Azərbaycan gəncliyi Əli Kərimli kimi təxribatçılara "yox" deyir
01.04.2011 [10:06]
Azərbaycanın son illərdə əldə etdiyi uğurları həzm edə bilməyən, həmçinin, xalq tərəfindən dəstəklənməyən radikal müxalifət ölkədə xaos və qarışıqlıq yaratmaq üçün cəhdlər göstərir. Maddiyyat qarşılığında bəzi xarici maraqlı qüvvələrin alətinə çevrilmiş, özünü “siyasətçi” adlandıran belələri xalqına, dövlətinə qarşı xəyanətkar mövqe tutmaqdan, bəziləri isə hətta ölkədə qarışıqlıq yaratmaq üçün terror təşkilatları ilə əməkdaşlıq etməkdən belə çəkinmirlər. Məsələn, özünü müxalifət “lideri” elan etmiş AXCP sədri Əli Kərimlinin ölkədə xaos yaratmaq üçün adı bir sıra dini təşkilatlarla birgə çəkilən, o cümlədən, “Hizbullah”, “Taliban” təşkilatının, Dağıstan və çeçenistanda vuruşmuş vəhhabilərin, nurçuların və digər dini qruplaşmaların nümayəndələri ilə əlaqələr qurması cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Məhz, radikal müxalifətin apardığı antidövlət və antimillət siyasətinə cavab olaraq dünən gənclər AXCP sədri Əli Kərimlinin evinin önündə etiraz aksiyası keçirib. Aksiyada iştirak edən gənclər “Əli Kərimli+ radikal islamçılar=xaos”, “Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərənlər ermənilərə xidmət edirlər!”, “Torpaqlarımızı ermənilərə satan Əli Kərimlilərə Azərbaycanda yer yoxdur!”, “Azərbaycan gəncliyi Əli Kərimli kimi təxribatçılara “yox” deyir!”, “Xəyanətkara ar olsun” və başqa şüarlar səsləndiriblər.
çıxış edən gənclər bildiriblər ki, Azərbaycanın sosial-iqtisadi inkişafının qarşısını almaq üçün xarici dairələrə qulluq etmək dövlətə və xalqa xəyanətdir: “Biz, Azərbaycan gəncliyi, ölkəmizdə bərqərar olan siyasi sabitliyə, iqtisadi inkişafa qarşı olan Əli Kərimli və o xislətli insanlara “yox” deyirik. Azərbaycanı xarici maraqların təminatı ünvanına çevirmək istəyən Əli Kərimliyə bildiririk ki, Azərbaycan gəncliyi heç zaman buna imkan verməyəcək. Biz müstəqil Azərbaycanın inkişafının tərəfdarıyıq”.
Aksiya iştirakçıları ölkə gəncliyinin birmənalı şəkildə Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar Prezident İlham Əliyevin apardığı düzgün iqtisadi-siyasi fəaliyyətin bəhrəsidir. Bu inkişafın qarşısını almaq istəyənlər isə Azərbaycan xalqına qarşı olan qüvvələrdir: “Dövlətimizin suverenliyinə kölgə salmağa çalışan Əli Kərimli və İsa Qəmbərlər bir faktı anlamalıdırlar ki, onlar Azərbaycan xalqının iradəsinə qarşı addım atırlar. Xarici güclərlə, radikal təşkilatlarla əməkdaşlıq edən Əli Kərimli 1992-ci ildə olduğu kimi vətəndaş qarşıdurması, xaos yaratmaq fikrindədir. Azərbaycan gəncliyi buna “yox” deyir və biz öz dövlətimizin inkişafını istəyirik”.
çıxış edənlər 1992-ci ildə Əli Kərimlinin və İsa Qəmbərin də rəhbər vəzifə tutduqları iqtidar dövründə ölkəmizin başına gələn müsibətləri xatırladıblar: “Həmin illərdə insanları bir parça çörəyə möhtac etmişdilər, xalqın malını talayırdılar, özlərinə qoçu dəstələri düzəldərək Qarabağı siyasi oyunların qurbanına çevirdilər. Azərbaycan xalqı tarixində bir dəfə onların ölkəni uçuruma apardıqlarının şahidi olub. Azərbaycan xalqı bir daha buna yol verməyəcək. Xalqına qarşı xarici güclərlə birləşənlərə bu ölkədə yer yoxdur”.
Daha sonra etiraz aksiyası gənclərin yürüşü ilə yekunlaşıb. Aksiyada hər hansı bir insident qeydə alınmayıb.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

