Səbail rayon İcra Hakimiyyətində Rumıniyadan olan nümayəndə heyəti ilə görüş keçirilib
16.07.2011 [14:59]
Qonaqları salamlayan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2006-cı ildə Nekulay Ontsanunun Səbail rayonunun fəxri vətəndaşı seçildiyini diqqətə çatdırıb, Buxarestdəki “Tey” parkına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi və burada Ulu öndərin büstünün ucaldılmasına görə Rumıniya dövlətinə və xalqına təşəkkürünü bildirib.
Asif Əsgərov qonaqlara Azərbaycana 2 il əvvəlki səfərlərindən sonra rayonda aparılan quruculuq-abadlıq işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, rayonun sahəsi 29 kvadratkilometr, əhalisinin sayı 93134 nəfərdir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşərək Səbail rayonunda məskunlaşmış məcburi köçkünlərin sayı isə 9140 nəfər təşkil edir.
Rayonun tarixi memarlıq abidələri barədə danışan A.Əsgərov deyib ki, dünya mədəniyyət inciləri siyahısına salınmış XII əsr tarixi mədəniyyət abidəsi - Qız qalası Səbailin rəmzidir.
Rayonda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 17 orta təhsil və 17 məktəbəqədər tərbiyə müəssisəsi, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 4 musiqi məktəbi, 21 səhiyyə müəssisəsi, 12 teatr, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi, 12 park və bağ fəaliyyət göstərir.
A.Əsgərov qonaqlara rayon ərazisində aparılan abadlıq işləri barədə də məlumat verib. Qeyd edib ki, son vaxtlar rayondakı bütün teatr, muzey və mədəniyyət evləri, parklar dövlət tərəfindən əsaslı şəkildə təmir olunub. Hazırda Dövlət Bayrağı Meydanından şəhərin mərkəzi istiqamətinə yeni yol çəkilir. Bildirilib ki, həyata keçirilən sistematik işlər sayəsində Səbail rayonunda böyük inkişaf göstəriciləri qeydə alınıb: “İyulun 14-də Səbail rayon İcra Hakimiyyətinin geniş Şura iclası keçirilib. Nəticələrə müvafiq olaraq bütün sahələrdə-rabitə, əmtəə dövriyyəsi, sənaye, nəqliyyat sahələrində 5-18 faiz artım qeydə alınıb”.
Nekulay Ontsanu səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirib və ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsindən, Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqla danışıb. O, Bakının ürəyi sayılan Səbail rayonunun fəxri vətəndaşı olmaqdan məmnunluq hissi keçirdiyini deyib: “Bir daha müşahidə etdik ki, Səbail rayonu yüksək inkişaf tempinə malikdir. Görülən işlər rayon rəhbərliyi və insanların öz rayonlarına olan qayğısının nəticəsidir. ümidvarıq ki, rəhbərlik etdiyiniz rayon günü-gündən daha da inkişaf edəcək və çiçəklənəcək”.
Bakı şəhərinin timsalında Azərbaycanın sürətlə inkişaf etdiyini deyən N.Ontsanu daha sonra aşağıdakıları vurğulayıb: “Bakı dinamik inkişaf tempinə malik olan şəhərdir. ölkənizin bu cür yüksək templə inkişaf etməsi bizi çox sevindirir. Prezident İlham Əliyev Azərbaycanın inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə çox əhəmiyyətli milli layihələr reallaşdırılır. Ən əsası budur ki, bütün bu layihələr xalq tərəfindən dəstəklənir. Bu, Azərbaycanın gücünü artırır və inkişafını sürətləndirir”.
Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə, elminə yüksək qayğı göstərdiyini deyən N.Ontsanu qeyd edib ki, məhz bu cür yüksək səviyyəli diqqət bəhs edilən sahələrdə mütəmadi inkişafı şərtləndirib: “Biz burada müşahidə etdiyimiz yüksək inkişaf göstəriciləri haqqında ölkəmizə qayıtdıqda öz həmkarlarımıza danışacağıq. Bir daha demək istəyirəm ki, Azərbaycan çox sürətlə inkişaf etməkdədir. Bu inkişafın əsasında isə ölkə rəhbərliyinin yüksək səviyyəli qayğısı durur”.
O bildirib ki, Azərbaycanla Rumıniya dost və müttəfiq ölkələrdir: “Azərbaycanın inkişafı bizi çox sevindirir. Rumıniya Azərbaycanı etibarlı strateji tərəfdaş kimi qəbul edir. Rumıniya beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.
Qeyd edilib ki, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrin qədim tarixi var. Hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri dostluğumuzun və əlaqələrimizin inkişafında yeni mərhələlər açıb.
Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 42-ci ildönümü münasibətilə keçirilmiş tədbirləri yaxından izlədiklərini deyən rumıniyalı qonaq bunu xalqın öz Ulu öndərinə olan sevgisinin təzahürü kimi qiymətləndirib.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və milli inkişaf strategiyası sayəsində bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alınmaqdadır: “Dövlətimizin başçısı qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir. Qeyri-neft sektorundan əldə edilən gəlirlər büdcənin formalaşdırılması işinə əhəmiyyətli töhfələr verir. Prezident İlham Əliyev 2011-ci ili “Turizm ili” elan edib. Azərbaycan önəmli turizm potensialına sahibdir. Sizin rəhbərlik etdiyiniz nümayəndə heyəti 2009-cu ildə Qubada olmuşdur. Müşahidə edibsiniz ki, Quba yüksək turizm potensialına sahibdir. Eyni zamanda, paytaxt Bakı da turizm sektoruna yararlı şəhərdir. Bakının Xəzər dənizinin sahilində yerləşməsi onun turizm imkanlarını daha da artırır. Bununla yanaşı, Bakıda turistlərin istirahəti və məskunlaşması üçün əlverişli hotellər mövcuddur. Prezident İlham Əliyev deyib ki, 2011-ci ildə Bakıda beş ədəd yeni beşulduzlu hotel inşa olunacaq. Bu hotellərin dördü Səbail rayonu ərazisində yerləşəcək. Bu isə rayon iqtisadiyyatının inkişafına birmənalı şəkildə müsbət təsir edəcək”.
Cari ilin Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü olduğunu xatırladan A.Əsgərov bildirib ki, müstəqillik tariximizdə əldə olunan nailiyyətlər və inkişaf əsrə bərabər tərəqqi kimi qiymətləndirilməlidir: “Bu inkişafın əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanın sürətli inkişafının qarantı kimi çıxış edir”.
Sonda qonaqlara xatirə hədiyyələri verilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

