Kanada və Litvanın cavabı verildi
20.12.2022 [09:58]
Erməni lobbisinin yalanları ifşa edilir
Nardar BAYRAMLI
Bir həftədən çoxdur ki, Laçın-Xankəndi yolunda Azərbaycanın QHT-ləri, ekoloqları və ictimai fəalları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında erməni separatçılarının təbii sərvətlərimizi talan etməsinə və ekologiyaya vurduğu ziyanla bağlı etiraz aksiyaları keçirirlər. Aksiya dinc xarakter daşısa da, bəzi dairələr məsələyə qərəzli yanaşırlar. Ermənistan və onun havadarları, dünyadakı erməni lobbisi aksiya iştirakçılarının guya yolu bağladıqlarını və Qarabağda yaşayan mülki ermənilərin “humanitar böhran”la üz-üzə qaldıqlarını iddia edirlər. Kanadanın və Litva Respublikasının Xarici İşlər Nazirliyinin qərəzli bəyanatları da məhz ermənilərin yalan təbliğatı üzərində qurulub.
Azərbaycanın Xarici İşlər Nazirliyi hər iki ölkədən verilən bəyanatlara münasibət bildirib. Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edilir ki, Kanada Xarici İşlər Nazirliyinin qərəzli bəyanatını qəti şəkildə rədd edirik: “Kanada Ermənistanı Laçın yolundan qanunsuz hərbi və iqtisadi fəaliyyətlər üçün istifadəni dayandırmağa çağırmaqla sülh prosesinə daha yaxşı kömək edə bilər”.
Litvaya gəlincə isə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycanın uzun illər geniş tərəfdaşlıq münasibətlərinə malik olduğu və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə xüsusi önəm verən və daim bu prinsiplərdən çıxış edən Pribaltika ölkəsi olan Litvanın belə bir bəyanatla çıxış etməsi təəccüb və təəssüf doğurur. Onun sözlərinə görə, bu bəyanat, eyni zamanda, Litva Respublikasının Prezidenti Gitanas Nausedanın cari ilin may ayında Azərbaycana səfəri zamanı aparılmış müxtəlif istiqamətli müzakirələr kontekstində anlaşılmazlıq yaradır. Litva tərəfinə xatırladılıb ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” deyilən ərazi vahidi mövcud deyil. Litva artıq “Pribaltika” ölkəsi adlandırılmadığı kimi, Azərbaycanın Qarabağ İqtisadi rayonunun Sovet İttifaqı zamanı formalaşdırılmış keçmiş adlarla adlandırılması qəbuledilməzdir. “Litva Xarici İşlər Nazirliyinin qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına, Laçın yolundan həm hərbi təxribatlar, minaların Azərbaycan ərazisinə ötürülməsi, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına etiraz bildirməsi əvəzinə məsələyə qərəzli və birtərəfli yanaşma tətbiq etməsi narahatlıq doğurur. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının dinc və haqlı etirazına hörmətlə yanaşılmalıdır. Bölgədə humanitar vəziyyət barədə iddialara gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazırdır və bu məsələdə üçüncü tərəfin müdaxiləsinə ehtiyac yoxdur”, - deyə A.Hacızadə vurğulayıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, dünya ölkələri bu məsələdə ədalətli yanaşma ortaya qoymalıdırlar. Çünki Laçın-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının keçirdiyi etiraz aksiyasının ciddi əsasları var. Etirazların əsas səbəbi Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarı və ekologiyaya ciddi ziyanın vurulmasıdır. 30 il ərzində Ermənistan işğal altında saxladığı ərazilərimizdə əsl vandalizm törədib. Bütün yaşayış məntəqələri dağılıb, o cümlədən həmin torpaqlar ekoloji terrora məruz qalıb. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə ekoloji terror və təbii sərvətlərimizin qanunsuz istismarı davam edir. Belə halların qarşısı alınmalıdır.
Millət vəkilinin sözlərinə görə, həmin ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Həmsöhbətimiz qeyd edib ki, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir. “Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. Xatırladaq ki, ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bundan əlavə, üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, eləcə də 9-cu bənd də yerinə yetirilməyib. Bu bəndə görə bölgədə bütün nəqliyyat kommunikasiya yolları açılmalıdır. Lakin Ermənistan kommunikasiyaların açıqlmasına maneçilik törədir”, - deyən K.Bayramov əlavə edib ki, Azərbaycan öz ərazisində yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Azərbaycanın ictimai fəallarının aksiyası isə Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır, əksinə, bu aksiya sülh aksiyası kimi dəyərləndirilməlidir. Çünki aksiya zamanı Qarabağ erməniləri üçün humanitar məqsədli yüklərin daşınmasına lazımi şərait yaradılır. Ona görə də, dünya ölkələri, o cümlədən Kanada və Litva erməni lobbisinin yalanları əsasında qeyri-obyektiv bəyanatlar verməməlidirlər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

