Azərbaycan dövləti mətbuatın inkişafına xüsusi diqqət yetirir
19.07.2011 [14:29]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü münasibətilə bir qrup jurnalistin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov 22 iyul-Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. Əli Əhmədov bildirib ki, bu gün kütləvi informasiya vasitələri (KİV) cəmiyyət həyatında xüsusi yer tutur.
Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını vurğulayan YAP Sədrinin müavini qeyd edib ki, KİV cəmiyyətin səmərəli fəaliyyət göstərməsində də əhəmiyyətli funksiyaya malikdir. Onun fikrincə, mətbuat bu vəzifənin öhdəsindən layiqincə gəlir: “Azərbaycanda çoxlu sayda KİV-lər fəaliyyət göstərirlər. Onlar Azərbaycan cəmiyyətinin informasiya təminatında çox vacib funksiyanı yerinə yetirir. Müasir cəmiyyəti informasiyasız təsəvvür etmək mümkün deyil. İnsanlar da, cəmiyyətlər də, dövlətlər də informasiyanın əhəmiyyətini yetərincə qiymətləndirirlər və indiki dövrdəki informasiyalar əvvəlki vaxtlardan bəlkə də qat-qat böyük əhəmiyyət kəsb edir. Azərbaycanda mətbuatın fəaliyyəti üçün bütün şərait yaradılıb. çox zaman mətbuata dördüncü hakimiyyət deyirlər. İnsanlara təsir edə bilirsinizsə, cəmiyyət həyatına nüfuz etmək imkanlarına maliksinizsə, bu, elə hakimiyyət funksiyasının ayrı-ayrı elementlərinin həyata keçirilməsi deməkdir. Amma istənilən hakimiyyət funksiyasının çox düzgün şəkildə həyata keçirilməsi də vacib şərtdir. Azərbaycanda KİV-lərin yeni şəbəkəsinin formalaşması və fəaliyyət göstərməsi cəmiyyətimizin demokratik dəyərlərə hörmətlə yanaşmasının ifadəsidir. Bu gün Azərbaycanda bütövlükdə cəmiyyətin və onun ayrı-ayrı kəsimlərinin informasiya təminatında və cəmiyyətin demokratik dəyərlər üzərində qurulmasına da KİV öz töhfəsini verir”.
YAP Sədrinin müavini məmnunluq hissi ilə qeyd edib ki, Azərbaycan mətbuatının mütləq əksəriyyəti düzgün dəyərlər üzərində formalaşıb. Onlar Azərbaycanın 136 ili əhatə edən mətbuat tarixi prosesində formalaşan ənənələri mənimsəyib və bu ənənələr, dəyərlər əsasında da səmərəli fəaliyyət göstərirlər. Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan öz həyatının, xalqımız isə öz taleyinin çox əhəmiyyətli bir mərhələsini yaşayır. Onun sözlərinə görə, son illər Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir: “Bu gün Azərbaycan sürətlə yeniləşir, müasirləşir, modernləşir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasətin uğurları ölkəmizin bütün guşələrində müşahidə olunmaqdadır. Bugünkü Azərbaycanı 10 il əvvəlki Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycanın dinamik inkişafı hər bir vətəndaşın həyatında hiss edilir. Dövlətimizin başlıca məqsədlərindən biri də budur ki, Azərbaycanın hər bir vətəndaşı daha yaxşı yaşasın, sosial rifahı daha da yüksəlsin. Eyni zamanda, Azərbaycan mətbuatını da 10 il əvvəlki dövrlə müqayisə etsək, əhəmiyyətli dərəcədə inkişafın şahidi olarıq. Təbii ki, bütün bunlar Azərbaycan reallıqlarıdır və mətbuatımız bu reallıqları obyektiv, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmalıdır”.
Azərbaycan dövlətinin KİV-lərin inkişafına da xüsusi diqqət göstərdiyini deyən Əli Əhmədovun sözlərinə görə, bu, bir tərəfdən həmin sahəyə qayğının göstəricisidirsə, digər tərəfdən də demokratik dəyərlərin cəmiyyətimizdə daha da dərinləşməsi istiqamətində atılan addımdır. Hökumət mətbuat orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün mütəmadi olaraq addımlar atır, tədbirlər görür, mətbuatın inkişafına kömək göstərir. Bunun nəticəsində də ölkəmizdə geniş şəbəkəli KİV formalaşıb fəaliyyət göstərir.
Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası da kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verir. Onun sözlərinə görə, mətbuat YAP-ı özünün dostu hesab edə bilər: “YAP ölkəmizin ən aparıcı siyasi qüvvəsidir və böyük ictimai dəstəyə malikdir. Bu gün artıq partiyamızın üzvlərinin sayı 550 min nəfərə yaxındır. Hər il partiyamızın sıralarına 25-30 min insan qoşulur. Təkcə bu göstərici ölkəmizdə fəaliyyət göstərən digər partiyaların üzvlərinin ümumi sayından da çoxdur. Sevindirici haldır ki, onların əksəriyyəti gənclərdir. Gənclərimiz böyük həvəslə partiyamızın sıralarına qoşulurlar. YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Biz mətbuatla əlaqələrimizə xüsusi diqqət yetiririk. Milli Mətbuat Günü ilə bağlı keçirdiyimiz görüşlər isə artıq ənənəyə çevrilib. Doğrudur, bəzən bizə qarşı əsassız tənqidlərə də rast gəlirik, amma hesab edirik ki, KİV-lərdə YAP-ın fəaliyyətinin işıqlandırılması qaneedici səviyyədədir. Daim bu əlaqələrin sağlam münasibətlər üzərində həyata keçirilməsinə çalışırıq. Hesab edirik ki, bu, partiyamızın bir tərəfdən mətbuata münasibətinin ifadəsidirsə, digər tərəfdən YAP-ın ictimaiyyətlə əlaqələrinin geniş şəkildə həyata keçirilməsinə mətbuatın verə biləcəyi töhfələrlə əlaqədardır. İctimai təşkilatlar, partiyalar cəmiyyət üçün fəaliyyət göstərir və çox arzu edirlər ki, onların fəaliyyəti insanların diqqətinə çatdırılsın. çünki bununla bu və digər partiyalar öz mesajlarını insanlara çatdırmış olur və bunun vasitəsilə də insanların dəstəyini əldə etməyə ümid bəsləyirlər. Hesab edirəm ki, qarşılıqlı fəaliyyətimiz nəticəsində YAP-la Azərbaycan mətbuatının böyük bir hissəsinin arasında yaxşı, səmərəli dostluq münasibətləri formalaşıb. Biz öz tərəfimizdən bu münasibətləri yüksək qiymətləndiririk və arzumuz ondan ibarətdir ki, Azərbaycan mətbuatı YAP-a dostluq münasibətləri prizmasından yanaşsın. Bütövlükdə, YAP olaraq, bizim Azərbaycan mətbuatının fəaliyyətindən, durumundan, özü üçün müəyyənləşdirdiyi dəyərlər sistemindən və bu dəyərlərə əməl etməsindən razı olduğumuzu bildirmək istəyirik. Bütövlükdə Azərbaycan mətbuatı bu vəzifənin öhdəsindən layiqincə gəlir. Mən mətbuat işçilərini bir daha təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram”.
Daha sonra Əli Əhmədov bir qrup jurnalistə mükafatlar təqdim edib.
Mükafatlandırılanlar sırasında qəzetimizin əməkdaşı da var.
Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

