Vardanyan cavab verəcək
30.12.2022 [10:33]
N.BAYRAMLI
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingentinin məsuliyyət zonasında erməni separatçıları qanunsuz əməllərini davam etdirir. Separatçı rejimin “rəhbərlərindən” biri olan milyarder Ruben Vardanyan təxribatçı cinayətkar fəaliyyətini daha da genişləndirməyə çalışır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində belə fəaliyyəti Vardanyanın cinayət məsuliyyətinə cəlb edilməsinə hüquqi əsaslar yaradıb. Bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da deyib ki, Vardanyanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq addımlar atacağı istisna deyil və həmin şəxs həm Azərbaycan qanunvericiliyinə əsasən, həm də beynəlxalq prinsiplərə görə məsuliyyətə cəlb oluna bilər. Nazir əlavə edib ki, Vardanyanın bu regionla heç bir bağlılığı yoxdur, o, orada doğulmayıb və bu regionda qanunsuz məskunlaşıb: “Azərbaycan dövləti ən yüksək səviyyədə bəyan edib ki, Qarabağdakı etnik ermənilərin Azərbaycanda yaşamaq hüququ var, Azərbaycan dövləti isə onların hüquqlarını təmin etməyə hazırdır. Laçın dəhlizinə alternativ yolun tikilməsi müsbət bir təcrübə idi. Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Bu yolun tikilməsi zamanı inşaatda çalışanlarla ermənilər arasında normal bir ünsiyyət var idi. Yaxud Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin. Ancaq ləkəli keçmişi olan şəxs (Ruben Vardanyan-red.) bölgəyə göndərilib. Azərbaycan belə təxribatların qarşısını almağa hazırdır. Bu şəxsin Qarabağa gəlişindən sonra Azərbaycanın sərvətlərinin istismarında fəallaşma müşahidə olunur. Həmin şəxsin Qarabağda başqa qanunsuz fəaliyyəti də istisna deyil”.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yalçın Hacızadə bildirib ki, Azərbaycan dövləti tərəfindən Vardaryanın haqqında hüquqi tədbirlərin görülməsi mümkündür. Onun sözlərinə görə, R.Vardaryanın qanunsuz yaşadığı və fəaliyyət göstərdiyi ərazi Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınan və qəbul olunan ərazisidir. Biz BMT və digər beynəlxalq təşkilatlara qəbul olunanda həmin ərazilər daxil, bütöv şəkildə qəbul olunmuşuq. Həmçinin, beynəlxalq təşkilatlar tərəfindən həmin ərazilərin bizə məxsusluğunu və Ermənistan tərəfindən işğal olunmasını əks etdirən kifayət qədər ciddi sənədlər qəbul olunub. 44 günlük müharibə ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə, həm də beynəlxalq qətnamələri icra etmiş oldu. Müharibənin nəticəsində qəbul olunmuş üçtərəfli bəyanata əsasən ərazidə sülhün və iki xalqın birgə yaşayışının təmin olunması üçün Rusiyaya məxsus sülhməramlılar müvəqqəti olaraq yerləşdirildi. Təəssüflər olsun ki, sülhməramlıların gözü qarşısında onların müvəqqəti yerləşdikləri ərazilərdə Vardanyan və bəziləri separatizm, Azərbaycan dövlətinin təhlükəsizliyinə xələl gətirəcək, insanları yeni müharibəyə sürükləyəcək əməllərlə məşğuldurlar.
Politoloq qeyd edib ki, Vardanyan əvvəlcədən planlaşdırmaqla Azərbaycan dövlətinin və cəmiyyətinin fundamental əsaslarını sarsıtmaq, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə törətmək məqsədi ilə Azərbaycan ərazilərinə qanunsuz keçərək fəaliyyət göstərir: “Bu əməllər həm Azərbaycanın daxili qanunvericiliyi ilə, həm də beynəlxaq hüquqla qadağandır və cinayət kimi qiymətləndirilir. Ona görə də Azərbaycan dövlətinin Vardanyan və digərlərinin cinayət tərkibli əməllərinə hüquqi qiymət vermək üçün tədbirlər görmək hüququ var. Bunun üçün Azərbaycanın baş prokurorluğu tərəfindən cinayət işi qaldırılaraq, onun cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə haqqında beynəlxaq axtarış verilə bilər”.
Politoloq Tural İsmayılov da hesab edir ki, Vardanyan törətdiyi cinayət əməllərinə görə cəzalandırılacaq. Onun fikrincə, hər kəsə aydın olmalıdır ki, Vardanyan da, Araik də və bütün separatçı ünsürlər də Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Vardanyanın Qarabağ ermənilərinə heç bir aidiyyəti yoxdur. Hətta orada yaşayanlar da yaxşı bilir ki, Vardanyan bölgəyə hansı çirkin missiyalar üçün göndərilib. Azərbaycan ilk gündən Xankəndi və ətrafında yaşayan, Azərbaycan vətəndaşı sayılan ermənilərlə bağlı öz mövqeyini ifadə edib. Monoetnik Ermənistandan fərqli olaraq biz multikultural və tolerant ölkəyik. Vardanyanın məqsədi Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini əngəlləməkdir.
Politoloqun sözlərinə görə, xarici işlər naziri Ceyhun Bayramovun açıqlaması da göstərir ki, separatçıların bütün təzyiqlərinə rəğmən, Azərbaycana inteqrasiya olunmaq istəyən xeyli erməni vətəndaşımız var. “Azərbaycan antiterror əməliyyatı keçirib öz ərazisindəki separatçılıq ünsürlərinin kökünü kəsə bilər. Vardanyanın Azərbaycan qanunları qarşısında cavab verəcəyi gün uzaq deyil”,- deyə T.İsmayılov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

