"Azadlıq radiosu/Azad Avropa" doğru yolda deyil
30.04.2011 [09:49]
“Azadlıq” radiosu son zamanlar ictimai-siyasi münasibətlərə “fərqli” rakursdan yanaşaraq, söz və mətbuat azadlığı ilə bağlı əsas prinsipləri, eyni zamanda, dövlətlərarası münasibətləri nəzərə almadan qərəzli şəkildə fəaliyyət sərgiləyir. Əlbəttə ki, bu fakt həm bu radionun fəaliyyət göstərdiyi ölkələrdə, həm də ABŞ-ın özündə böyük narahatlıq doğurur. Artıq vəziyyət o həddə çatıb ki, dünyanın nüfuzlu nəşrlərindən olan “The Washington Times” qəzeti radionun fəaliyyətini tənqid edib.
Belə ki, “The Washington Times” qəzetində dərc olunmuş Ksandra Kayden adlı müəllifin materialında bildirilir ki, ABŞ-ın maliyyələşdirdiyi, “soyuq müharibə” dövründə azad dünyadan dostlarımızı dəstəkləmək və düşmənlərimizin mövqelərini zəiflətmək məqsədilə məlumat yaymaqla məşhurlaşan “Azadlıq” radiosunun ABŞ-ın müttəfiqlərinə hücum etməsi qəribə haldır və bu, narahatlıq doğurur.
Məqalədə yazılıb ki, Azərbaycan böyük enerji ehtiyatlarına malik, Cənubi Qafqazda və Avrasiyada aparıcı rola malik, terrorizmə nifrət edən ölkələrlə alyansda olan dünyəvi və əsasən şiə müsəlman ölkəsidir: “Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan qətiyyətli praqmatik və qərbyönlü siyasət həyata keçirdi və eyni zamanda, qonşuluqdakı təhlükələri də unutmadı: Azərbaycan ərazilərinə soxularaq 20 ildir ki, onları işğal altında saxlayan Ermənistanla münaqişəyə cəlb olundu. Bəzilərinin Azərbaycanın şiə müsəlman ölkəsi olduğuna görə, İranla müttəfiq olacağını gözlədiyi vaxtda, o, sərt şəkildə dövlət və dinin bölünməsinə əmin olan dünyəvi dövlətdir. Talenin ironiyası ilə məhz, Ermənistan İranla sıcaq münasibətlər qurub və Ermənistanın İrana silah ötürməsi nəinki ABŞ-ı ciddi narahat edir, həm də İraqda amerikalı əsgərlərin ölümünə səbəb olur. Azərbaycan həm də neft və qaz ilə zəngin ölkədir və öz ixrac kəmərləri vasitəsilə Türkiyə, İsrail və Avropanın enerji ehtiyaclarını ödəyir və gələcəkdə də ödəyəcək”.
Ksandra Kayden məqaləsində vurğulayır ki, “Azadlıq” radiosu islam fundamentalizmini təbliğ edən məscidlərin bağlanması, məktəblərdə hicabın qadağan olunması və digər məsələlərə görə, Azərbaycanı qəzəblə və rəhmsiz tənqid edir: “Lakin hicabın qadağan olunması dini düşüncələrlə deyil, sosial-iqtisadi məsələlərlə bağlıdır. Ola bilər, Azərbaycan bu məsələdə böyük müsəlman əhalisinə malik bəzi Avropa ölkələrindən daha uzağa gedib, lakin Azərbaycanda terrorizmi bətnində boğa biləcək “başqaları” şəklində üstünlük təşkil edən toplum yoxdur. Azərbaycanda radikal islamçıların baş qaldırması, müxtəlif narazılıqlar, o cümlədən, hicab məsələsində məktəblərə hücumlar xaricdən ixrac olunur. Əsas məqsəd Azərbaycanı sosial məsələlərin həlli ilə bağlı müzakirələrdən yayındıraraq dövlətin dünyəvi və ya dini olması məsələsinin müzakirəsinə cəlb etməkdir. Bu məsələdə ABŞ-ın hansı mövqeyi tutmalı olduğu tam aydın görünür”.
Məqalədə o da qeyd olunur ki, Azərbaycanda hər hansı qüsurların mövcudluğuna baxmayaraq, tərəqqiyə təminat verən qərbyönlü, dəqiq dünyəvi və praqmatik hakimiyyət istənilən alternativdən yaxşıdır: “Bu halda “Azadlıq” radiosu ABŞ-ın xarici siyasətinə xidmət etmir və ABŞ-ın narahatlığını əks etdirmir. “Azadlıq” bəyan edir ki, onun missiyasının bir hissəsi “senzurasız məlumat, açıq diskussiya və debatlar yaymaqdır”. Lakin “Azadlıq”ın Azərbaycandakı vəziyyəti işıqlandırmasına, hətta, səthi baxış Azərbaycan hakimiyyətinə qərəzli, neqativ münasibətin olduğunu göstərir. Ola bilər bu, “soyuq müharibə” dövründə bütün vasitələrlə bizim düşmənimizi silkələmək üçün özünü doğruldan yanaşma idi. Ancaq bunu indi, özü də dünyanın strateji baxımdan vacib regionunda bizə azsaylı dost ölkələrdən olan Azərbaycana qarşı etmək nəyə lazımdır? Burada məsələ söz azadlığından getmir, çünki “Azadlıq” Amerika vergi ödəyicilərinin pulu ilə maliyyələşdirilən və ABŞ maraqlarına xidmət etməli olan bir institutdur. Bunu nəzərə alaraq, onun məlumatları İranın “Səhər” televiziya kanalı vasitəsilə yaydırdığı xəbərlərlə həmahəng olmamalı, bu təbliğata qarşı durmalı və onu inkar etməlidir”.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

