Mübariz Qurbanlı: Radikal müxalifət nəinki gümüş, heç paslanmış dəmir də deyil
20.04.2011 [09:52]
- Radikal müxalifətin bütün qadağalara baxmayaraq qanunsuz mitinq keçirmək cəhdlərinin arxasında nələr dayanır?
- Radikal müxalifətin şəhərin mərkəzində xüsusilə insanların gur toplaşdığı yerlərdə mitinq keçirmək cəhdi bir məqsəd daşıyır. Müxalifətin radikal qanadının cəmiyyətdə demək olar ki, heç bir dayağı yoxdur. çox az sayda şəxslər radikallıq nümayiş etdirirlər və onlar da şəhərdə elə bir yer seçirlər ki, bura insanların gediş-gəliş yeri, eyni zamanda insanların sərbəst şəkildə istirahət etdiyi, gəzdiyi yer olsun. Bu kimi yerlər seçməklə onlar həmin yerlərdə az sayda tərəfarları, nümayəndələri ilə hay-küy salıb ətrafdakı insanları mitinqçilərin sırasına daxil etmək istəyirlər. “Mitinq yerindən” şəkilləri çəkib mətbuatda dərc etməklə özlərinin böyük potensiala malik olduğunu göstərmək istəsələr də buna nail ola bilmirlər. Bakı şəhər İcra Hakimiyyəti onlar üçün müvafiq yerlər ayırıb. Azərbaycan hüquqi dövlətdir və hüquqi dövlətdə hamı qanun qarşısında bərabərdir və eyni şəkildə cavabdehlik daşıyır. Müxalifətin radikal qanadı öz hikkəsi və şıltaqlığını yeridə bilməz. Kim olur olsun qanuna tabe olmalı, aksiyaları müvafiq yerlərdə keçirməlidir. Müxalifətin radikal qanadının arxasında faktiki olaraq heç kim dayanmır. Onlar öz mətbuatlarında yalançı görüntü yaratmaq istəyirlər ki, guya Qərb dövlətləri onları müdafiə edir. Hansısa səfirlərlə görüşlərini şişirdərək bundan özlərinə siyasi qazanc kimi, təbliğat parçası kimi istifadə etmək istəyirlər. Nə Qərb dövlətləri, nə Qərb liderləri müxalifətin radikal qanadı ilə hansısa bir formada təmasda deyil, heç onların mövcud olduğunu bilmirlər. Bəli, müxalifətin xaricdə bu və ya digər formada əlaqə saxladığı qüvvələr varsa, onlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək istəyən müəyyən təşkilatlardır. O təşkilatlar Azərbaycan cəmiyyətini, hakimiyyətini, parlamentin üzvlərini bütünlükdə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı aparılan işlərdən yayındırmaq məqsədi daşıyır. Yəni xaricdə erməni lobbisi ilə əlaqəli olan bəzi QHT-lər, siyasətçilər var ki, onlar Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq istəyirlər. Amma buna nail ola bilmirlər və nail ola bilməyəcəklər də. Bu gün Azərbaycanda ölkə başçısının apardığı qətiyyətli siyasət beynəlxalq aləmdə nüfuzumuzun, Ermənistan üzərində gücümüzün artmasına gətirib çıxarır. Eyni zamanda Azərbaycanın artan nüfuzu qarşısında bizimlə hesablaşmaq zorunda qalan qüvvələr var. Ona görə də, Azərbaycan xalqının iradəsinə söykənən siyasət öz bəhrəsini verir, radikalların Azərbaycanın əleyhinə olan, ölkəmizdə vəziyyəti qarışdırmağa cəhd edən bəzi dairələrin qarşısına çıxmağa hazırıq, onun qarşısını almışıq və bundan sonra da alacağıq.
- Necə düşünürsünüz, bu cür uğursuz aksiyalar nə zamana qədər davam edəcək?
- Radikallıq Azərbaycanda özünə yer tapa bilmir. Radikallıq, bu yolla müəyyən mənada siyasətdə qalmaq cəhdləri keçmişə yönələn addımlardır. Ona görə də ölkədə radikal çağırışlara yer yoxdur. Azərbaycanda konstruktiv müxalifət, əməli fəaliyyət göstərən müxalifət partiyaları var. Onlar seçkilərə qatılır, parlamentdə, bələdiyyələrdə müəyyən yer qazanırlar. O müxalifət ki, təkamül yolu ilə fəaliyyət göstərir, həmin müxalifət az da olsa cəmiyyətdə bu və ya digər şəkildə uğur qazanmaq ehtimalı olan müxalifətdir. Amma bütövlükdə böyük əksəriyyət ölkə başçısının siyasətini dəstəklədiyinə görə, hesab edirəm ki, Prezidentin siyasətini müdafiə edən siyasi təşkilatlar, onların aparıcısı olan Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycanda avanqard, aparıcı rolunu oynayacaq.
O ki, qaldı müxalifətin növbəti mitinq keçirmək cəhdlərinə, 17 aprel tarixindən sonra əgər radikallarda azacıqda olsa siyasi məsuliyyət hissi varsa, o zaman bu cür cəhdləri yenidən ağıllarına gətirməsinlər, bununla bağlı fikir söyləməsinlər. çünki 17 apreldə onlar tam biabırçı vəziyyətdə idilər. Mən deyərdim ki, onlar iflasa uğramış vəziyyətdə idilər. özləri də gördülər, anladılar ki, onları cəmiyyətdə heç kim müdafiə etmir. “Möhtəşəm mitinq edəcəyik” deyənlər və onların liderləri kabinetlərdən bayıra çıxmadılar, küçələrə çıxan 5-6 nəfər də bütünlüklə aldadılmış, bir sıra hallarda səhv yola yönəldilən şəxslərdir ki, onlar bu cür radikalların əlində alətə, radikallar özləri isə xaricdə olub Azərbaycana düşmənçilik edən qüvvələrin əlində alətə çevriliblər. Alətə çevrilmişlər bəzi gənclərimizi yanlış yola düşmüş ümumi siyasəti kifayət qədər başa düşməyən insanları da alətə çevirmək istəyirlər. Hətta radikal düşüncəli insanlar belə onların arxasınca getməyəcək. Onların bir qismi İctimai Palatada birləşib. Artıq İctimai Palata faktiki olaraq dağılıb. Əslində başlanğıcdan o dağılmağa məhkum idi və onun perspektivi olmayan qurum olduğu hamıya bəlli idi. Dəfələrlə müxalifət dairələri, radikallar, müxtəlif qurumlar adı altında guya təşkilat yaratdıqlarını iddia ediblər və həmin təşkilatlara dəbdəbəli adlar qoyublar. Onlar özlərinə gümüş deyirlər, amma əslində gümüş, mis yox, heç paslanmış dəmir də deyillər. Ona görə də, onların arxasınca heç kim getməyəcək.
- İctimaiyyətin bütün üzvlərinin təmsil olunmadığı bir təşkilatın “İctimai Palata” adlandırılması nə dərəcə düzgündür?
- Orada nəinki ictimaiyyətin, orada Azərbaycanın ictimai-siyasi həyatının 0,1 faizi təmsil olunmayıb. Adını böyük qoymaqla deyil ki? Adına Koroğlu qoymaqla Koroğlu olmursan ki, kor kişinin oğlu olursan. Hər adamın Koroğlu ola bilmədiyi kimi, hər böyük adın altında hər hansı bir qüvvə dayanmır. Rusiyada belə bir palata var. Radikal müxalifət də bu ad altında hərəkat yaratmaq istədi. Amma belə bir hərəkat nəinki yarana bilmədi. Elə ölü doğuldu, ölü doğulduğunda da onun yaşamaq qabiliyyəti olmadığı üzə çıxdı.
- “17 aprel tarixində aksiya cəhdi radikal müxalifəti iflasa uğratdı” deyə bilərikmi?
- Əlbəttə ki, radikal müxalifət iflasa uğrayıb. ölkədə radikalizmə yer yoxdur. Radikal çağırış edən və siyasətdə qalmaq istəyənlər siyasi intiharla məşğuldurlar. İctimai Palatada birləşənlər bir daha öz hərəkətlərini nümayiş etdirdilər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41

