Qarabağı istəyirəm!
19.05.2011 [09:16]
...Sanki illərdir bu anı gözləyirdim. Ekrandakı tabloda rəqəmlər dəyişdikcə üzümün cizgiləri də yaşadığı həyəcana rəğmən özünü tox tutmağa çalışan Leylanın səsi kimi titrəyirdi...
ürəyimin döyüntüləri, qulaqlarıma divan tutan uğultu getdikcə güclənir, gözümün önündə yaşanan və yaşadığım tarixin hər anı özünəməxsus bir ritmlə, əsrarəngiz bir tablo kimi yaddaşıma həkk olunurdu...
Bir anda otağımdakı bütün səslər qan yaddaşımdan süzülüb gələn savaş və qələbə üzərində köklənmiş ritmlərə çevrilmişdi. İndi bir o qədər də yaxşı xatırlaya bilmirəm. Bəlkə də qaval daşıydı, ya da şaman təbiliydi səslənən qulaqlarımda... Haradan gəldiyini bilmədiyim bir səsin ritmlərinə bürünmüşdüm. Qeyri-ixtiyari rəqs edirdim. Döyüş rəqsi, bütün acılara, məğlubiyyətlərə meydan oxuyan Qələbə rəqsi...
...Bir neçə gün keçib, amma hələ də Azərbaycan və Türkiyə bayraqlarının qürurla yanaşı dalğalandığı o gözəl, duyğusal... bəlkə də heç zaman yaşamadığım hisslərlə dolu anı unuda bilmirəm.
...Təxminən 3 il öncə yazdığım yazını xatırladım: “Bizə qələbə lazımdır” sözlərilə bitirdi bu yazı...
Məni xırda-para uğurlar, qələbələr qane etmirdi... Səbəbini bilmirəm, hətta Olimpiya oyunlarında əldə etdiyimiz medallar da mənə doyumlu bir sevinc yaşatmırdı.
Mən Qələbə istəyirdim, əsl qələbə! Milyonları ayaq üstə qaldıracaq, dünyanın dörd bir yanına səpələnmiş Millətimi bir araya gətirəcək, yumruq kimi birləşdirəcək Qələbə! Mən Qələbə təşnəsiydim! Qələbə acıydım! Bu səbəbdən də Eldarla Nigarın uğurunu gözləməkdən saralmış, yorğun və narahat gözlərimin, torpaq itkisindən, layiq olmadığımız məğlubiyyətdən param-parça olmuş, yaralı ürəyimin üzərinə məlhəm kimi səpdim... Bir ovuc Sevinc, bir ovuc Qələbə, bir ovuc göz yaşı...
...Biləyimə sıxılıb qalmış gücüm, cismimdə, Tanrının bəlirlədiyi bir məkanda özünə yer tapmayan ruhum yenidən dirçəlmişdi, yenidən ayağa qalxmışdı!
...Əllərim qopuz teli,
ürəyim qaval daşı,
Bir dəli şaman kimi yenə səs içindəyəm.
Bir ağ tabut içində
qurban kəsilir başım,
Gah ruhum azad olur,
gah qəfəs içindəyəm.
Gah üzümə çırpılır qara donlu pəncərəm,
Gah pərdələr asılır gözümdən niqab kimi.
Sığınıram evimin ayaqdəyməz küncünə,
Əriyirəm şam kimi, üzülürəm sap kimi.
Döyülür damarım şaman təbili kimi,
İçimdən bircə misra
çıxınca canım çıxır.
Qərib ruhum sıçrayır
içimdən dəli kimi -
Qılınctək sıyrılmıram,
çıxanda qınım çıxır.
Səpələdim göylərə bulud kimi illəri -
Kimsəsiz zirvələrdə yüz illik qar kimiyəm.
Başdan ayağa kimi içim söz qəbirləri...
Başdaşları içində adsız məzar kimiyəm.
Adımı pıçıldayın qayalara -
sirr deyin!
Göydən gəldiyim yolu qayıdıb kəsə dönüm.
Göydən asılan səsə
“tabu”- deyib, “pir”- deyib,
Altaydan Qafqazadək sıçrayan səsə dönüm:
Ayaqlarım altında titrəsin Yer kürəsi,
Mən səsəm, səs, nəhəng səs!
Mən səsəm,
Şaman səsi...
Turana sərhəd çəkim qopuzun telləriylə,
Yuyum Qafqaz dağların Uralın selləriylə.
Varım ata yurduna, varım türk elləriylə -
Ucalsın minarə tək fatehlərin kölgəsi,
Mən səsəm, səs, nəhəng səs!
Mən səsəm, şaman səsi!”
...Biz bu Qələbəni sadəcə gözləmirdik, istəyirdik! Dəli kimi, çılğıncasına! Nəhayətsiz bir istəklə!
...“Bu qələbəni bizə verəcəklər” - demirdik, “Qazanacağıq!” deyirdik! İstəyirdik və istəyimiz uğrunda mücadilə aparırdıq!
...Buna görə də, Qarabağı “qaytaracaqlar”, “verəcəklər” deməməliyik, “alacağıq” deməliyik və bütün varlığımızla mücadilə aparmalıyıq!
Mən Qarabağı istəyirəm! Dəli kimi! çılğıncasına! Eşidirsiniz?!
...Bəs Siz necə?
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27

