Kirman partlayışının “sədası”...
18.02.2023 [10:20]
Molla rejimi diqqəti fərqli istiqamətlərə yönəltməyə çalışır
Rejimə xidmət edən hərbi qüvvələr arasında parçalanmalar var
İranda “mənşəyi bəlli olmayan” partlayışlar davam etməkdədir. Bir neçə gün öncə Kirman şəhərində eşidilən çox güclü partlayışın “sədası” yayılsa da, bununla bağlı rəsmi açıqlama verilməyib. Qeyd edək ki, İran Tələbələri Xəbər Agentliyinin (İSNA) məlumatına görə, partlayışlar fevralın 15-də, yerli vaxtla saat 12:00 radələrində baş verib. Həmçinin partlayışlar bir yerdə olmayıb - Kirman şəhərinin bir çox yerlərində güclü partlayış səsləri eşidilib. “Azad İran” teleqram kanalının yaydığı məlumata görə isə Kirman valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Rəhman Cəlali hadisənin başvermə səbəbinin hələlik məlum olmadığını deyib.
Kirman molla rejiminin başağrısına çevrilib
Əslində, baş vermiş bu partlayış İranın müasir tablosunu əks etdirir. Distabilizasiya, qeyri-müəyyənlik, baş verənlərin gizlədilməsi və ya diqqətin yayındırılması yönündə edilən cəhdlərin fonunda hakimiyyətin açıq şəkildə başını itirməsi hiss olunur. Hətta iş o yerə çatıb ki, dövlət məmurlarının səsləndirdikləri “bəhanələr” belə üst-üstə düşmür. Məsələn, Kirman valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Rəhman Cəlali hadisənin başvermə səbəbi ilə bağlı ali hakimiyyətin tutarlı bir bəhanə uydurmasını gözləsə də, vali artıq ağlına gələn ilk “versiyanı” səsləndirib. Belə ki, Kirman valisi Muhammed Mehdi Fədakar, şəhərdə eşidilən partlayışın hərbi obyektdə vaxtı keçmiş sursatların məhv edilməsi nəticəsində baş verdiyini bildirib.
Təbii ki, molla rejiminin yerli təmsilçisinin bu açıqlamasının daxili auditoriyanı sakitləşdirməyə, guya hər şeyin nəzarət altında olduğunu göstərməyə yönəlməsi ilk baxışdan aydındır. Hazırki qeyri-müəyyən zamanda Kirman valisinin belə bir fikir səsləndirməsi həm də vilayətdəki etirazların miqyasının böyüklüyünü etiraf etməkdən irəli gələn qorxudan qaynaqlanır. Təsadüfi deyil ki, ötən ilin sentyabrından başlanan kütləvi etirazlarda Kirman xüsusi yer tutur. “Əmmamələrin aşırılması” əməliyyatı ilk olaraq Kirmanda həyata keçirilmişdi. Digər tərəfdən, “Azad İran” telegram kanalının yaydığı məlumata görə, İran məktəblərində, əsasən də Kirmanda şagirdlər rejimin qurucusu Ruhullah Xomeyni və ali dini lideri Əli Xameneinin şəkilləri olan bayraqları etiraz əlaməti olaraq yandırıblar. Ən əsası, ötən altı ayda ən çox polis idarəsi yandırılan, silahlı qarşıdurmaların yaşandığı vilayət də məhz Kirman olub. Bu mənada, Kirman hazırda İran üçün arzuolunmaz bir “yaradır”. Ən əsası isə vilayətdə yaşayanların, mərkəz Kirmanın 500 mindən artıq əhalisinin fərqli etnikləridən ibarət olması molla rejiminin işini daha da çətinə salıb.
Partlayışlar aktivləşən prosesin tərkib hissəsidir
Partlayışın Kirmanda “baş verməsinin” əsas səbəblərindən biri, bəlkə də birincisi etiraz dalğasının bu vilayətdə daha çox nəzərə çarpmasıdır. Qeyd edildiyi kimi, bu vilayətdə bəlucilərin çoxluq təşkil etməsi də bu səbəblər sırasında göstərilməlidir - milli kimlikləri ilə bağlı insan hüquq və azadlıqları müstəvisində açıq diskriminasiyaya uğrayan yerli əhalinin molla rejiminə etirazı olduqca kəskindir. Yəni, bu kimi partlayışlar əslində son dövrlərdə daha da aktivləşən prosesin tərkib hissəsidir:
- Yaranan yeni distabilizasiyanın kökündə daxili faktorlar dayanır - molla rejimindən bezən xalqlar öz hüquqlarını tələb etmək üçün səfərbər olublar. Rəsmi statistikaya görə (rəqəmlər azaldılıb) bir milyon yarımlıq bəlucilər rejim tərəfindən açıq istismar olunur və bu kimi etirazlarla tapdanan hüquqlarını əldə etmək niyyətindədirlər;
- Bu partlayışlar etirazların dayanmadığını göstərir - son günlərdə baş verən təbii fəlakətlərin fonunda etiraz dalğalarının sönüklüyü düşünülürdü. Amma bu, belə deyil;
- Rejimə xidmət edən hərbi qüvvələr arasında parçalanmalar var. Bu da ilk dəfə müşahidə olunmur. İran hakimiyyəti bu kimi faktları gizlətməyə çalışsa da, bununla bağlı faktlar yayılmaqdadır. Yəni, qoşunların tərkibindəki bəlucilər molla rejiminin onları xalqla qarşı-qarşıya qoymasına etiraz edirlər. Xatırladaq ki, ötən il də Kirman şəhərində silahlı qarşıdurmalar yaşanmışdı. Həmin vaxt molla rejimi bunu silahlı “qruplaşmaların” ayağına yazsa da, ortada siyasi məsələlərin olduğu bildirilirdi. Atışma nəticəsində polkovnik Əli Bərzəgar öldürülmüşdü, daha beş hərbçi isə yaralanmışdı. Beləliklə, Kirmanda baş verənlər İran üçün heç də arzuolunan deyil...
İran regional təhdidə çevrilib
Təbii ki, İranda baş verənlər həm də bu dövlətin regional təhdid yaratması faktı ilə birbaşa əlaqəlidir. Rəsmi olaraq terroru himayə edən ölkə kimi tanınan İran nəinki bölgədə, eləcə də mühüm bir coğrafiyada yaşanan kataklizmlərin əsas baiskarıdır. Məsələn, Yaxın Orta Şərqdə, hətta Suriyada və digər regionlarda sülhün və təhlükəsizliyin təmin edilməməsinin məsuliyyəti böyük miqyasda rəsmi Tehranın üzərindədir. İldə terrorun himayəsinə 16 milyard dollar maliyyə ayıran İran bölgədə sabit inkişafı və əməkdaşlığı əngəlləyir. Bunun bir bariz sübutu da, Tehran molla rejiminin işğalçı Ermənistana göstərdiyi dəstəkdir. Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqları həzm etməyən İran açıq şəkildə təhlükəsizlik arxitekturasının formalaşmasına mane olur. Maraqlısı odur ki, Tehran öz addımlarını “milli maraqlar” müstəvisində belə izah edə bilmir - çünki İranın qəti şəkildə əleyhinə olduğu Zəngəzur dəhlizi bu dövlətin də iqtisadi əsaslarını möhkəmləndirə bilər. Amma öz mahiyyətinə uyğun olaraq distabilliyə dəstək verən İranın tutduğu yol bəllidir. Daxili etirazların, iqtisadi sanksiyaların, repressiv idarəetmənin fonunda rejimin addımları onun son çırpınışları da ola bilər...
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

