Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qəbir daşları ilə vuruşan erməni “qəhrəmanlar”ı

Qəbir daşları ilə vuruşan erməni “qəhrəmanlar”ı

02.12.2022 [10:18]

Ermənilərin saxta “mədəni xalq” mifini dağıdan növbəti vandalizm əməli

MÜBARİZ

Sosial şəbəkələrdə yayılan video insanlıq hissini itirməyən hər bir kəsi heyrətə salır. Videoda təsvir olunan mənzərə dəhşətlidir. Burada yük maşını ilə qəbirlərin dağıdılması və ətrafdakıların bundan zövq aldıqları səhnələr təqdim olunur. İnsan olan kəs məzarların dağıdılmasından və təhqir edilməsindən necə zövq ala və bununla necə qürurlana bilər? Axı belə əməllər hüquq cərçivələrini demirik, insanlıq, mənəviyyət ölçüləri ilə də bir araya sığmır. Ancaq humanist hisslər və yanaşmalar vandallara aid deyil. Onlar qurulanı dağıtmaqdan, müqəddəs sayılanı aşağılamaqdan həzz alırlar. Müəyyənləşdirilib ki, videoda təsvir olunan səhnələr Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında - Xankəndi yaxınlığında lentə alınıb. Vandalizm əməllərini ermənilər törədiblər. Videolarda erməni dilində danışıqları eşidilən şəxslər yük maşınının sürücüsünə azərbaycanlıların məzarlarını dağıtmaqla bağlı təlimatlar verir və qəbir daşlarının yerlə-yeksan olmalarını özlərinə xas tərzdə şadyanlıqla seyr edirlər. Yük maşınının zərbələrinə tab gətirməyib yıxılan qəbirüstü abidələrin üzərində azərbaycanlılara  məxsus adlar və soyadların yazıldığı aydınca görünür.

Erməni mifini dağıdan növbəti vandalizm əməli

Məlumdur ki, ermənilər özlərindən “mədəni, yüksək intellektli xalq” mifi yaradıblar. Onlar yeri gəldi-gəlmədi dünya mədəniyyətinə hansısa töhfələr verdikləri ilə öyünürlər. Mədəniyyət yaradan xalqın təmsilçiləri abidələrin qədir-qiymətini bilməlidirlər. Ermənilərin isə tarixin daş yaddaşına çevrilmiş abidələrə münasibətləri sosial şəbəkələrdə təqdim olunan videodan aydın şəkildə görünür.

Həm də son videolar “mədəni xalq” olan ermənilərin abidələrə barbar münasibələrini əks etdirən yeganə faktlar deyil. Ermənilərin xislətinə bələd olmaq üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çəkilmiş foto və video materiallara baxmaq kifayətdir. Sanki bu yerlərdən sivilizasiyadan yerli-dibli bixəbər olan vəhşi tayfalar gəlib keçiblər. Çəyirtkə sürüsünü xatırladan bu tayfalar yolları üstündə hər şeyi dağıdıblar. Konkret faktlara keçək. Üç onilliyi əhatə edən işğal dövründə Azərbaycan xalqına məxsus 67 tarixi-dini abidənin 65-i dağıdılıb, məscidlərə it bağlanıb, donuzlar saxlanılıb...

Ermənilərin üzdəniraq “qəhrəmanlıqlarına” aid belə faktlar saysız-hesabsızdır. Bunu yalnız biz demirik. Belə faktlar həm də ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında yer alıb. Məsələn, ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün durumu haqqında dərc etdiyi hesabatında erməni vandalizmi ilə bağlı qeyd olunanlar dünyanın acı gerçəkliyi qəbul etmək məcburiyyətində qaldığını göstərir. Hesabatda qeyd olunur ki, işğal dövründə Azərbaycanın yüzlərlə məscidi, ziyarətgahı, qəbiristanlığı talan edilib, dağıdılıb və təhqir olunub. Cari ildə yayılan hesabatda vurğulanır ki, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda azərbaycanlılara məxsus məzarlıqlar sistemli şəkildə ağır tikinti texnikası ilə məhv edilib, qəbir daşları zədələnib, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib. Hətta azərbaycanlılara məxsus qəbirlərdə cəsədlərin qızıl dişləri çıxarılıb. İşğal dövründə ərazilərin genişmiqyaslı şəkildə minalanması yüzlərlə dini məkana girişi mümkünsüz vəziyyətə gətirib. Füzuli rayonunda XIX əsrə aid Hacı Ələkbər məscidi dağıdılıb və təhqir edilib, Ağdamdakı Cümə məscidinin mehrabı güllələnib, həmçinin bu rayondakı bütün qəbiristanlıqlar təhqir və talan edilib, dağıdılıb. Dağıdılan dini abidələr arasında İmarət Qərvənd qəbiristanlığında XVIII əsrə aid müqəddəs məzarlar və şəhərdəki Şəhidlər xiyabanı da var. Bütün bunların əks olunduğu hesabatda Ağdamdakı Şəhidlər xiyabanını ziyarət etmiş Qərb diplomatlarının vandalizmi canlı şəkildə gördükləri bildirilir.

ABŞ Dövlət Departamentinin hesabatı erməni vandalizminin beynəlxalq səviyyədə qəbul edilməsi nümunələrindən olsa da, tam deyil. Nəyə görəsə sənəddə Ermənistan ərazisində, o cümlədən paytaxt İrəvanda dağıdılan abidələrimiz barədə məlumat verilməyib. Halbuki indiki Ermənistanda çox sayda toponimlərimiz eybəcər erməni adları ilə əvəzlənib, bir sıra mədəni irs nümunələrimiz ermənilər tərəfindən öznünküləşdirilib, bu mümkün olmadıqda isə vəhşicəsinə dağıdılıb.

Ermənilərin xisləti və vandalizm əməlləri öz yerində

Bəs beynəlxalq təşkilatların susqunluğuna nə ad vermək olar? BMT-in UNESCO təşkilatı nə üçün sosial şəbəkələrdə yayılan son videoya və ermənilərin işğal dövründə öz nəzarətləri altında saxladıqları ərazilərdə Azərbaycan xalqına məxsus abidələri dağıtmalarına münasibətini ortaya qoymur? Mədəni irsin qorunması UNESCO-nun missiyasının ana xəttini təşkil edir. Azərbaycanın çoxsaylı təşəbbüslərinə baxmayaraq, bu qurum hələ də üç onillik ərzində ermənilərin nəzarəti altında qalmış ərazilərimizə missiya göndərməyib. Belə heyrət doğuran laqeydliyə nə ad vermək olar?

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28