Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə Zəngəzur dəhlizinə böyük önəm verir

Türkiyə Zəngəzur dəhlizinə böyük önəm verir

03.12.2022 [10:17]

Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq

Nardar BAYRAMLI

44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra regionda yeni reallıqlar yaranıb. Yeni reallıqların  əsas istiqamətlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz Avropa ilə Asiya arasında iqtisadi-ticarət əlaqələrini daha da genişləndirməklə yanaşı,  geosiyasi əhəmiyyət də  daşıyır. Xüsusilə, türk dövlətlərinin coğrafi bağlılığını təmin edən Zəngəzur dəhlizi onların siyasi birliyinin güclənməsində də vacib amillərdən biri kimi dəyərləndirilir. Azərbaycanla yanaşı,  qardaş Türkiyə də Zəngəzur dəhlizinin açılmasının vacibliyini bütün platformalarda bəyan edir. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Zəngəzur dəhlizinin açılmasının önəminə toxunub. Belə ki, Ərdoğan “Ağrı-Hamur-Tutak-Patnos” dövlət avtomobil yolunun açılış mərasimində çıxışı zamanı bildirib ki, Zəngəzur dəhlizinin açılmasının reallaşması ilə bu bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq: “Azərbaycanlı qardaşlarımızın işğal altında olan torpaqlarına məhəl qoyulmamaqda da eyni anlayış var idi. Bu məkrli və ikiüzlü tələləri ancaq region ölkələri həmrəylik göstərərək qıra bilər. Ağrı əyaləti dünənə qədər terror və təhdidlərin kölgəsindəykən, bu günə ümidlə baxmağa vadar edən inkişafların ünvanına çevrilib. Zəngəzur marşrutunun həyata keçirilməsi ilə bu bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq. Bunun üçün, ilk növbədə, ölkəmizin inam və sabitlik mühitini möhkəm şəkildə qorumalıyıq. Gücümüzü hədər yerə israf edən, illərlə başımıza bəla olan terroru gətirənlərin məqsədi əlimizdə olan vasitələrdən istifadə etməyimizə mane olmaq idi. İndi o dövr başa çatıb”.

Ümumiyyətlə, regionda kommunikasiyaların bərpası Azərbaycan üçün strateji önəm daşıyır. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizinin açılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. İlk növbədə onu vurğulayaq ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın son illərdə liderlik keyfiyyətləri nümayiş etdirməklə Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli hava limanını yaradacağı imkanlarını da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək. Eyni zamanda,  respublikamız per?pektivdə etibarlı tranzit ölkəsi kimi bundan böyük həcmlərdə gəlirlər qazanacaq. Ekspertlər də hesab edirlər ki, Zəngəzur dəhlizinin ölkəmiz üçün iqtisadi önəmi çox böyükdür. Bu dəhlizin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi göstərir. Bəhs olunan nəqliyyat xətti naxçıvanlı iş adamlarının xüsusən də Şərq-Qərb dəhlizinə çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

Bütövlükdə, Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir vəsilə olacaq. Kommunikasiyaların bərpasından sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri, o cümlədən də Ermənistan yeni infrastruktur layihəsindən fayda götürəcək.  Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların açılması ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan türk dövlətləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə sanballı töhfələr verir. Növbəti mərhələdə isə quruma sədrlik qardaş Türkiyəyə ötürüləcək. Prezident ?lham Əliyev də türkdilli ölkələr arasında inteqrasiyanın möhkəmlənməsi baxımından Zəngəzur dəhlizinin önəminə diqqət çəkib. “Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Hazırda dünyada müxtəlif sahələrdə, o cümlədən də nəqliyyat sektorunda güclü rəqabət var. Şirkətlər öz mallarını beynəlxalq bazarlara çıxarmaqdan ötrü daha ucuz başa gələn və daha sabit bölgələrdən keçən marşrutlara üstünlük verir. Bu baxımdan, türkdilli dövlətlərin zəngin iqtisadi potensialı gələcəkdə Zəngəzur dəhlizinin funksionallığının yüksək səviyyədə təmin olunmasında mühüm rol oynaya bilər. Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında məhz dəhlizin inkişafa göstərəcəyi təsirlərə işarə edib. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

Qeyd edək ki, perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yollarının Naxçıvandan keçməklə, Türkiyəyə qədər uzanacağı nəzərdə tutulur. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə inşa edilən və  2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. BTQ-nin inşası ilə tarixdə ilk dəfə Azərbaycan və Türkiyə dəmir yolu xətti ilə birləşdi. Zəngəzur dəhlizi isə bu əlaqələri xeyli dərəcədə inkişaf etdirməklə bütövlükdə türk dövlətlərinin iqtisadi və siyasi birliyini daha da gücləndirəcək.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28