Hücum diplomatiyamızın əsası qoyulan məkan...
17.02.2023 [10:26]
Münhen
Konfransa bu il də Rusiya rəsmiləri dəvət edilmədi
Münhen Təhlükəsizlik Konfransı Azərbaycan üçün mühüm platformadır
Xəbər verildiyi kimi, Avro-Atlantik məkanın təhlükəsizlik məsələləri üzrə ən böyük forumu hesab edilən Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da baş tutacaq. Konfransa dünyanın müxtəlif ölkələrindən siyasətçilərin qatılması gözlənilir ki, onların arasında prezidentlər, hökumət başçıları və ya nazirlər də var. Bu barədə konfransın sədri Kristof Heusgen jurnalistlərə açıqlamasında bildirib. Konfransda ABŞ-ın vitse-prezidenti Kamala Harris, Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron, Çin Kommunist Partiyası Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru və Siyasi Büro üzvü Vanq Yinin iştirak edəcəyi qeyd olunub. Azərbaycan liderinin konfransa dəvət alması ilə bağlı məlumat var. Prezident İlham Əliyevin konfra?sda iştirak edəcəyi ilə bağlı isə rəsmi məlumat verilməyib.
Sədr, həmçinin iştirakçılar arasında Finlandiya Prezidenti Sauli Niinisto, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula fon der Lyuyen, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyevanın adlarını qeyd edib. Heusgen, həmçinin 20-yə yaxın ukraynalı deputatın, eləcə də ABŞ senatorunun Münhenə gələcəyini bildirib.
Qeyd edək ki, konfransa bu il də Rusiya rəsmiləri dəvət edilməyib. Heusgenin sözlərinə görə, konfransda mərkəzi Bavariyada olan “Rusiya vətəndaş cəmiyyətinin nümayəndələri” iştirak edəcək.
Vurğulandığı kimi, 20 ildən artıqdır ki, keçirilən Münhen Təhlükəsizlik Konfransı bu istiqamətdə keçirilən tədbirlər içində ən məşhurudur. Bu konfrans Avropa, eləcə də qlobal miqyasda təhlükəsizlik tədbirlərini nəzərdən keçirir. Konfransda bir sıra dövlətlərin başçılarının, siyasətçilərin aktual problemlərin həlli ilə bağlı mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir. Konfrans bütövlükdə, “təhlükəsiz dünya” ideyasının reallaşdırılmasına əhəmiyyətli töhfələr verir.
2020-ci ildə baş tutan Münhen Təhlükəsizlik Konfransı isə Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa edən, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdıran Azərbaycan Prezidenti İlham
Əliyev 3 il öncə - 2020-ci ilin 15 fevralında Münhen Təhlükəsizlik Konfransında əldə etdiyi növbəti mühüm diplomatik qələbə ilə zəfərimizin beynəlxalq arenadakı əsasını qoydu. Münhen qələbəsi Azərbaycanın hücum diplomatiyasının mühüm tərkib hissəsi və real nəticəsi idi. Sözügedən konfrans zamanı Prezident
İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini, tarixi faktlar və reallıqları qətiyyətlə ifadə etdi. İlham Əliyev Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq müstəvisində, həm də beynəlxalq birliyin mövqeyi fonunda dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Azərbaycan Prezidentinin Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair ifadə etdiyi siyasi-hüquqi gerçəkliklərin qarşısında Paşinyan tutarlı heç bir fikir səsləndirə bilmədi, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı, onun absurd iddiaları dövlətimizin başçısı tərəfindən darmadağın edildi. 2020-ci ilin sentyabrında beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusunun tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi sözügedən diplomatik qələbənin döyüş meydanında həlledici davamı oldu. Münhendə Azərbaycan Prezidenti qarşısında aciz duruma düşən Paşinyan bu dəfə 44 günlük müharibənin nəticəsi olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Qeyd edək ki, Azərbaycan dövlətinin nümayəndə heyəti də 2023-cü il Münhen Təhlükəsizlik Konfransının iştirakçıları siyahısına daxil ediliblər. Eyni zamanda, region ölkələrinin də konfransda iştirakı gözlənilir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34

