"İki sahil" qəzetinin 20 illik yubileyi qeyd edilib
20.07.2011 [00:52]
Dünən Bakı Əyləncə Mərkəzində “İki sahil” qəzetinin 20 illik yubileyi ilə əlaqədar mərasim keçirilib.
Qəzetin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək mətbu orqanın keçdiyi şərəfli yoldan, əldə olunmuş uğurlardan danışıb, bütün bu illərdə onun milli mətbuatımızın ənənələrinə, dövlətə və dövlətçiliyə, xalqa sədaqət yolu tutduğunu vurğulayıb.
V.Rəhimzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyinə görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib, bunu dövlət başçısının qəzetin kollektivinin əməyinə verdiyi yüksək qiymət kimi səciyyələndirib.
Sonra qəzetin yaranma tarixi və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək qəzetin kollektivini 20 illik yubiley münasibətilə təbrik edib. O deyib ki, “İki sahil” qəzeti müstəqil Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri olan nəşrlərdən biridir: “Sağlam əqidə, milli özünüdərk ruhunda köklənmiş insanları ətrafında birləşdirən “İki sahil” qəzeti heç vaxt öz yolundan çəkilməyib, ümummilli lider Heydər Əliyevin ideyalarını qətiyyətlə təbliğ edib. Ulu öndər “İki sahil” qəzetinin fəaliyyətini, cəmiyyət qarşısındakı xidmətlərini yüksək qiymətləndirib”.
Əli Həsənov əmin olduğunu bildirib ki, “İki sahil” qəzeti bundan sonra da Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqətlə xidmət edəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev də qəzetin kollektivini təbrik edərək deyib ki, qəzet cəmiyyətimizin informasiya tələbatının ödənilməsində mühüm rol oynayıb.
R.Abdullayev bildirib ki, Dövlət Neft Şirkəti qəzetin bir qrup əməkdaşının fəxri fərmanla təltif olunması və mükafatlandırılması barədə qərar qəbul edib. ARDNŞ prezidenti fəxri fərmanları və mükafatları sahiblərinə təqdim edib.
Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov “İki sahil” qəzetinin Azərbaycan həqiqətlərinin yayılmasında mühüm xidmətlər göstərdiyini, öz missiyasını uğurla yerinə yetirdiyini vurğulayıb. Bildirib ki, fəaliyyətə başladığı dövrdə Ulu öndər Heydər Əliyevin ideyalarını, siyasi tezislərini cəmiyyətə çatdırmaq üçün ziyalılar “İki sahil” qəzetində çıxış ediblər.
Ə.Əhmədov YAP Siyasi Şurasının qəzetin kollektivinə ünvanlandığı təbrik məktubunu V.Rəhimzadəyə təqdim edib.
Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə və başqaları qəzetin kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar.
Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

