Ölkəmizin hərbi gücü durmadan artır
15.06.2011 [09:28]
Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələri milli ordumuzun yaranmasının növbəti ildönümünü ərəfəsində öz hazırlıq imkanlarını nümayiş etdirməkdədir. Bu günlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus (HHQ) “Mi-8” və “Mi-24” helikopterləri, eləcə də, “MİQ-29” qırıcı təyyarələri Bakı səmasında hazırlıq uçuşları həyata keçirib. HHQ-nin bu hazırlıq uçuşları ordumuzun hərbi gücünün nümayişi ilə yanaşı, son illər Silahlı Qüvvələrin maddi-texniki bazasının güclənməsini, hərbçilərimizin döyüş imkanlarının yüksəlməsini göstərən başlıca amillər kimi də qiymətləndirilə bilər. Mövcud vəziyyət bir daha Azərbaycanın güclü hərbi-sənaye potensialına malik olduğunu şərtləndirir.
Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki bazasına, hərbi potensialına, döyüş imkanlarına, kadr hazırlığına və digər hərbi göstəricilərinə görə, aparıcı ölkə hesab olunur. Son illərdə hərbi-sənaye sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsi bu sahənin dinamik inkişafı üçün əlverişli zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi ölkəmizdə güclü hərbi sənaye kompleksinin bazasının daha da möhkəmlənməsinə səbəb olub.
Hazırda Azərbaycana məxsus hərbi müəssisələrdə Avropanın ən inkişaf etmiş ölkələrinin avadanlığı əsasında məhsullar yaradılmaqdadır. Bu müəssisələrdə aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə həm təkmilləşdirilir, həm də ən yeni nəsil modern texnologiyalar istehsal olunur. Hərbi sənaye müəssisələrində istehsal olunan “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları, artilleriya qurğuları, iriçaplı yarımavtomat və avtomatlar, “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar və digər məhsullar xarici ölkələrin istehsal məhsulları ilə rəqabət aparmaq imkanlarına malikdir.
Respublikamızın Silahlı Qüvvələrinə daxil olan Hərbi Hava Qüvvələri isə bütün parametrlərinə, yüksək texniki-hərbi və manevr qabiliyyətinə görə xüsusi yer tutur. Hazırda Hərbi Hava Qüvvələrinin arsenalı döyüş təyyarələri, müxtəlif növ helikopterlər, pilotsuz uçan aparatlar və digər texnikalarla həddindən artıq çox zəngindir. Bu qoşun növü üzrə respublikamız bölgədə ən iri hərbi üstünlüyə malikdir. Hava qüvvələrindəki təlim-hücumçu və müxtəlif növ modernləşdirilmiş döyüş təyinatlı təyyarələr, manevr imkanlarına görə, xüsusi fərqlənən helikopterlər, dünyanın ən nüfuzlu ölkələrinin istehsalı olan pilotsuz uçuş texnikaları Azərbaycanın hərbi gücünün göstəricisi sayıla bilər.
Hərbi Hava Qüvvələrinin arsenalı öz zənginliyi ilə bərabər, peşəkar hərbçilərinin ustalığı, yüksək hərbi hazırlıqlara malik olması ilə də seçilir. Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Pilotlarımız Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanmaqla yanaşı, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər. Bu isə onların peşəkarlığını daha da artırmış olur.
ölkəmizdə hərbi sənayenin inkişafına dair Dövlət Proqramına və digər layihələrə uyğun olaraq, Hərbi Hava Qüvvələrinin aviaparkının modernləşdirilməsi, döyüş qabiliyyətinin artırılması, pilotların hazırlığının gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi istiqamətində davamlı işlər aparılır. HHQ-nin aviaparkının modernləşdirilməsinin tamamilə ən müasir döyüş təyyarələri hesabına yeniləşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib və bu sahədə digər tədbirlərin də həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə, xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. Əsas start komanda məntəqələri, mühəndislərin idarəetmə məntəqələri və mühəndis aviasiya xidmətinin heyətləri üçün binalar istifadəyə verilib. Hazırda ikinci aerodromun modernləşdirilməsinə dair müzakirələr aparılır.
Respublikamızın hərbi-müdafiə qabiliyyətinin artması və Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsi isə Ermənistanın işğal etdiyi torpaqların hərbi yolla azad olunmasına imkan verir. Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları hazırda üzərinə düşən bütün vəzifələri ən yüksək səviyyədə yerinə yetirmək gücündədir. Mövcud hərbi arsenal işğalçı ölkə olan Ermənistanın istənilən nöqtəsini məhv etməyə qadirdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

