Nazirlərin telefon danışığı...
19.01.2023 [10:17]
Etirazçıların haqlı tələbləri yerinə yetirilməlidir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 17-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Ermənilərin yalan iddiaları
Nazir Ceyhun Bayramov guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib. Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb. Bununla yanaşı, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneə törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlərin telefon danışığını qəzetimizə şərh edən millət vəkili Şahin İsmayılov bildirib ki, Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Onun sözlərinə görə, hər bir danışıqlar prosesi sülhə xidmət etməlidir. “Amma unutmaq lazım deyil ki, Ermənistan indiyə qədər sülh prosesini pozmağa çalışıb, bu məqsədlə müxtəlif təxribatlar törədib. Ona görə də, beynəlxalq birlik, o cümlədən Rusiya sülhə gəlmək üçün Ermənistana təzyiq göstərməlidir”, - deyə Ş.İsmayılov söyləyib.
Razılaşmaların icrası üçün Rusiya Ermənistana təsir etməlidir
Millət vəkili qeyd edib ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün müxtəlif beynəlxalq təşəbbüslər mövcuddur. “Bu prosesdə Rusiya da iştirak edir. Rusiyanın təşəbbüsü ilə ölkə liderlərinin görüşü keçirilib, üçtərəfli bəyanatlar imzalanıb. Lakin Ermənistan Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanatların bütün bəndlərini yerinə yetirməyib. Xüsusilə, 9 noyabr birgə Bəyanatına uyğun olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələri ərazilərimizdən tam çıxarılmayıb. Həm də, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz gediş-gəlişi təmin etməyib. Bütün bunların fonunda Rusiya bu razılaşmaların yerinə yetirilməsi üçün Ermənistana təsir etməlidir”, - deyə həmsöhbətimiz vurğulayıb.
Ş.İsmayılov deyib ki, erməni tərəfi Laçın yolunda azərbaycanlı ekofəalların dinc etiraz aksiyasını beynəlxalq ictimaiyyətə yanlış təqdim edir. Məqsəd isə ölkəmizin beynəlxalq imicinə zərbə vurmaqdır. Azərbaycan və Rusiya xarici işlər nazirləri tərəfindən bu məsələ əvvəllər də müzakirə olunub. Son telefon danışığında da bu məsələ diqqət mərkəzində olub. Laçın yolundakı aksiya ilə bağlı Azərbaycanın mövqeyinin aydın olduğunu deyən deputat vurğulayıb ki, telefon danışığında Ceyhun Bayramov ölkəmizin mövqeyini bir daha rusiyalı həmkarının diqqətinə çatdırıb: “Qarabağ ərazisində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmalıdır. Tələbimiz açıq və aydındır. Bu haqlı tələbin yerinə yetirilməsi əvəzinə Ermənistan və Qarabağ separatçıları “siyasi şou” göstərərək, dünya birliyini aldatmağa çalışır. Nəzərə alsaq ki, təbii sərvətlərimizin qanunsuz istismarı Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verir, o zaman erməni tərəfinin qanunsuz əməllərinin qarşısının alınmasında onlar da fəal iştirak etməlidir. Digər tərəfdən, Rusiyanın da imzası olduğu üçtərəfli birgə Bəyanatın tələblərini Ermənistan tam yerinə yetirmir. Rəsmi İrəvanı razılaşmaların icrasına məcbur etmək üçün Rusiya da fəal addımlar atmalıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

