"İqtisadi modernləşmə: reallıqlar və perspektivlər"
11.05.2011 [10:03]
Mövzu ilə bağlı ətraflı çıxış edən A.Rəhimzadə deyib ki, ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil, hüquqi, demokratik dövlət konsepsiyasında və bu konsepsiyaya əsasən qurulmuş Azərbaycan Respublikasında yerli özünüidarə orqanlarına vacib yer ayrılıb.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının bütöv bir bölməsi idarəçilik sisteminin aparıcı orqanlarından biri kimi bələdiyyələrə həsr edilib: “Konstitusiya normalarına uyğun olaraq, özünüidarə orqanlarının formalaşması və fəaliyyəti ilə bağlı olan bütün məsələləri əks etdirən qanunvericilik bazası yaradılıb. 1999-cu ildən bəri yerli özünüidarə orqanlarına üç dəfə seçki keçirilib. 2006-cı ildə yaradılmış şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları sosial, məişət xarakterli məsələlərin həlli, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği üçün bu orqanların səylərinin birləşdirilməsinə müsbət təsir göstərirlər”.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının məruzəsi isə “Müstəqil Azərbaycan dövlətinin təməl prinsipləri və müasirlik” mövzusuna həsr edilib: “Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşıda duran ən ümdə vəzifələrdən biri müstəqil dövlət quruculuğunu həyata keçirmək idi”, - deyən natiqin sözlərinə görə, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi: “Lakin, məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi hakimiyyətdə olmuş dairələr xalqın və millətin maraqlarını ifadə edən siyasi xətti nəinki həyata keçirə bilmiş, hətta, öz əməlləri ilə dövlət müstəqilliyimizi böyük təhlükə ilə üz-üzə qoymuşdular. Yalnız 1993-cü ilin iyun ayında Azərbaycan xalqının böyük istəyi və tələbi nəticəsində siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü və düşünülmüş siyasəti sayəsində müstəqil dövlətimizin quruculuğu istiqamətində ciddi addımlar atılıb”.
Mübariz Qurbanlı bildirib ki, 1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətin ağır və şərəfli məsuliyyətini öz üzərinə götürən Ulu öndər Heydər Əliyev, bir tərəfdən, Azərbaycanı bürümüş total böhranı aradan qaldırmalı, digər tərəfdən, Ermənistanın davam edən təcavüzünün qarşısını almalı, ictimai-siyasi və iqtisadi sabitliyi bərqərar etməli idi: “Bu dövrdə demək olar ki, ölkə əvvəlki iqtidarların naşı siyasətlərinin nəticəsi olaraq tam iflas vəziyyətində idi. Dövlət orqanları öz üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmir, qanunlar işləmir, hər yerdə insanlar arasında ümidsizlik və inamsızlıq hökm sürürdü. Belə ağır vəziyyətdə Ulu öndər Heydər Əliyev ciddi və cəsarətli addımlar ataraq müasir, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsaslarını yaratmağa başladı. 1993-95-ci illər arasında müstəqil dövlət quruculuğu sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi”.
YAP İcra katibinin müavini onu da deyib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün uğurla davam edir. Dövlət quruculuğu prosesi daimi xarakter daşıyır: “Cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən prosesə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir. Prezident İlham Əliyev Azərbaycanın qarşısında dayanan strateji vəzifələrdən danışarkən qeyd etmişdir ki, hazırda başlıca məqsədimiz sənayecə inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Prezident deyir: “Biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən - həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq.
...Bizim qarşımızda çox böyük perspektivlər var. Azərbaycan sözün əsl mənasında, inkişaf etmiş ölkəyə çevirilməlidir”.
Bu gün modern Azərbaycan quruculuğu Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri əsasında uğurla davam edir”.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov isə “Aqrar islahatlar müasir mərhələdə” başlıqlı məruzə ilə çıxış edib. Komitə sədri deyib ki, 1993 -2003-cü illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun nəhayət reallaşması, o cümlədən, torpağa münasibətdə tarixi ədalətin bərpa edilməsi, torpaqların pulsuz olaraq kəndlinin mülkiyyətinə verilməsi və yeni torpaq-əkinçi münasibətlərinin formalaşması müasir tariximizin ən önəmli səhifələrindən biridir.
Komitə sədri bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı və qürurla demək olar ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə “Heydər Əliyev torpaq islahatları” modeli kimi düşdü.
Qərib Məmmədovun sözlərinə görə, faktlar bir daha onu göstərir ki, Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi, mədəni-mənəvi, siyasi-ideoloji və elmi müstəvidə özünün tərəqqi dövrünü yaşamaqdadır: “Qürurla deyə bilərik ki, milli iqtisadiyyatın dinamik inkişafının ölkəmizi regional əhəmiyyətli güc mərkəzinə çevirməsi Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində və rəhbərliyi altında gələcəkdə xalqımızın rifah halı daha da yaxşılaşacaq, insanlarımız daha təminatdı, təhlükəsiz və firavan yaşayacaqdır”.
Bu bölmədə eyni zamanda, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı “Azərbaycan iqtisadiyyatı tərəqqi yolunda: reallıqlar və perspektivlər”, Təhsil nazirinin müavini, YAP Siyasi Şurasının üzvü İradə Hüseynova “Modernləşmə strategiyası Azərbaycanda güclü insan kapitalının formalaşdırılmasını zərurətə çevirir”, Ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev “Azərbaycanda ekoloji siyasət uğurla davam etdirilir”, Milli Məclisin deputatı, AHİK-in sədri Səttar Mehbalıyev “Müasir mərhələdə Heydər Əliyev siyasəti və həmkarlar ittifaqları” və Xızı rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev “Regionların inkişafı: yeni mərhələ” başlıqlı məruzələrlə çıxış ediblər.
Bununla da konfrans öz işini yekunlaşdırıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

