Azərbaycan Avropa üçün önəmli bir dövlətdir
20.07.2011 [00:52]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası fraksiyasının üzvlərindən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, Avropa Xalq Partiyasının sədr müavini Pedro Aqramunt, AŞPA - nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Agustin Conde Bajen, həmçinin, AŞPA - nın Prosedur Qaydaları, Toxunulmazlıq və Təsisat Məsələləri Komitəsinin sədri Egidijus Vareikisi qəbul edib.
Qonaqları salamlayan Əli Əhmədov onların Azərbaycana səfərlərinin uğurlu olacağına ümid etdiyini bildirib. YAP Sədrinin müavini görüşdə Azərbaycanda həyata keçirilən siyasət, ölkəmizin inkişafı istiqamətində atılan addımlar haqqında avropalı qonaqlara ətraflı məlumat verib. Son 7-8 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını diqqətə çatdıran Əli Əhmədov qeyd edib ki, ölkəmiz postsovet məkanında iqtisadi inkişaf baxımından ön sıralarda gedir. Onun sözlərinə görə, dünya iqtisadi böhranla üzləşdiyi illərdə belə, Azərbaycan iqtisadiyyatında 5-7 faiz artım qeydə alınıb. “Həyata keçirilən siyasətin əsas məqsədlərindən biri əhalinin rifahının yüksəlməsidir. Belə ki, hər il dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları artırılır, böyük infrastruktur layihələri həyata keçirilir, modernləşmə bütün sferaları əhatə edir”- deyən YAP Sədrinin müavini bu nailiyyətlərin ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsində əldə olunduğunu qeyd edib.
Əli Əhmədov bildirib ki, həyata keçirilən siyasətin ümumi xarakteristikası verilsə, bunu modernləşmə siyasəti adlandırmaq olar: “İqtisadiyyatın modernləşməsi, sosial həyatın modernləşməsi, siyasi sistemin təkmilləşməsi və s. Bakı ilə tanış olanda görəcəksiniz ki, çox böyük infrastruktur layihələri həyata keçirilir. Bu da Azərbaycanın modernləşməsinin bir aspektini özündə ehtiva edir. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan Avropa mədəniyyətini, reallıqlarını əks etdirən bir dövlətə çevrilsin”.
YAP Sədrinin müavini Azərbaycanın Avropa məkanı üçün önəmli dövlət olduğunu, ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində vacib rol oynadığını diqqətə çatdırıb. Əli Əhmədov həmçinin, YAP-ın Avropa Xalq Partiyası ilə əməkdaşlıq etdiyini bildirib: “YAP bu təşkilata üzv olmaq üçün müraciət edib. ümid edirik ki, yaxın vaxtlarda bu məsələyə də baxılacaq”.
Azərbaycanın xarici siyasəti haqqında məlumat verən YAP-ın icra katibi ölkəmizin digər dövlətlərlə, o cümlədən, beynəlxalq təşkilatlarla normal münasibətlərə malik olduğunu vurğulayıb. YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan cəmiyyəti beynəlxalq strukturlardan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ciddi addımların atılmasını gözləyir. Əli Əhmədov bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olunub, 1 milyon insan isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Bu vəziyyət 20 ildən çoxdur ki, davam edir. Təbii ki, biz belə bir vəziyyətə həm də böyük humanitar fəlakət kimi baxırıq. Azərbaycanda əhalinin hər 10 nəfərindən biri məcburi köçkündür. Onlar öz yurd-yuvalarını tərk edib və 20 ildir bu vəziyyətdə yaşayırlar. Bu kifayət qədər böyük bir rəqəmdir və təxminən 1 milyona yaxın insan məcburi köçkün və qaçqın vəziyyətindədir. Onların sosial problemlərinin həlli daim dövlətin diqqətindədir. Dövlətimiz qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük miqdarda vəsait ayırmalı olur ki, o vəsaitlər Dağlıq Qarabağ münaqişəsi yaranmasaydı, başqa sosial proqramların həyata keçirilməsinə xərclənə bilərdi. 20 il ərzində əksər dövlətlərin, beynəlxalq təşkilatların təmsilçiləri onların düşdüyü vəziyyətlə tanış olub, ancaq bu problem hələ də öz həllini tapmayıb. Bu günə qədər münaqişənin həlli ilə əlaqədar işğalçı Ermənistana hansısa bir təzyiq göstərilməyib. Baxmayaraq ki, atəşkəs rejimi var, münaqişənin qurbanları artır. çox təəssüfləndirici hal ondan ibarətdir ki, münaqişə qurbanlarının içərisində uşaqların sayı artmağa başlayıb. Təkcə bu il ərzində erməni snayperi tərəfindən 9 yaşlı azərbaycanlı uşaq qətlə yetirilib. Bir neçə gün bundan əvvəl isə ermənilər tərəfinin təxribatı nəticəsində 13 yaşlı qız dünyasını dəyişib. Bütün bunlar Cənubi Qafqazda gərginliyin daha da artmasına gətirib çıxarır. Belə olan halda hamımızın başlıca məqsədimiz ondar ibarət olmalıdır ki, səylərimizi birləşdirib münaqişənin ədalətli həllinə çalışaq. Azərbaycan cəmiyyətinin bir toplum olaraq bütün beynəlxalq strukturlara və onların rolunun əhəmiyyətinə münasibəti bu problem ətrafında formalaşır. Bu da Dağlıq Qarabağ münaqişəsinə və onun həllinə həmin beynəlxalq təşkilatların yanaşmasıdır”.
AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının üzvü Pedro Aqramunt Azərbaycana səfər etməkdən məmnunluğu ifadə edib. Səfərin məqsədi barədə məlumat verən qonaq Bakıda dinlərarası dialoqa həsr olunmuş dəyirmi masada iştirak edəcəklərini vurğulayıb: “Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisiyəm. Amma bura həmməruzəçi kimi gəlməmişəm. Bakıda Avropa Xalq Partiyasının yığıncağı keçiriləcək. Tədbirdə xeyli sayda ölkəni təmsil edən deputatlar iştirak edəcək. Biz başqa dinləri təmsil etsək də, eyni dəyərləri bölüşürük. Avropa Xalq Partiyasında bizim müsəlman tərəfdaşlarımız da var. ümid edirik ki, qarşılıqlı dialoq bütün cəmiyyətlər üçün böyük fayda verəcək”.
Görüşdə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

