Dağıdıcı müxalifətə xaricdən ayrılmış 40 milyon dollar artıq təsdiqini tapmaqdadır
02.04.2011 [12:11]
Dağıdıcı müxalifət xalqın onlara məqsədlərini reallaşdırmaq üçün dəstək vermədiyini görüncə psixoloji dalana düşərək yavaş-yavaş özünü ifşa etməyə başlayıb. Xarici siyasi qruplaşmalardan daxil olmuş sifarişi nəyin bahasına olursa-olsun həyata keçirməyə çalışan dağıdıcı müxalifət artıq verdiyi bəyanatlarda əsl siması, fəaliyyət istiqaməti və kimlərin sifarişilə işlədiyi haqqında anlamadan məlumat ötürür.
Məlum olduğu kimi, “Yeni Müsavat” qəzetində dağıdıcılara xaricdən ayrılmış 40 milyon dollar məsələsi geniş müzakirə olunmaqdadır. Dağıdıcı-ekstremist müxalifətin “ideoloji-təbliğat ruporu” olan bu qəzet partiya funksionerlərinin, öz düşərgələrinə xidmət edən ekspertlərin cəfəngiyyat dolu açıqlamalarını yerləşdirməklə, izi itirməyə çalışırlar. Dağıdıcı müxalifət hər vəchlə çalışır ki, təyin etdikləri mitinqlərə güclə yığdığı 5-10 nəfəri də itirməsin. Əslində isə, onlar bu yolla bir daha Azərbaycanın milli maraqlarına zidd planlar ortaya atan xarici qərəzli qüvvələrin sifarişlərini həyata keçirmək üçün 40 milyon dollar yardım aldığını sübut etmiş olurlar.
ümumiyyətlə, dağıdıcı müxalifətin mitinq ərəfəsi verdiyi bir sıra bəyanatlardan da anlamaq olurdu ki, ölkədə qarışıqlıq yaradaraq, 90-cı illərin əvvəllərindəki hadisələrin yenidən yaşanmasını arzulayan bu qüvvələr hansısa xarici mənbədən külli miqdarda yardım alıb. Ermənilərin və digər xarici siyasi qruplaşmaların sifarişi ilə hazırlanmış 11 martla bağlı sosial şəbəkələrdəki aksiyaya dəstək olaraq, bəzi yerlərdə “bir manatlıq” əskinasların üzərində təbliğat xarakterli yazıların yazılması və paylanılması, eyni zamanda, müxalifətin dövlətinə, xalqına qarşı çıxan tələbələrin xaricdə təhsil almasını təmin edəcəklərilə bağlı bəyanatlar verməsi bir daha həmin faktı təsdiqləyir.
Onsuz da cəmiyyətdən gizlin bir şey qalmayıb. Dağıdıcı müxalifət nümayəndələri artıq terrorçu-ekstremist qüvvələrlə də əlaqə yaradır və görüşlər keçirirlər. Xarici siyasi dairələrin mətbəxində hazırlanmış oyunların qaydalarına uyğun hərəkət edən dağıdıcı müxalifət hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə etməyi artıq göz önünə alıb. Bu gün xaricdə təhsilalma vəd edərək, tələbələri itaətsizliyə çağıran dağıdıcı müxalifət sabah silahlı qarşıdurma yaratsa heç də, təəccüblənməməliyik.
Onsuzda bu müxalifət qan üzərində hakimiyyətə gəlmək təcrübəsinə malikdir. Hər bir kəsin yadındadır ki, bu dağıdıcı müxalifət vaxtilə qanlı 20 Yanvar faciəsindən və Xocalı soyqırımından istifadə edərək, hakimiyyətə gəlmişdi. Bunu yaxşı bilən xalq hələ o zaman AXC-Müsavat hakimiyyətinə o qədər ikrah hissilə yanaşırdı ki, heç bir il keçmədi ki, onları devirdi və Yeni Azərbaycan Partiyasını (YAP) hakimiyyətə gətirdi. Bu gün də eyni münasibəti sərgiləyən cəmiyyətimiz maliyyələşməsi və fəaliyyəti haqqında mütəmadi olaraq hesabat verməyən, sosial dayağı demək olar ki, qohum-tanışdan ibarət olan dağıdıcı müxalifət partiyalarının ölkədə xaos və anarxiya yaratmaq cəhdlərini qəbul etmir. Redaksiyamıza daxil olan şikayət məktublarından da aydın şəkildə görünür ki, dağıdıcı müxalifət qanunsuz əməllərilə insanları bezdirib.
Vətəndaşların dağıdıcı müxalifəti qəbul etməməsinin də səbəbləri hər kəsə bəllidir. Bilirik ki, bu müxalifət ötən 20 il ərzində xalqımıza qarşı səmimi olmayıb və cəmiyyətimiz dağıdıcı-ekstremistlərə aid siyasi təşkilatları qrant, xaricdən daxil olmuş maliyyə vəsaitlərinin mənimsənildiyi və daha çox qərəzli dairələrin maraqlarına işlədiyi psevdopartiyalar kimi tanıyır. Ona görə də, dağıdıcı müxalifət cəmiyyətdə qanunsuz əməllərinə dəstək verəcək insan tapmırlar. Bu mənada xarici mənbələrdən aldıqları 40 milyon dollar hesabına müxtəlif təxribat xarakterli addımlar atmaqla, qərəzli dairələrdən verilmiş sifarişi həyata keçirməyə çalışırlar. Bu addımları ilə dağıdıcı müxalifət maddi maraqları naminə nəinki tələbələri, hətta, dövlətçiliyimizi də xərcləməyə hazır olduğunu nümayiş etdirirlər. Bununla əlaqədar olaraq, hər birimizi düşündürən suallar isə hələ də öz cavabını gözləməkdədir: dağıdıcı müxalifətə 40 milyon dollar vermiş xarici siyasi dairələr sonradan bunun əvəzinə nəyi və nə qədər istəyəcək? Və ya sonradan bu pulların qaytarılması necə olacaq, kimin cibindən çıxacaq? Bəlkə, dağıdıcı müxalifət xarici qüvvələrdən aldığı yardımın əvəzinə Dağlıq Qarabağı, milli sərvətlərimizi və maraqlarımızı girov qoyub və s.
Bir daha əminliklə demək istəyirik ki, dağıdıcı müxalifətin bu xəyanəti də baş tutmayacaq. 11 və 12 martda olduğu kimi, bundan sonra da bütövlükdə cəmiyyətimiz həmin qüvvələri dövlətimizin imicinə zərər vuran əməllərinə görə qınayacaq, mitinqlərə qatılmayacaq və xarici qüvvələrin sifarişlərini həyata keçirən dağıdıcı müxalifətə dəstək verməyəcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

