2011-ci ilin dövlət büdcəsinin gəlirləri 29 faiz, xərcləri isə 25 faiz artırılıb
28.05.2011 [10:23]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda öncə parlamentin spikeri Oqtay Əsədov 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqını və millət vəkillərini təbrik edib. O, əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini daha da möhkəmləndirəcək və inkişaf edəcək.
Daha sonra iclasda “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” və “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklər haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxışında qeyd edib ki, Azərbaycan dövləti uğurlu iqtisadi siyasət həyata keçirir. Bu siyasət nəticəsində iqtisadi inkişaf dinamik xarakter alıb. Onun sözlərinə görə, iqtisadi sahədə əldə edilmiş uğurlar büdcənin formalaşması üçün stimul yaradıb: “üDM-in artımı təmin edilib, qeyri-neft sektorunun inkişafı ilə bağlı strategiya həyata keçirilir, Mərkəzi Bankın tədiyyə balansının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər müsbət nəticələr verir”. Z.Səmədzadə qeyd edib ki, 2010-cu ildə üDM 41,6 mlrd. dollar olub: “Azərbaycan adambaşına məhsul istehsalına görə inkişaf etmiş ölkələrə yaxınlaşıb. Valyuta ehtiyatları 30 mlrd. dolları ötüb. Əhalinin pul gəlirlərinin artımı istehlak qiymətlərinin indeksininin tempini 2 dəfə üstələyib”.
Komitə sədrinin sözlərinə görə, 2010-cu ildə büdcənin 99,1 faiz icra edilməsi müsbət göstəricidir.
“Bununla belə, bir sıra rayonlarda büdcə gəlirlərinin formalaşmasında problemlər var. Büdcəyə vergi borcları kifayət qədər yüksəkdir. Bu sahədə işlər daha da gücləndirilməlidir. Əmək müqavilələrinin bağlanmasına nəzarəti gücləndirsək vergi daxilolmaları da artar, eyni zamanda, özlərini işsiz kimi adlandıranların sayı da azalar”, - deyə komitə sədri vurğulayıb.
İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək bu ilin dövlət büdcəsinə əlavələr haqqında məlumat verib. Nazir öncə bildirib ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 11 402,5 mln. manat, xərcləri isə 11 766,0 mln. manat təşkil edib. ötən il üçün dövlət büdcəsinin gəlirləri 11 505,0 mln. manat, xərcləri isə 12 275,3 mln. manat həcmində proqnozlaşdırılırdı. Göründüyü kimi, proqnoz gəlirlər üzrə 0,9 faiz, xərclər üzrə isə 4,1 faiz kəsirlə icra olunub. ötən il büdcə gəlirlərinin 4 292,8 mln. manatı Vergilər Nazirliyi, 1 101,7 mln. manatı Dövlət Gömrük Komitəsi (DGK), 5,4 mln. manatı Əmlak Məsələləri Dövlət Komitəsi, 5 915,0 mln. manatı (proqnoza tam uyğun) Dövlət Neft Fondu (ARDNF) tərəfindən, 87,6 mln. manatı isə (5,8 dəfə çox) sair gəlirlər hesabına daxil olub. Eyni zamanda, ötən il ərzində Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 2009-cu ilə nisbətən 4,4 faiz, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 8 faiz, ARDNF üzrə 20,3 faiz artıb, DGK üzrə 1 faiz, sair gəlirlər isə 51,3 faiz azalıb.
Xərclərə gəldikdə isə, nazir deyib ki, 2010-cu ildə dövlət büdcəsindən 794,3 mln. manat ümumi dövlət xidmətlərinə, 1 185,2 mln. manat müdafiə, 668,5 mln. manat məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq, 1 181,4 mln. manat təhsil, 429,4 mln. manat səhiyyə, 1 123,0 mln. manat sosial müdafiə və sosial təminat, 168,4 mln. manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət, 199,9 mln. manat mənzil və kommunal təsərrüfatı, 372,1 mln. manat kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf münitin mühafizəsi, 4 147,0 mln. manat sənaye, tikinti və faydalı qazıntılar, 55,1 mln. manat nəqliyyat və rabitə sahələrinə, 115,9 mln. manat iqtisadi fəaliyyət, 1 325,8 mln. manat isə əsas bölmələrə aid edilməyən xidmətlərə sərf olunub.
Daha sonra S. Şərifov 2011-ci il büdcəsinə dəyişikliklər barədə məlumat verib. Nazir bildirib ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılır. Bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat olacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29 faiz çoxdur. Büdcə gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcək. Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsinin xərcləri isə 15 941,2 mln. manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş ilkin büdcə xərclərinə nisbətən 3 193,2 mln. manat və ya 25 faiz artırılır. Artımdan sonra xərclərin 48,4 faizini və ya 7 716,5 mln. manatını cari xərclər, 49,4 faizini və ya 7 878,0 mln. manatını əsaslı xərclər, 2,2 faizini və ya 346,7 mln. manatını dövlət börclarına xidmətlə bağlı xərclər təşkil edəcək.
Cari xərclərin artırılması üçün nəzərdə tutulan 698,0 mln. manatın 462,7 mln. manatı və ya 66,3 faizi ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlarla əlaqədar 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləği arasındakı fərqin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların və digər işçilərin əməkhaqları, sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcək. Dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8 faizi həcmində və yaxud 2 484,1 mln. manat vəsait yönəldiləcək ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş ilkin göstəriciyə nisbətən 73,5 faiz çoxdur.
Bu mənbədən qəza vəziyyətində olan məktəblərdə əsaslı təmir və tikinti işlərinin aparılmasına, tələbələr üçün yataqxanaların tikintisinə, respublikaının şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsinə, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılmasına, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulmasına, Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinə, ölkənin regionlarında kəndlərarası yolların tikintisinə və əsaslı təmirinə, Sumqayıt şəhərində gübrə istehsalı zavodunun tikintisinə və digər zəruri investisiya layihələri üçün vəsaitin ayrılması məqsədə müvafiq hesab edilib.
S.Şərifov bildirib ki, Milli Məclisə təqdim olunmuş layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barelinin qiyməti 20 ABŞ dolları artırılaraq 80 dollara çatdırılıb.
Yenidən baxılma nəticəsində icmal büdcənin xərclərinin yuxarı həddi (İcmal büdcə özündə dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Neft Fondunun büdcələrinin, həmçinin, xarici kreditlər üzrə daxilolmaların və xərclərin cəmini birləşdirir) 18634,3 mln.manat, icmal büdcənin profisiti 1368,5 mln. manat təşkil edəcək.
Daha sonra çıxış edən Hesablama Palatasının sədri Heydər Əsədov ötənilki büdcənin icrasını müsbət qiymətləndirib.
Müzakirələr zamanı millət vəkillərindən Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Elton Məmmədov, Gülçöhrə Məmmədova, Aydın Mirzəzadə, Jalə Əliyeva, Fərəc Quliyev və başqaları çıxış edərək öz fikirlərini bildiriblər. Müzakirələrdən sonra hər iki qanun layihəsi qəbul edilib.
Daha sonra iclasda “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Qanuna dəyişikliklər layihəsi müzakirə edilib. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu haqda bildirib ki, layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə 195 mln. manat həcmində vəsaitin əlavə olunması nəzərdə tutulur. Bu vəsait cari ildə əmək pensiyaları haqqında qanuna edilən dəyişikliklərin tətbiqi ilə bağlı xərclənəcək. Sənəd haqqında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov da fikirlərini bildirib.
Milli Məclisin deputatları qanun layihəsini qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

