Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması başlıca vəzifəmiz olmalıdır
07.04.2011 [09:49]
Bu bir həqiqətdir ki, hazırda Azərbaycanın haqq işinin dünyaya çatdırılması, həmçinin, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri işğal və soyqırımları barədə xarici ölkələrin ictimaiyyətinə ətraflı məlumatların verilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. öz növbəsində ölkəmizdəki mövcud demokratik şəraitdə formalaşan və fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarımız bu işdə dövlətimizə yaxından dəstək olmağa çalışırlar. Yarandığı vaxtdan etibarən Prezident İlham Əliyevin xarici siyasət strategiyasını prioritet istiqamət kimi qəbul edən Beynəlxalq Diaspora Mərkəzi bu yaxınlarda Türkiyədə təşkil edilən tədbirlərdə iştirak edib. Bu barədə redaksiyamızın qonaqları olan BDM-in sədri İsmayıl Ağayev və həmin mərkəzin Avropa nümayəndəliyinin rəhbəri Azər Kərimov məlumat veriblər.
Türkiyə səfərinə toxunan İ.Ağayev bildirib ki, 30 mart-2 aprel 2011-ci il tarixlərində onun sədrliyi ilə BDM-in nümayəndə heyəti Türkiyənin İğdır və Qars şəhərlərində səfərdə olub: “BDM-in Avropa təmsilçisi Azər Kərimov, Rusiya təmsilçisi Ələmdar Nəbiyev, İtaliya nümayəndəliyinin rəhbəri Kamran Rəsulzadə və təşkilatın bir qrup fəalının, həmçinin, Sultan bəy Sultanovun nəvəsi Rüstəm Paşabəyoğlunun da təmsil olunduğu nümayəndə heyətimiz öncə Türkiyənin İğdır şəhərində yerləşən soyqırım abidəsini ziyarət etdi, abidə önünə gül çələngi qoydu. Daha sonra Asılsız Erməni Soyqırımı İddialarıyla Mücadələ Dərnəyinin (ASİM-DER) başkanı Göksəl Gülbəylə görüş keçirildi. Səfər müddətində ümummilli lider Heydər Əliyevin və Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün abidələri ziyarət olunaraq, çıxışlar edildi və abidələr önünə gül çələngi qoyuldu”.
İ.Ağayev deyib ki, səfərin növbəti dayanacağı Qars şəhər olub: “31 mart Azərbaycan türklərinin soyqırımı ilə bağlı Qars Qafqaz Universitetində anım mərasimi keçirildi. Nümayəndə heyətimiz universitetdə yaradılmış Heydər Əliyev Mərkəzi ilə tanış oldu. Səfər çərçivəsində Qarsın Qoç kəndində uyuyan Azərbaycanın milli iftixarlarından olan Sultan bəyin məzarını ziyarət etdik”.
Nümayəndə heyətimiz Qarsdakı türk-erməni dostluq abidəsi adlanan yerdə etiraz aksiyası keçirərək, ermənilərin bu günə qədər törətdikləri vəhşilikləri qınayıb: “Aksiya zamanı biz, həmçinin, bir ay öncə qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun timsalında öldürülmüş bütün uşaqların və günahsız insanların qatilləri olan sarkisyanların cavab verəcəyi vaxtın gələcəyini bəyan etdik və şüarlar səsləndirdik. Biz bundan başqa Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu “abidə”nin sökülməsi ilə bağlı göstərişini alqışladığımızı bildirdik. Onu da deyim ki, nümayəndə heyətimiz Azərbaycan Respublikasının Baş Konsulluğu və Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Qars təşkilatının rəhbərliyi ilə görüşlər keçirdi. Mən bu səfər zamanı bizə yaxından dəstək göstərən Qarsdakı baş konsulumuz Ayxan Süleymanova və konsulluq əməkdaşlarına təşəkkürümü bildirirəm”.
BDM-in Avropa nümayəndəliyinin rəhbəri Azər Kərimov isə ölkəmizlə bağlı həqiqətlərin Avropa ölkələrində təbliği istiqamətində BDM tərəfindən görülən işlər barədə məlumat verdi: “Məlum olduğu kimi, 26 Fevral-Xocalı soyqırımı ilə bağlı BDM tərəfindən də Avropanın bir sıra ölkələrində, o cümlədən, çexiyada silsilə tədbirlər keçirilib. Bu il millət vəkilimiz, BDM-in Məşvərət Məclisinin sədri Gülər Əhmədovanın və Azərbaycandan getmiş digər nümayəndələrin iştirakı ilə çexiyadakı müxtəlif universitet və təşkilatlarda “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlər isə xüsusi olaraq fərqlənirdi. çünki həmin tədbirlərdə məruzəçilər artıq azərbaycanlılar deyil, tanınmış çex alimləri idi. Bu isə Azərbaycan həqiqətlərinin avropalılara məhz onların öz dilindən çatdırılmasında mühüm rol oynayır. Xocalı soyqırımı ilə bağlı əsl gerçəklikləri eşidən çexiyanın müəllim və tələbə heyəti göz yaşlarını saxlaya bilmirdilər. Onu da deyim ki, istər çexiyada, istərsə də digər Avropa dövlətlərində olan alimlər ölkəmiz barədə, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri işğal və soyqırımı siyasəti haqqında daha çox maraqlanmağa başlayıblar. BDM olaraq avropalı alimlərin, tanınmış şəxslərin Azərbaycana səfərini, bu səfərlər zamanı onların qaçqın və məcburi köçkün soydaşlarımızla görüşlərini təşkil edirik ki, bu da təbliğat baxımdan mühüm əhəmiyyət kəsb edir”.
Onu da vurğulamaq yerinə düşər ki, qonaqlarımız son vaxtlar Azərbaycanda baş verən bəzi xoşagəlməz olaylara da münasibət bildiriblər. “Biz həm Milli QHT Forumunun üzvü kimi, həm də ayrılıqda beynəlxalq yönümlü qeyri-hökumət təşkilatı olaraq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti birmənalı olaraq dəstəkləyir, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olmaq üçün üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq”, - deyən İ.Ağayev, eyni zamanda, ölkədə baş verən bəzi hadisələrin onlarda qəzəb və təəssüf hissi oyatdığını əlavə edib: “Bu gün ölkəmiz öz inkişaf tempinə görə, Cənubi Qafqazın lider dövlətinə çevrilib. Azərbaycanda reallaşdırılan uğurlu siyasət bütün sahələrin inkişafına təkan verməklə yanaşı, əhalinin sosial-rifah halının daha da yaxşılaşmasına səbəb olub. Məhz həyata keçirilən balanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticəsidir ki, hazırda regionda reallaşdırılan bütün qlobal əhəmiyyətli layihələr zamanı ölkəmizin mövqeyi mütləq şəkildə nəzərə alınır. İstər ölkəmizdə, istərsə də Vətəndən kənarda yaşayan hər bir azərbaycanlının yeganə məqsədi isə bir nömrəli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, həmçinin, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri bəşəri cinayətlərin dünya miqyasında ifşa edilməsi istiqamətində dövlətimizin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olmaq, bu istiqamətdə üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməkdən ibarətdir. Biz də BDM olaraq bu istiqamətdə bir sıra addımlar atmaqdayıq. Bununla belə, təəssüflə qeyd edim ki, bizlər ermənilərin, şəxsən Serj Sarkisyanın cinayətkar əməllərinin lənətlənməsi üçün xarici ölkələrdə, sonuncu dəfə isə Türkiyənin İğdır və Qars şəhərlərində aksiyalar keçirdiyimiz halda Bakıda bəzi radikal qüvvələr icazəsiz etiraz aksiyaları keçirməklə, ölkəmizdəki sabitliyi pozmağa cəhd göstərirlər. Lakin bu gün Azərbaycanda stabilliyi pozmaq düşmənlərimizdən başqa kimsəyə xeyir gətirməz. Daha doğrusu, hazırda ölkəmizin inkişafından narahatlıq keçirən ermənilərin və onların xarici havadarlarının Azərbaycanda xaos və anarxiyanın yaranmasını arzuladıqları kimsəyə sirr deyil. Bununla belə, hər kəs bilməlidir ki, bu qüvvələrin arzuları ürəklərində qalacaq. Əvvəla, ona görə ki, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur və xalqımız birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəkləyir. Digər bir tərəfdən, demokratik ölkə olaraq Azərbaycanda bütün addımlar qanunlar çərçivəsində atılmalıdır”.
İ.Ağayev onu da əlavə edib ki, bu gün ölkəmizin hərtərəfli inkişafı istiqamətində lazımi göstərişlər verən, mühüm sənədlər imzalayan dövlət başçısı, eyni zamanda, mövcud problemlərin həlli istiqamətində də qətiyyətli addımlar atır: “Mən Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan qətiyyətli mübarizə, həmçinin, vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərə görə, BDM adından möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm. Dövlət başçısı, problemlərin həlli istiqamətdə atılan addımların daha da effektli olması üçün xalqın da fəal olmasını istəyir. Yəni, cənab Prezident bu istiqamətdə öz mövqeyini ortaya qoyub. Bizlər isə bu mövqeyi müdafiə etməli, Prezidentimizə dəstək verməliyik. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız bu mövqeyi müdafiə etmək əvəzinə ölkədə kütləvi iğtişaşlar törətməyə, anarxiya və xaos yaratmağa cəhd göstərirlər. Bu birmənalı şəkildə qəbulolunmazdır və BDM olaraq biz möhtərəm Prezidentimizin mövqeyini müdafiə edirik”.
“Mən də birmənalı olaraq bəyan edirəm ki, xalqımız Prezident İlham Əliyevi dəstəkləyir”, - deyən Azər Kərimovun sözlərinə görə, dünya azərbaycanlıları vahid Vətənimiz olan Azərbaycanda hər hansı qarşıdurmanı qətiyyətlə pisləyir: “Biz xaricdə yaşayan azərbaycanlılar Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış “heç bir zaman unutmayın ki, sizin Azərbaycan adlı müstəqil dövlətiniz var” müraciətini hər zaman özümüzün fəaliyyət prinsipi hesab edir, eyni zamanda, dövlətimiz uğrunda çalışırıq. Amma son günlər Azərbaycanda baş verən bəzi xoşagəlməz olaylar, ölkəmizdə sabitliyin pozulmasına yönəlmiş cəhdlər bizi - xaricdə yaşayan azərbaycanlıları da çox hiddətləndirir. Biz işğal altındakı torpaqlarımızın azad edilməsinə nail olmaq üçün birlikdə addım atmalıyıq və indiki halda Azərbaycanda hər hansı qanunsuz hərəkətlərə, xaos və anarxiyaya qəti surətdə yol vermək olmaz”.
Uzun illərdir xaricdə yaşan bir azərbaycanlı kimi Prezident İlham Əliyevin ölkəmiz və xalqımız üçün həyata keçirdiyi siyasətin onda böyük qürur hissi yaratdığını deyən A.Kərimov, həmçinin, aşağıdakıları da əlavə edib: “Bu gün Azərbaycan yüksək inkişaf mərhələsini yaşayır. Mənim xaricdəki həmkarlarım, Avropada yaşayan ziyalılar Azərbaycana səfərlərdən olduqca müsbət, pozitiv təəssüratlarla qayıdırlar. ölkəmizdəki bu inkişaf onları heyran edir. Bütün bunların fonunda Azərbaycanın bu inkişafına sevinməkdənsə, ona mane olmağa cəhd göstərmək isə, sadəcə olaraq, düşmən dəyirmanına su tökmədir. Bu gün bizlər ölkəmizdə qarışıqlıq yaradan radikal qüvvələrə birmənalı olaraq “yox” deməklə yanaşı, bir bayraq altında və möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməliyik”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

