Görüş yeri niyə dəyişdi?
19.01.2023 [10:59]
Rəsmi Tehran problemlərdən çıxış yolları axtarır
N.BAYRAMLI
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün Türkiyəyə səfər edib. O, səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə regional və beynəlxalq məsələlər müzakirə edilib. İranın XİN rəhbərini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qəbul edib. Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumatda qeyd olunur ki, görüşdə regional, o cümlədən Qərbi Asiya, Cənubi Qafqaz və beynəlxalq məsələlərlə bağlı müzakirələr aparılıb.
Təxirə salınan Moskva səfəri
Hazırda daxilində dərin böhranın hökm sürdüyü İranın son zamanlar region ölkələri ilə artan diplomatik təmasları maraq doğurur. Bir sıra ekspertlər tərəfindən rəsmi Tehranın bu addımı problemlərdən qurtulmağın yollarından biri kimi dəyərləndirilir. Nəzərə alaq ki, bugünlərdə Türkiyədə Azərbaycan, Türkiyə və İranın parlament spikerlərinin də görüşü keçirilmişdi. Bunun ardınca, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da Türkiyəyə səfər etməsi bir sıra mətləblərdən xəbər verir. Türkiyə mediasının yazdığına görə, əslində yanvarın 17-də Hüseyn Əmir Abdullahian Moskvaya səfər edib rusiyalı həmkarı Sergey Lavrovla görüşməli idi. Yanvarın 12-də bu görüşün keçirilməsi barədə rəsmi açıqlama verilmişdi. Amma daha sonra hər iki tərəfin razılığı ilə görüşün başqa vaxta keçirilməsi qərara alınıb. İranın xarici işlər nazirinin görüş yerini Moskvadan Ankaraya dəyişməsi maraq doğurur. Amma diqqətçəkən məqam ondan ibarətdir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Türkiyəyə getdiyi gün Rusiya prezidentinin köməkçisi İqor Levitin Tehrana səfər edib. İqor Levitin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və Ali Rəhbərinin nümayəndəsi Əli Şamxani ilə görüşüb. Görüşdə Əli Şamxani iki ölkə arasında bütün sahələrdə inkişaf edən əlaqələrə toxunaraq, iki ölkə prezidentlərinin razılaşmaları çərçivəsində birgə iqtisadi layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin zərurətini vurğulayıb. Əli Şamxani İran və Rusiyanın qlobal enerji bazarlarında bir-birini tamamlayıcı rolunun əhəmiyyətindən danışıb və bildirib ki, iki ölkə rəsmilərinin ciddi iradəsi və davamlı səyləri ilə İran və Rusiya arasında iqtisadi əməkdaşlıq möhkəmlənir.
Görüşdə İqor Levitin də birgə layihələrin gedişatı haqqında hesabat təqdim edib və qeyd edib ki, Şimal-Cənub dəmir yolu layihəsinin başa çatmasının strateji təsirini və Rusiyanın Rəşt-Astara hissəsinin sürətlə tamamlanmasına dair öhdəliklərini nəzərə alaraq əsas prioritet bu planla bağlı sürətli əməliyyat tədbirlərinə başlamaqdır. O, İran İslam Respublikasının enerji və tranzit sahəsində unikal imkan və üstünlüklərinə işarə edərək, Rusiya şirkətlərinin İranda infrastruktur layihələrinə sərmayə yatırmaqda maraqlı olduqlarını açıqlayıb.
Türkiyənin mövqeyi önəmlidir
Ümumiyyətlə, İranın xarici işlər nazirinin Türkiyə səfəri, aparılan müzakirələr regionda vəziyyətə necə təsir edəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İranın daxilində baş verən proseslər, siyasi və ictimai-sosial problemlər ölkə ətrafında da cərəyan edən vəziyyətə də diqqət ayırmağı məcbur edir. Bu xüsusda İran və Türkiyə arasında təmasların qurulması, məsləhətləşmələrin həyata keçirilməsi onu deməyə əsas verir ki, rəsmi Tehran artıq regional aktorların nüfuzunu ciddi qəbul edir, onların ölkəyə təsirini xoşmeyilli etməyə çalışır və bunun üçün də müvafiq addımlar atır. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra İranla Azərbaycan arasında çox gərgin məqamların yaşandığını xatırladan politoloqun sözlərinə görə, xüsusilə, ötən iki ildə SEPAH-ın Azərbaycanla sərhəddə iki dəfə hərbi təlimlər keçirməsi narahatlıq doğurdu. Digər tərəfdən, Ermənistanla İranın dostluğu, İrəvana əvəzsiz olaraq raketlərin bağışlanması, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə İranın diversantların sızdırılması və digər məsələlər vaxtaşırı ortaya çıxıb. Bütün bunlar barədə açıq mənbələrdə məlumatlara rast gəlinir. İranın uzun müddətdir ki, pozuculuq fəaliyyəti davam edir və Yaxın Şərq bölgəsində bu, gündəlik fəaliyyətinin meyarına çevrilib.
Bir neçə gün öncə Antalyada Azərbaycan, Türkiyə və İranın parlament sədrlərinin üçtrəfli görüşünə diqqət çəkən həmsöhbətimiz qeyd edib ki, görüşdən sonra İran parlamentinin sədrinin açıqlaması həm İranda, həm də Azərbaycanda böyük rezonans doğurdu: “Çünki o, Azərbaycanla olan ziddiyyətlərin aradan qaldırıldığını bildirdi. Amma bir görüşlə yığılıb qalmış problemlərin həll olunması mümkün deyil. İranın Qafanda konsulluq açmasından sonra Ermənistan da Təbrizdə konsulluq açmağa hazırlaşır. Bütün bunların fonunda Azərbaycanla problemlərin aradan qaldırıldığını söyləmək, reallıqda isə İslamı təhqir edən ölkə ilə əməkdaşlıq etmək qəbulolunmazdır. Ona görə də düşünürəm ki, İran xarici işlər nazirinin Türkiyə səfəri önəmlidir. Çünki Türkiyə Azərbaycanın dostu, qardaşı və hərbi müttəfiqidir. Xarici siyasətə dair prioritetlərimiz demək olar ki, üst-üstə düşür. Şübhə yoxdur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən Mövlud Çavuşoğlunun İranın XİN rəhbəri ilə görüşündə Azərbaycan məsələsi xüsusi müzakirə mövzusu olub. Türkiyə güclü dövlətdir və İran onunla hesablaşmağa məcburdur. İran problemlərdən xilas olmaq istəyirsə, doğru yolda olmalıdır”.
Eyni gündə Moskvadan Tehrana səfər
Rusiya prezidentinin köməkçisi İqor Levitin Tehrana səfərinə gəlincə, politoloq deyib ki, səfər çərçivəsində keçirilən görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub: “Hər halda bu səfər haqda açıqlanan rəsmi məlumatda belə deyilir. Təbii ki, Tehranda keçirilən görüşdə də regiondakı vəziyyətin müzakirəsi istisna deyil. Türkiyə-Rusiya-İran üçlüyünün müzakirələrinin region üçün faydalı olmasını istərdik. Amma İranın tutduğu hazırkı mövqe buna mane olur. Regionda sabitlik və əməkdaşlıq mühitinin genişlənməsi üçün İranın yanlış siyasətdən dönməsi vacibdir”.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17

