Müxalifət aprelin 2-də iflasa uğradı
05.04.2011 [09:36]
Aprelin 2-də İctimai Palata adlanan qondarma müxalifət qurumunun keçirməyə cəhd göstərdiyi “kütləvi” aksiya radikal müxalifət düşərgəsinin hansı vəziyyətdə olduğunu bir daha aydınlığa qovuşdurdu. Məhz, bu “aksiya” ilə fiaskoya uğrayan düşərgə bir daha əyani şəkildə heç bir sosial bazaya, elektorata malik olmadığını gördü.
Hələ bir müddət öncə, aprelin 2-də keçiriləcək “aksiyanı” “ümummüxalifət aksiyası” adlandıran, xalq tərəfindən dəstəkləndiklərini iddia edən, boyundan böyük yalanlar danışan, xalqın adından “çıxış etməyə” cəhd göstərən radikal müxalifət növbəti dəfə bir daha xarici “sponsorların” maliyyə dəstəyi ilə onların əlaltısına çevrilən sapı özümüzdən olan bir neçə pulgir “balta”dan ibarət olması faktı ilə üz-üzə qaldı. Əslində, “ümummüxalifət” adından küçədə qışqıran 3-5 nəfərin məqsədlərinin arxasında hansı mətləblərin yatdığı hər kəsə bəllidir. Elə bu səbəbdən də, müxalifət həmin gün gülməli olduğu qədər də ağlamalı idi...
İki-üç nəfərlik “kütləvilik” və ya fiaskoya uğrayan “aksiya-tamaşa”...
Maraqlıdır ki, bu dəfə “Sem dayı” müxalifətə etimad göstərmədiyini daha açıq-aydın şəkildə büruzə verirdi. Daha doğrusu, özünü “müstəqil” adı ilə qələmə verən, reallıqda isə xarici maraqlı qüvvələrin mətbu ruporu vəzifəsini yerinə yetirən, “Sem”in pulları ilə ərsəyə gələn və yaşayan bəzi KİV nümayəndələrinin əvvəlcədən razılaşdırdıqları bir neçə şəxsi Fəvvarələr meydanının mərkəzində “haqlayaraq” onlardan “siyasi arzularının” nə olmasını “tələb”(?!) etməsi ssenarisinin hansı istiqamətdə davam etdiyini aşkara çıxarırdı. Bu istiqamətdə ən çox səy göstərən isə “Azadlıq” radiosu idi. Nə baş verdiyinin fərqində olmayan insanları sanki “bıçaq gücünə” danışdıran həmin KİV nümayəndələri bəzi hallarda polisə də öz “etirazlarını” bildirir, asayiş keşikçilərinə “göstərişlər” verirdilər...
“Aksiya”ya gəlincə isə, müxalifət düşərgəsi yenidən öz “siyasi bazasını” nümayiş etdirdi. Belə ki, adını “ictimai palata” qoyanlar lokal qruplar şəklində küçələrə cəmi 150-200 nəfər çıxara bilmişdilər. Jurnalistlərin kütləvi dayandıqları yerdə iki-üç nəfərin yalnız polis tərəfindən saxlanmaq üçün etdiyi cəhdlər isə şəkil çəkdirmək arzusundan başqa bir şey sayıla bilməzdi. Xarici dövlətlərin pulunun qarşılığında ölkəsində hər bir qarşıdurmanı yaratmağa müntəzir olanların “icazəsiz aksiya” adlandırdığı tamaşa radikal müxalifətin son dərəcə miskin vəziyyətdə olduğunu həm özlərinə, həm də onları maliyyələşdirən xarici qüvvələrin oraya yığılan nümayəndələrinə göstərdi. Hətta bəzi məqamlarda bu “sönük tamaşa”nı canlandırmaq məsuliyyəti bir sıra müxalifyönlü qəzetlərin nümayəndələrinin üzərinə düşürdü. Polisə qarşı bilərəkdən, qəsdən provakasion addımlar atan həmin insanlar bunu məhz xarici təşkilatların nümayəndələrinin gözləri qarşısında edirdilər ki, cavab alsınlar. Bu da, onların əsl niyyətlərini ortaya çıxarırdı.
Radikal müxalifət sahibkarların dükanlarına külli-miqdarda ziyan vurdu
Şəhərin mərkəzində, Səməd Vurğun küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində yerləşən Nəsiminin heykəlinin ətrafında qarışıqlıq salmağa cəhd göstərən müxalifətin bir neçə nümayəndəsi həmin ərazidə yerləşən dükanların pəncərələrini və şüşə qapılarını sındırıblar. “Mister Comp” dükanında isə iki noutbuk daşla vurularaq sındırılıb. Bununla, öz simalarını tam şəkildə ortaya qoyan düşərgə təmsilçiləri niyyətləri ilə bağlı xalqa mesajlar ünvanlayırlar. Onların məqsədi məhz dağıdıcılıq üzərində bərqərar olub. Sıravi vətəndaşlar, obyektlərinə külli miqdarda ziyan dəyən sahibkarlar radikal müxalifəti lənətləyirdi. Vətəndaşlar radikalların sabitliyi pozmaq və iğtişaşlar təşkil etmək cəhdlərini qəti şəkildə pisləyir, hüquq-mühafizə orqanlarının onlara qarşı sərt tədbir görməsinin zəruriliyini vurğulayırdılar. Maraqlıdır ki, 100 nəfərlə “kütləvi aksiya” keçirdiklərini iddia edən, özünü “müxalifətin liderləri” sayan insanlar isə həmin gün heç bir yerdə gözə dəymirdilər. Keçirilən uğursuz aksiya radikal müxalifət başçılarının küçələrə minlərlə gənc, etirazçı insan çıxaracağı haqda yalanlarının yalnız ictimai rəyi aldatmağa yönəldiyini bir daha ortaya çıxardı. Yalnız dağıdıcı əməllərlə məşğul olan bu qüvvələr, hətta, açıq şəkildə insanlara ziyan verməkdən çəkinmədiklərini bir daha nümayiş etdirdilər...
Bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, yenə də “aksiya”da jurnalistlərin sayı mitinq iştirakçılarından bəlkə də iki, üç dəfə çox idi. Bir daha hər zaman olduğu kimi jurnalistlərin sayının arxasında gizləndiyini əməli ilə etiraf edən müxalifət təmsilçiləri onları maliyyələşdirən qurumlara hesabat vermək məqsədilə kütləvi kadrlar çəkmək üçün jurnalistlərin toplandığı və insanların gəzintiyə çıxdıqları küçələrdən istifadə etmək məcburiyyətində qalmışdı...
Xalq ölkəmizdə sabitliyi pozmağa çalışanlara layiqli cavab verdi...
Keçirilən bu uğursuz aksiya cəhdi radikal müxalifətin bir daha mitinq arzusunu dilə gətirməsinin yalnız gülüş doğuracağını ortaya qoydu. Bu biabırçılığın ardından onların hansısa bir arzunu dilə gətirmələri isə təəccüblü qarşılanar. Digər tərəfdən, aprelin 2-də keçirilən bu aksiya bir daha göstərdi ki, Azərbaycan xalqı, cəmiyyəti radikallığa “yox” deyir. Gəncləri dövlətə, millətə qarşı kökləməyə cəhd göstərən, bu istiqamətdə ağalarından aldıqları əmrləri müti şəkildə yerinə yetirməyə çalışan bu insanlar xalqdan və ən əsası gənclərdən öz layiqli cavablarını aldılar. Hətta, bu insanların artıq mətbuat səhifələrində belə görünmələri özlərini gülünc vəziyyətə salmaq deməkdir.
Bəli, xalq bir daha radikal müxalifətə onların yerlərini və kim olduqlarını göstərdi. Azərbaycan xalqı bir daha inkişafı dəstəklədiyini, dövlətinin, hakimiyyətinin arxasında olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiyini və Onun ətrafında sıx birləşdiyini bu cavabı ilə bir daha təsdiqlədi. Müxalifətin anti-Azərbaycan siyasəti, onları maliyyələşdirən maraqlı xarici dairələrin isə ölkəmizdə sabitliyi pozmaq cəhdləri növbəti dəfə iflasa uğradı...
P.S. Rusiyanın “Nezavisimaya qazeta” nəşrində müxalifətin mitinqinə həsr olunmuş yazının sonunda maraqlı bir məqam var. Qəzet yazır ki, İctimai Palatanın aktiv üzvlərindən birinə hakimiyyətə nə üçün gəlməyə cəhd göstərdiklərini soruşublar. İP üzvünün cavabı elə özlərinə layiq olub: “Bu evi görürsən, bir azdan o mənim olacaq!”... Əlavə şərhə ehtiyac varmı? Fikrimizcə, müxalifət özü öz qiymətini daha real verib...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

