/ / Əli Əhmədov: Görünür, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın Avropa İttifaqı ilə genişlənən əməkdaşlığına zərbə vurmaq məqsədi güdür
Əli Əhmədov: Görünür, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın Avropa İttifaqı ilə genişlənən əməkdaşlığına zərbə vurmaq məqsədi güdür
14.05.2011 [00:54]
Ə.Əhmədov bildirib ki, cəmiyyətin modernləşməsi siyasəti, eyni zamanda siyasi sistemin daha da təkmilləşməsi, demokratiya və insan hüquqlarının dərinləşməsi kimi mütərəqqi meyllərlə müşayiət olunur: “Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan bütün bu sahələrdə Avropa qurumları ilə sıx əməkdaşlıq edir. Əgər sözügedən sahələrdə ölkəmiz Avropanın nüfuzlu qurumları ilə, o cümlədən Avropa İttifaqı ilə geniş əməkdaşlıq xətti götürübsə, deməli niyyət demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi fundamental dəyərlərin daha da inkişaf etdirilməsindən ibarətdir”.
Ə.Əhmədov təəssüflə deyib ki, bir sıra halda Azərbaycanın xoş niyyətlərlə əməkdaşlıq əlaqələri qurduğu təşkilatlar ölkənin reallıqlarını təhrif edən və qərəzliliyi ilə seçilən hesabatlar hazırlayır, qətnamələr qəbul edir: “Avropa Parlamentinin son sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnaməni də deyilən kateqoriyaya aid etmək olar. Qətnamədə Azərbaycanla bağlı səsləndirilən “ittihamların” həqiqətə uyğun olmadığını sübut etməyə bəlkə də ehtiyac yoxdur. Ancaq onu vurğulamaq istəyirəm ki, əməkdaşlığı uğurla davam etdirmək üçün tənqid yolu - xüsusən də o, qərəzli və qeyri-obyektiv olanda - heç də seçilən ən düzgün yol deyil. Azərbaycan Avropa İttifaqı ilə bir çox sahələrdə əməkdaşlıq layihələrini həyata keçirir. ölkəmiz Avropa İttifaqının “Qonşuluq siyasətinin”, “Şərq tərəfdaşlığı proqramının” fəal iştirakçısıdır, “Euronest” təşkilatının təsisçi ölkələrindən biridir. 2010-cu ildən etibarən siyasi dialoq, azadlıq və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutan assosiativ saziş üzrə danışıqlar aparılır. Görünür, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın Avropa İttifaqı ilə genişlənən əməkdaşlığına zərbə vurmaq məqsədi güdür. Bu, Avropa Parlamentinin prezidentinin Azərbaycana gözlənilən səfəri ərəfəsində xüsusilə düşündürücüdür. Avropalı parlamentarilərin bu əməkdaşlığa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən etibarlı partnyorluğuna sayğısız yanaşması başqa məqamlardan da xəbər verir. Mən burada siyasi təzyiq elementlərini də açıq görürəm. Hər hansı ciddi araşdırmalar aparmadan, reallığı kobud şəkildə təhrif etməyə gətirib çıxaran şişirtmələrlə Azərbaycanda insan haqları və söz azadlığı kimi həssas sahələrdə nöqsanlar “tapıb” ölkəmizə iradlar tutulmasına başqa ad qoymaq mümkün deyil”.
Ə.Əhmədov vurğulayıb ki, bütün bunlar Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına kölgə salır: “İstənilən əməkdaşlıq tərəflərin hər birinin üzərinə öhdəliklər qoyur. Azərbaycan öhdəliklərinə vicdanla yanaşır. Lakin Azərbaycanın məruz qaldığı təcavüzün aradan qaldırılmasına əməkdaşlıq etdiyi Avropa İttifaqı hələ ki, bəzi deklorativ bəyanatlardan savayı, ciddi köməklik göstərməyib. Yaşama hüquqları pozulmuş bir milyona yaxın Azərbaycan vətəndaşlarının hüquqlarının bərpa edilməsi istiqamətində də Avropa qurumlarının fəallığı gözə görünmür. Baxmayaraq ki, danışıqları gedən Avropa İttifaqı ilə Azərbaycan arasında assosiativ saziş əsas etibarilə təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutur”.
YAP-ın Sədr müavininin sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa geniş planda və böyük perspektiv prizmasından yanaşır: “Lakin Avropa Parlamentindəki bəzi qüvvələrin sağlam olmayan tənqidləri, olmayanları axtarıb tapmaq cəhdləri əməkdaşlığın xoş niyyətinin üzərinə kölgə salır, Azərbaycanı istər-istəməz əməkdaşlığın gələcək taleyi ilə əlaqədar düşünməyə vadar edir. Qərəzli münasibət, əsassız ittihamlar atmosferində əməkdaşlığın uğurla davam etdirilməsi ciddi suallar doğurur. Belə şəraitdə, misal üçün, təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı nəzərdə tutan assosiativ saziş üzrə danışıqların davam etdirilməsi mümkündürmü və ya ona ehtiyac qalırmı? Düşünürəm ki, Avropa Parlamentində bəzi deputatların hərəkətləri Azərbaycanı vadar edir ki, sözügedən layihəyə, o cümlədən bəlkə digər layihələrə də, yenidən baxsın, çünki istənilən əməkdaşlıq qarşılıqlı etimada və hörmətə istinad etməlidir. İnanıram ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibətinə yenidən baxacaq, hər iki tərəf arasında əməkdaşlığın gələcəyinə hörmətlə yanaşacaq və bununla da Avropa İttifaqı ilə Azərbaycanın partnyorluq niyyətlərinin maneəsiz reallaşmasına kömək göstərmiş olacaq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

