Azərbaycana önəm verilməlidir
22.12.2022 [10:23]
Yəhudi icmasından ABŞ administrasiyasına çağırış
“Ümumi maraqlarımızı müzakirə etmək və strateji tərəfdaşlıq qurmaq üçün prezident və Konqres üzvləri də daxil olmaqla, Azərbaycana nümayəndə heyəti göndərməyin vaxtı çatıb”
Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və nüfuzu günü-gündən artmaqdadır. Yürüdülən müstəqil və milli maraqlara söykənən dövlət siyasəti bu məsələdə əhəmiyyətli rol oynayır.
Beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olaraq Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanır. Bu gün ölkəmiz ilə dünyanın əksər dövlətləri və təşkilatları arasındakı münasibətlər məhz bu müstəvidə tənzimlənir, hüquqi çərçivəsini müəyyənləşdirir. 2020-ci ildə baş vermiş Vətən müharibəsində qazanılan qələbə isə istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb, Azərbaycana olan marağı daha da artırıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən Azərbaycan regionda yeni perspektivlər yaradıb. Həm siyasi, həm də iqtisadi sferada yeni münasibətlər sisteminin əsasını qoyan Azərbaycan bölgədə tənzimləyici rola malikdir. Bunun nəticəsidir ki, dünyanın bir çox aparıcı dövlətləri Azərbaycanın regionda güc mərkəzi statusu qazandığını etiraf edir, bu faktla hesablaşır. Müharibədən ötən iki ildən çox müddət ərzində Azərbaycanın regionun gələcək inkişafı, o cümlədən, yeni beynəlxalq iqtisadi tranzitin formalaşması istiqamətində ortaya qoyduğu səylər yüksək dəyərləndirilir. Bu isə ikitərəfli əlaqələrin dinamizm qazanmasına münbit şərait yaradır.
Azərbaycan bir nömrəli namizəddir
Azərbaycanın xarici siyasət kursunun çoxvektorlu olması isə ölkəmiz üçün mühüm üstünlüklər qazandırır. Məsələn, bu, Azərbaycanın dünyadakı dostlarının sayının artmasına yol açır. Yeri gəlmişkən, son dövrlərdə Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı tədbirlərin görülməsi ABŞ-da yaşayan yəhudi icmasının da Azərbaycana marağını artırıb. Dolayısı ilə bu gün yəhudi icması Azərbaycanın maraqlarının qorunması ilə bağlı mühüm fikirləri və çağırışları ilə seçilir. KİV-də yayılan məlumatlara görə, etnik yəhudi və Nyu-Yorkda yerləşən “Eiseman Levine Lehrhaupt & Kakoyiannis, P.C.” hüquq firmasının həmtəsisçisi Erik Levin də ABŞ administrasiyasını Azərbaycanın önəminə diqqət etməyə çağırış edib. “Jewish News Syndicate” (JNS) portalında dərc olunan “Azərbaycan Amerikanın potensial məxfi silahıdır” sərlövhəli məqaləsində hüquqşünas yazır ki, bunun üçün ABŞ administrasiyası Azərbaycanla strateji tərəfdaşlığı bərpa etməli və prezident də daxil olmaqla, Bakıya konqresmenlərdən ibarət nümayəndə heyəti göndərməlidir. Levin qeyd edir ki, ABŞ-ın xaricdə təsirini artırmaq üçün istifadə etdiyi üsullardan biri də müttəfiqləri və strateji tərəfdaşları ilə demokratik dəyərlərə və insan hüquqlarına hörmətə əsaslanan münasibətlərdir. Bu əlaqələr ABŞ-ın milli təhlükəsizliyi üçün son dərəcə vacibdir. “Bununla belə, dünyanın digər ölkələri ilə ümumi maraqları olan və Birləşmiş Ştatlarla birgə fəaliyyət göstərməyə hazır olan strateji tərəfdaşlıqlar da böyük potensiala malikdir. Söhbət ABŞ-ın ərəb dünyasında, Latın və Cənubi Amerikada, Afrikadakı dostları və strateji tərəfdaşları ilə möhkəm əlaqələrdən gedir. Azərbaycan belə tərəfdaşlığın yaradılması üçün bir nömrəli namizəddir”, - deyə müəllif qeyd edir.
Azərbaycanın yaratdığı reallıqlar göz önündədir - ölkəmiz böyük bir coğrafiyada tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilir. Bu isə, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər yaradır. Bəllidir ki, yəhudi icmasının, yəhudi lobbisinin ABŞ-ın siyasi institutlarına, eyni zamanda siyasi rəyin formalaşdırılmasına təsiri olduqca böyükdür. Bu mənada, Azərbaycanın apardığı siyasət həm də ABŞ-ın ölkəmizə olan diqqətinin artmasında əhəmiyyətli rol oynayır. ABŞ qlobal səviyyədə təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlərdə ardıcıl siyasət yürüdür və Azərbaycan hər zaman rəsmi Vaşinqtonun vacib tərəfdaşı qismində çıxış edib. Bir sıra ölkələrdə sülhməramlı missiyanın tərkibində uğurlu iştirakı Azərbaycan ilə ABŞ-a terrorizmə qarşı mübarizədə vahid platformadan çıxış etmək imkanı qazandırıb. Eyni zamanda, enerji və iqtisadi mövzularda, qaçaqmalçılıqla, kibercinayətkarlıqla, iqtisadi cinayətkarlıqla mübarizədə iki dövlət hər zaman eyni mövqedən çıxış edib. Bu sahələr üzrə mübarizədə də həmişə Azərbaycan ABŞ-ın vacib tərəfdaşı olub.
Ən əsası isə enerji məsələsində Azərbaycan ilə ABŞ-ın maraqları hər zaman üst-üstə düşüb. Hazırki situasiyada ABŞ-ın Azərbaycana istiqamətlənmiş dəstəyi Amerikanın Cənubi Qafqazda mövqelərinin möhkəmləndirməsinə yol açacaq faktora çevrilə bilər. Bunun təşviqi isə Azərbaycanın yaxın dostları olan yəhudi icması tərəfindən səsləndirilir. Eyni zamanda, bu çağırış regiona diqqətin artmasına yol açır...
Azərbaycana nümayəndə heyəti göndərməyin vaxtı çatıb
Məqalədə qeyd olunur ki, bir neçə həftə əvvəl Azərbaycan İsraildə öz səfirliyini açmaq qərarına gəlib. İranda 30 milyona yaxın etnik azərbaycanlının yaşadığı məlumdur, onların çoxu Tehrandan daha çox Bakıya sadiqdir və ayətullahların mövqelərini sarsıtmaq üçün Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa hazırdır: “ABŞ və Azərbaycanın ümumi maraqları var, radikal islam terrorizmindən hər ikimiz narahatıq. Hər ikimiz İsrailə güclü strateji müttəfiq kimi baxırıq. Hər ikimiz Rusiyanın Mərkəzi Asiyadakı zərərli davranışından narahatıq. İran və regionda terror fəaliyyətlərindən qorunmaq üçün lazım olan siyasi dəstəyi və hərbi texnikanı verə bilərik. Bizim ümumi maraqlarımızı müzakirə etmək və strateji tərəfdaşlıq qurmaq üçün prezident və Konqres üzvləri də daxil olmaqla, Azərbaycana nümayəndə heyəti göndərməyin vaxtı çatıb”.
Qeyd edildiyi kimi, 44 günlük müharibə regiona yeni siyasi reallıqlar gətirib - Azərbaycan qalib ölkə olaraq regionun gələcək iqtisadi inkişafının əsas istiqamətvericisidir. Təbii ki, indiki halda Azərbaycan üçün əsas prioritet regionda davamlı sülhün və təzhlükəsizliyin formalaşmasıdır ki, burada da ABŞ əhəmiyyətli rol oynaya bilər. Artıq regiona baxış bucağı dəyişir. Azərbaycan-Türkiyə-İsrail əməkdaşlığı regionda yeni iqtisadi münasibətlər sistemi formalaşdırır ki, bu da rəsmi Vaşinqton üçün cəlbedicidir. Bu mənada da, Levinin ABŞ adminstrasiyasına çağırışı aktual sayıla bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

