etdirir, eyni zamanda, hərb cəbhəsində atəşkəsi pozmaqla danışıqlara zərbə vurur. Amma indi proses necədir? Bu prosesdə ABŞ, Rusiya və Fransa kimi 3 böyük dövlət iştirak edir və Kazan görüşü ərəfəsində ABŞ prezidenti Barak Obamanın Prezident İlham Əliyevlə telefon danışığı etməsi, Fransa prezidenti Nikola Sarkozinin dövlət başçısı İlham Əliyevə məktub göndərməsi, Rusiya prezidentinin birbaşa bu görüşdə iştirakı onu göstərirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində böyük dövlətlər hansısa bir variantı həll etmək, hansısa bir variant üzərində dayanmaq üzrədir. Lakin ermənilərin “şıltaqlığı” və tərsliyi bu prosesi daha sürətlə həyata keçirməyə mane olur. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gəlməsi və Prezident İlham Əliyevlə görüşü onu göstərir ki, məsələnin həlli ilə əlaqədar intensiv proses ortadadır. Hesab edirəm ki, bundan sonrakı prosesdə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə son səfərləri, Prezident İlham Əliyevlə Ermənistan rəhbərliyinin apardığı son danışıqlar onu deməyə əsas verir ki, yaxın vaxtlarda prezidentlərin növbəti görüşü keçirilə bilər. Hesab edirəm ki, bu gün prosesin yekunlaşması və sülh müqaviləsinin imzalanması üçün ən çox Ermənistana təzyiq edilməlidir, çünki bu işdə o, qeyri-konstruktivlik nümayiş etdirir”, - deyə o əlavə edib.
M.Qurbanlı vurğulayıb ki, Azərbaycan tərəfi bu məsələdə mövqeyini açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında, o cümlədən Nazirlər Kabinetinin 6 aylıq hesabatı ilə əlaqədar keçirilən yığıncaqdakı çıxışında Azərbaycan və dünya ictimaiyyətini hadisələrin gedişi ilə geniş və ətraflı şəkildə bir daha tanış edib: “Prezident İlham Əliyevin söylədiyi fikirlər bir daha onu göstərir ki, Azərbaycan tərəfi məsələni Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll etmək istəyindədir. Prezident bir daha bildirdi ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə mövzusu deyil. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Əks təqdirdə aparılan danışıqlar heç bir nəticə verməyəcək. Azərbaycan tərəfi kompromis olaraq Dağlıq Qarabağda yaşayan ermənilərə müasir dünyamızda mövcud olan özünüidarə hüququnun ən yüksək statusunu verməyə hazır olduğunu bəyan edib və bu fakt ortadadır. Ona görə də Kazan görüşündən sonra prosesin irəliyə getməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistana lazımi səviyyədə təsir etməsi vacibdir. Azərbaycan Ermənistana lazımi səviyyədə təsir göstərib və bunun nəticələri də göz önündədir. Biz Ermənistanı regional, iqtisadi layihələrdən kənarda saxlamışıq və buna nail olmuşuq. Bundan əlavə, Ermənistanda iqtisadi inkişafın sürətlənməsinə əngəl olmaq üçün lazımi addımlar atmışıq və bunun nəticəsi ondan ibarətdir ki, Ermənistanda əhalinin xarici ölkələrə köçməsi sürətlə getməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər proses belə gedərsə, bir neçə ildən sonra Ermənistanda 1 milyon erməni qalacaq. Ermənistanı müdafiə edən dairələr də bundan çox böyük narahatlıq keçirirlər. ümumilikdə, “Kazan görüşündən sonra proses necədir” sualına cavab versək, qısa deyərdim ki, proses Azərbaycanın xeyrinədir və gələcəkdə bunun nəticələrini görəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

