Vergilər Nazirliyində "açıq qapı günü" keçirilib
10.06.2011 [10:03]
Dünən Vergilər Nazirliyində “açıq qapı günü” keçirilib. Tədbirə qatılan KİV nümayəndələri öncə nazirliyin bir sıra strukturları ilə yaxından tanış olublar. Son vaxtlar xüsusilə aktual əhəmiyyət kəsb edən 195 saylı telefon məlumat xidmətinin göstərildiyi mərkəzdə olan KİV təmsilçilərinə bildirilib ki, mərkəz sutka ərzində və iki rejimdə (avtomatik və birbaşa) işləyir.
Mərkəzin əməkdaşı Aida Məmmədovanın sözlərinə görə, telefon məlumat xidməti vergilər orqanına getmədən vergi qanunvericiliyi üzrə operativ məlumatın əldə edilməsi üçün nəzərdə tutulur: “2010-cu il ərzində telefon xidmətinə 236 min müraciət daxil olub. 2011-ci ilin yanvar-may aylarında 195 saylı telefon məlumat xidmətinə daxil olan 108 419 müraciətin 57 301-i avtomatik rejimdə daxil olub, 51 118 müraciət üzrə nazirliyin mütəxəssisləri tərəfindən birbaşa rejimdə cavablar verilib”.
Daha sonra tədbir dəyirmi masa şəklində davam etdirilib. Ombudsman Aparatı nümayəndələrinin, Vergilər Nazirliyinin (VN) idarə rəislərinin, hüquq müdafiəçilərinin, həmçinin, KİV təmsilçilərinin qatıldıqları tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, 1998-ci il iyunun 18-də ümummilli liderimiz Heydər Əliyevin müvafiq Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. 2007-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncama əsasən isə hər il iyunun 18-i Azərbaycanda insan hüquqlarının müdafiəsi günü kimi qeyd edilir: “Məhz bununla əlaqədar olaraq, Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə Azərbaycanda “İnsan hüquqları aylığı” keçirilir. Bu günkü tədbir də mayın 18-dən iyunun 18-ə qədər keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində baş tutur. Biz bu məqsədlə, VN-də “açıq qapı günü” keçirməyi qərara aldıq. ümumiyyətlə, insan hüquqları dedikdə xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan Respublikasının Konstitusiyasında, qanunlarında, o cümlədən, Vergi Məcəlləsində bu hüquqlar təsbit olunub. Eyni zamanda məhz Vergilər Nazirliyi vergi ödəyicilərinin hüquqlarını müdafiə etməyə, qorumağa çalışır. Bunun üçün şəffaflığa xüsusi yer verilir. Vergi ödəyicilərinin hüquqlarının onlara izah edilməsində xüsusi rol oynayan tədbirlər həyata keçirilir”.
Bu baxımdan, VN-nin 195 saylı telefon məlumat xidmətinin rolunun böyük olduğunu deyən nazir müavini, eyni zamanda, nazirliyin rəsmi internet saytında bununla bağlı çoxlu materialların yerləşdirildiyini bildirib. S.Ələkbərov deyib ki, ötən il ərzində nazirliyin veb-saytına 2 milyon istifadəçi daxil olub, bu ilin 5 ayı ərzində isə bu göstərici 1,3 milyona çatıb: “Həmin amil vergi ödəyicilərinin məlumat almasında fəallığın artmasından xəbər verir. Əsas məsələ isə nazirliyə daxil olan müraciətlərlə bağlıdır. Bu il ərzində analoji müraciətlərin sayı 22 mindən artıq olub ki, bunların yalnız 5,2 faizi əsassız olub. ümumilikdə, bütün müraciətlərə baxılır və müvafiq qərarlar qəbul olunur”.
“Vergi ödəyicilərinin öz hüquqlarının müdafiəsi üçün üç əsas mərhələ var ki, bunlar yazılı və ya elektron şəkildə nazirliyin rəhbərliyinə, o cümlədən, birbaşa nazirə, nazirliyin tərkibində yaradılmış Apelyasiya Şurasına və məhkəməyə müraciət formalarıdır. Aydındır ki, bu mərhələlər ardıcıl istifadə oluna bilər. Belə ki, əvvəlki mərhələdə müraciətin baxılmasının nəticəsindən razı qalmayan vergi ödəyicisi növbəti mərhələ üzrə müraciət edə bilər” deyən nazir müavini onu da qeyd edib ki, bu il birbaşa vergilər nazirinin ünvanına 99 müraciət daxil olub və bunların hamısına baxılıb.
O da qeyd olunub ki, Azərbaycanda universal telefon məlumat xidmətinin yaradılması planlaşdırılır. Onun fəaliyyəti iqtisadi sahədə bütün dövlət qurumlarını əhatə edəcək: “Universal telefon xidmətinin yaradılması üzərində işin VN-nin 195 saylı telefon məlumat xidmətinin bazası əsasında aparılması nəzərdə tutulur. Bu layihə üzərində iş ötən ilin avqustundan başlayıb və bununla əlaqədar Nazirlər Kabinetinin sərəncam layihəsi hazırlanıb. Universal telefon xidmətinin yaradılmasında əsas məqsəd sahibkarlara göstərilən dövlət dəstəyinin səmərəliliyinin artırılması, dövlət və sahibkarlar arasında münasibətlərin yaxşılaşdırılması və sadələşdirilməsi, əhalinin hüquqi və iqtisadi maarifləndirilməsinin yaxşılaşdırılmasıdır”.
S.Ələkbərovun sözlərinə görə, 195 saylı telefon məlumat xidməti 2003-cü ilin sonundan fəaliyyət göstərir və həmin dövrdə yalnız Bakını əhatə edib: “2006-cı ildən bu xidmətdən pulsuz əsasda bütün respublika üzrə vergi ödəyiciləri istifadə edə bilirlər. 2009-cu il sentyabrın 1-dən İqtisadi İnkişaf Nazirliyinin 195-2 saylı telefon xidməti İqtisadi İnkişaf Nazirliyinin Vergilər Nazirliyinin məlumat mərkəzinə qoşulması vasitəsilə yaradılıb”.
Jurnalistlərin suallarını cavablandıran nazir müavini bildirib ki, Azərbaycanda elektron auditin həyata keçirilməsi səyyar vergi yoxlamalarının sayını azaldacaq. Onun sözlərinə görə, VN səyyar vergi yoxlamalarının sayının minimuma endirilməsi sahəsində işlər aparır: “Yalnız vergi ödəyicilərinə xidmətlə məşğul olan vergi orqanlarının əməkdaşlarının vergi ödəyiciləri ilə birbaşa təmasda olmaq hüququ var. Səyyar yoxlamalar isə reyestrə alınır. Yalnız mandat əldə olunduqdan sonra müvafiq yoxlamalar aparıla bilər”.
Daha sonra çıxış edən nazirliyin Hüquq idarəsinin rəisi Samirə Musayeva və Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov mövzu ilə bağlı geniş məlumat veriblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

