Mübariz Qurbanlı: Avropa İttifaqının Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməsi müsbət haldır
17.06.2011 [10:05]
- Mübariz müəllim, Avropa İttifaqı iyunun 15-də keçirilən iclasında bir daha Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqlədi. Amma işğalçılıq siyasətinə görə Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Gözləmə mövqeyini nə ilə əlaqələndirmək olar?
- Belə bir ziddiyyətli vəziyyət ikili standartlarla izah olunur. Doğrudur, Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməsi müsbət haldır. Digər tərəfdən quruma daxil olan ölkələrin böyük əksəriyyəti ilə Azərbaycanın ikitərəfli əlaqələri mövcuddur. İkitərəfli imzalanmış sənədlərdə, birgə verilmiş bəyanatlarda həmin ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hər bir beynəlxalq təşkilatda Azərbaycan ardıcıl olaraq, Ermənistanın təcavüzünü ifşa edən siyasət aparır. AŞPA, ATƏT, İKT, Avropa İttifaqı və digər qurumlar Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul edib. Əslində, Avropa İttifaqı siyasi məsələlərdən çox iqtisadi qurumdur. İqtisadi qurum olduğuna görə də, bu tip layihələrdə yaxından iştirak edir. Azərbaycanın da təşkilatda Şərq-Qərb nəqliyyat dəhlizində həyata keçirdiyi iqtisadi layihələrdə özünəməxsus böyük rolu var. Ona görə də, Avropa Birliyində Azərbaycanın əhəmiyyətini çox yaxşı dərk edirlər. O ki qaldı, Ermənistana təsir etməmə məsələlərinə, təbii ki, bu ikili standartların olmasından irəli gəlir. Burda, təbii ki, erməni lobbisinin, bəzi dövlətlərin Cənubi Qafqazda maraqları da rol oynayır. Bu gün Ermənistan, Gürcüstan və Azərbaycanın yerləşdiyi ərazi dünya siyasətinin ən əsas bölgələrindən biridir. Kiçik bir ərazidə nə qədər münaqişə ocaqları var. Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, çeçenistan və Dağıstandakı problemlər və s. Kiçik bir ərazidə bu sayda münaqişələrin olması bu ərazinin strateji əhəmiyyəti ilə bağlıdır. Ona görə də, Dağlıq Qarabağda gedən proses Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunmasını tələb edir. Hesab edirəm ki, Avropa İttifaqında belə bir sənədin qəbul edilməsi müsbət haldır.
- ATƏT-in Minsk qrupunun 19 illik fəaliyyətini qənaətbəxş saymaq olarmı?
- Bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli olmasından narahatçılığımızı ifadə edirik. ATƏT-in Minsk qrupunun fəaliyyətindən Azərbaycan da narahat və narazıdır. çünki real, konkret addımlar gözləyirik. Təəssüf ki, ATƏT-in Minsk qrupunun fəaliyyətində nöqsanlara rast gəlirik. ATƏT-in Minsk formatı təcavüzkara açıq təzyiq göstərmək istəmir. Rusiya bu bölgəyə təsir göstərmək üçün bütün vasitələrdən istifadə edir, Fransa dövləti erməni lobbisinin üstün olduğu ölkələrdən biridir. ABŞ isə, bu bölgədə maraqlarını həyata keçirmək istəyən dövlətdir. Hər bir ölkənin öz marağı olduğuna görə, o marağa uyğun hərəkət edir. ATƏT-in Minsk qrupu ölkələri böyük səkkizliyə daxil olan üç ölkədir. Həm də bu ölkələr veto hüququna malikdir. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığını ifadə edərək, hücum diplomatiyasını həyata keçirir.
- Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan şəhərində keçiriləcək görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir anlaşmanın əldə olunmasına ümidlər varmı?
- Kazan görüşü Rusiya rəhbərliyinin təşəbbüsü və vasitəçiliyi ilə həyata keçirilir. Burada Ermənistan prezidenti Serj Sarkisyanın heç bir rolu və önəmi yoxdur. Sarkisyan yalnız statistik məlumatlar naminə görüşdə iştirak edir. Daha açıq desək, mətbuatda “Sarkisyan da görüşdə iştirak etdi” cümləsinin səsləndirilməsi üçün iştirak edir. Məsələni həll etmək iqtidarında olan böyük fiqur isə, Rusiyadır. Bəzən Rusiya diplomatları işğalçı Ermənistana problemlə bağlı müqavimət göstərmə imitasiyası yaradır. Amma əslində görürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində rəsmi Moskva həlledici rola malikdir. Əslində, Kazan görüşünün baş tutması müsbət haldır. Cənab Prezident İlham Əliyev bu görüşdə Azərbaycan dövlətinin mövqeyini bir daha ortaya qoyacaq. Mövqeyimiz isə aydındır - Dağlıq Qarabağ münaqişəsini sülh, ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll etmək istəyirik. İşğalçı Ermənistan isə nəyin bahasına olursa-olsun, işğal etdiyi Azərbaycan torpaqlarından bir qismini saxlamağa cəhd göstərir. Ona görə də, müzakirələr hər zaman çox çətin və ağır keçir. Amma ümid edirik ki, Kazan görüşü prosesin həllində müəyyən mənada dönüş nöqtəsi olacaq.
- Son zamanlar rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallığını artırıb. Bu fəallıq nədən qaynaqlanır?
- Bu gün Rusiya dövləti ilə Azərbaycan arasında əməkdaşlıq münasibətləri çox yüksək səviyyədə inkişaf edir. İqtisadi, siyasi, sosial və humanitar sahələrdə əlaqələrimiz gündən-günə genişlənir. Mənfur ermənilərin müxtəlif formalarda törətdiyi təxribatlara, maneələrə baxmayaraq, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir. Ermənistanın təcavüzkar niyyətinə baxmayaraq, rəsmi Kreml Azərbaycanla münasibətləri pozmaq niyyətində deyil. Rusiya prezidenti D.Medvedevlə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı şəxsi dostluq münasibətlər yüksək səviyyədədir.
- Sizcə, status-kvonun dəyişməsinin tam zamanı deyilmi?
- İndiki status-kvo şəraiti bizi qane etmir. Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Belə olan şəraitdə, Azərbaycan tərəfi status-kvonu dəyişmək vəzifəsini haqlı olaraq, qarşısına məqsəd qoyub. Bu, bizim haqqımız və hüququmuzdur. Status-kvo vəziyyəti, birmənalı olaraq, dəyişməlidir. İrəli sürdüyümüz layihə məhz bundan ibarətdir ki, işğal altında olan ərazilər qaytarılsın, bundan sonra danışıqlarda status məsələsi müzakirə olunsun. İşğalçı Ermənistan isə, konkret hansısa plan ortaya qoya bilmir. Daha doğrusu, görünür, Ermənistan üçün hələ də plan hazırlanmayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52

