Qarşıdakı 5 il ərzində 10 mindən çox qaçqın ailəsi üçün yeni qəsəbələr inşa olunacaq
14.05.2011 [00:52]
Azərbaycan hökuməti məcburi köçkünlərin sosial problemlərinin, mənzil-məişət qayğılarının həlli və yaşayış imkanlarının yaxşılaşdırılması üçün həyata keçirdiyi davamlı tədbirləri qarşıdakı illərdə daha da gücləndirəcək. Dövlət büdcə gəlirləri və Dövlət Neft Fondunun vəsaitləri ilə yanaşı, digər maliyyə mənbələri hesabına qaçqınların həyat şəraitinin yüksəldilməsinə xidmət edən davamlı layihələr həyata keçirəcək. Eyni zamanda, hökumət məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, iqtisadi inkişafa öz töhfələrini verməsi üçün lazım olan bütün tədbirləri görəcək. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Dövlətqaçqınkom”) sədri Əli Həsənov bildirib.
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən mətbuat konfransında Əli Həsənov deyib ki, Prezident İlham Əliyev ölkəmizin artan iqtisadi imkanları hesabına əldə olunmuş gəlirləri, ilk növbədə, qaçqınların rifah halının yaxşılaşmasına yönəldir. ötən 19 il ərzində məcburi köçkünlərin sosial həyatı, mənzil-məişət şəraiti və infrastruktur təminatı ilə bağlı layihələrə ümumilikdə, 3,7 milyard manat vəsait yönəldilib. Həmin vəsaitin 2,1 milyard manatını yerli büdcə xərcləri, 860 milyon manatını Dövlət Neft Fondunun vəsaitləri, 740 milyonunu isə beynəlxalq təşkilatların ayırdığı pullar təşkil edir. Təkcə, 2011-ci ildə dövlət büdcəsindən qaçqınlar üçün 190 milyon manat, Dövlət Neft Fondundan 110 milyon manat (büdcəyə dəyişiklikdən sonra bu rəqəm 130 milyon manat təşkil edəcək), beynəlxalq təşkilatlar tərəfindən isə 20 milyon manat vəsait nəzərdə tutulub.
“Dövlətqaçqınkom”un sədri hazırda dünya üzrə konflikt bölgələrindən köçkün düşmüş insanlar arasında ən yüksək məbləğə malik yardımın azərbaycanlı məcburi köçkünlərə düşdüyünü bildirib. Hazırda respublikamızda hökumət hər məcburi köçkünə 684 manat vəsait xərcləyir. Bu rəqəm 2003-cü ildə 121 manat təşkil edirdi. Son 7 ildə məcburi köçkünlərə adambaşına verilən vəsaitin həcmi 5 dəfədən çox artıb. Komitə sədri, bununla yanaşı, məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılması ilə bağlı mühüm nailiyyətlərin əldə olunduğunu da diqqətə çatdırıb. Azərbaycan hökumətinin ayırdığı kreditlər hesabına qaçqınların fəaliyyət göstərdiyi yaşayış bölgələrində xeyli iş yerlərinin yaradılması mümkün olub. Eləcə də, Dünya Bankının yönəltdiyi mikrokreditlər qaçqınların kənd təsərrüfatı, emal, xidmət, ticarət və digər iqtisadi sahələr üzrə fəaliyyətinin artmasına səbəb olub.
Əli Həsənov 2011-ci ildə məcburi köçkünlər üçün yeni salınan bir neçə qəsəbənin istifadəyə veriləcəyini söyləyib. Belə ki, yaxın iki-üç ay ərzində Ağcabədi rayonunun Taxtakörpü ərazisində fin evlərdə məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər üçün 552 evdən ibarət qəsəbə istifadəyə veriləcək. Naftalandakı sanatoriyalarda məskunlaşan qaçqınlar isə ilin sonuna kimi Goranboy rayonunda tikilən 9 ədəd 5 mərtəbəli binalara köçürüləcək. Mingəçevirdə isə 10 ədəd 9 mərtəbəli yaşayış binalarının bu il istismara verilməsi planlaşdırılır. Bundan başqa, Ramana qəsəbəsində 1 ədəd beşmərtəbəli binanın inşası 2011-ci il ərzində yekunlaşacaq. Digər yerlərdə də qaçqınlar üçün yeni mənzillərin tikintisi davam etdiriləcək və onların 2012-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Həmin binalara Bakı Dövlət Universitetinin Mətbuat prospektində yerləşən iki yataqxanasında məskunlaşan məcburi köçkünlər yerləşdiriləcək. Eləcə də, texniki peşə məktəblərində və Binəqədi rayonundakı Təcili Yardım Stansiyasının binalarında məskunlaşmış 736 məcburi köçkün ailəsinin də gələn ilin sonuna kimi yeni mənzillərə köçürülməsi əsas planlardandır. Qarşıdakı ildə Sumqayıtda yerləşən H.Z.Tağıyev adına qəsəbədəki hərbi hissədə yaşayan qaçqınların da yeni evlərlə təmin olunması nəzərdə tutulur. ümumiyyətlə, Sumqayıtda 1200-dən çox məcburi köçkün ailəsi üçün binalar inşa olunacaq. Bu şəhərdə yaşayan qaçqınlar üçün ayrıca şəhərciyin salınması planlaşdırılır.
Əli Həsənov deyib ki, hökumət yaxın 4-5 il ərzində yataqxana, peşə məktəbləri, bağça, sanatoriya, başqa şəxslərə məxsus yaşayış binaları və digər yerlərdə məskunlaşmış məcburi köçkün ailələrinin hər birini yeni mənzillərlə tam təmin olunmasını başa çatdırmaq niyyətindədir. Qarşıdakı 5 il ərzində 10 mindən çox ailənin yeni tikilən qəsəbələrə köçürülməsi planlaşdırılır.
“Dövlətqaçqınkom”un sədri son günlər bəzi KİV-lərdə Firudin Cəlilov və Eldar Namazova istinadən qaçqınlara məxsus mülkiyyət sənədlərinin yandırılması barədə səslənən iddialara da münasibət bildirib və belə məlumatların tamamilə yalan, böhtan və cəfəngiyyat olduğunu xatırladıb. Əli Həsənov bu məsələ ilə bağlı Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət edəcəyini də bildirib. Yeri gəlmişkən, komitə sədri Ermənistandan qaçqın düşmüş şəxslərin Ermənistanı beynəlxalq məhkəməyə verməsini müsbət qarşıladığını və “Dövlətqaçqınkom”un bu məsələdə lazım olan bütün dəstəyi göstərəcəyini də diqqətə çatdırıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri onu da bildirib ki, Belarus şirkətləri də Azərbaycanda qaçqınlar üçün inşa olunan qəsəbələrin tikintisində iştirak etmək istəyir. Bununla bağlı Belarus hökumətinin təklifləri nəzərdən keçirilib və müsbət cavab verilib. İsmayıllı rayonunda inşa olunacaq qəsəbəni belaruslar gələn il təhvil verməyi planlaşdırır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

