XİN ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatına münasibət açıqlayıb
29.03.2011 [09:14]
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının hesabatına münasibət açıqlayıb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada deyilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən, qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində Sahə Qiymətləndirmə Missiyasını (SQM) həyata keçiriblər.
Bu missiyanın həyata keçirilməsində ATƏT sədrinin xüsusi nümayəndəsi və onun komandası, BMT-in Qaçqınlar üzrə Ali Komissarlığından iki mütəxəssis və ATƏT-in 2005-ci ildəki Fakt Araşdırıcı Missiyasının bir üzvü həmsədrlərə qoşulublar.
Sahə Qiymətləndirmə Missiyası bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlayıb ki, bu da Ermənistanın 1993-cü ildə qoşulduğu 12 avqust 1949 tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara ziddir.
Əyani qiymətləndirmə və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş yeddi rayonunda qeyri-qanuni şəkildə məskunlaşmış ermənilərin sayı Missiya tərəfindən təqribən 14000 şəxs təşkil edir. Bu köçkünlərin bir hissəsi bərpa edilib və ya yenidən inşa edilmiş evlərdə yaşayırlar. Sahə Qiymətləndirmə Missiyasının müşahidələrinə əsasən, missiyanın baş çəkdiyi bir sıra inzibati, təhsil və tibbi binalar xaricdən göndərilmiş erməni diasporunun maddi yardımı ilə inşa olunub və avadanlıqlarla təchiz edilib.
İnfrastruktur dəyişikliklərinə gəldikdə, Sahə Qiymətləndirmə Missiyasının əldə etdiyi nəticələr infrastrukturun inkişafı, xüsusilə elektrik və içməli su təminatının artırılması üçün səylərin həyata keçirildiyini göstərir. Sahə Qiymətləndirmə Missiyasının baş çəkdiyi bütün, ən ucqar məskunlaşmalar istisna olmaqla, yaşayış məntəqələri elektriklə təmin olunub. Laçın şəhərinin şimalında, Sabuxçay çayının dərəsində 2.2 meqavat su-elektrik stansiyası müşahidə edilib. Bu stansiya buna bənzər 25 kiçik su-elektrik stansiyalarının inşa edilməsi ilə bağlı planın bir hissəsidir. Bir neçə məskunlaşma yerlərində istiliyin təmin olunması üçün kiçik qaz boruları mövcuddur ki, sakinlər bunların son beş il ərzində çəkildiyini qeyd ediblər. 2005-ci ildən fərqli olaraq, missiyanın baş çəkdiyi əksər regionlarda mobil rabitə imkanları mövcuddur.
Sahə Qiymətləndirmə Missiyası, həmçinin, işğal olunmuş ərazilərin inzibati sərhədləri dəyişdirildiyini müşahidə edib. Sərhədlərin yenidən çəkilməsi, bəzi rayonların adlarının dəyişdirilməsi həm də işğal altında olan ərazilərin inzibati aidiyyətinin dəyişdirilməsi ilə müşayiət edilib. Ermənilər Azərbaycan ərazilərinin və yaşayış məntəqələrinin adlarını dəyişdirir və öz adlarını qoyurlar. Belə ki, münaqişədən öncə əhalisinin 70000 insan təşkil etdiyi Ağdam şəhəri erməni xəritələri və yol nişanlarında heç göstərilməyib.
Azərbaycanın digər ərazilərində hazırda yaşayan məcburi köçkünlərin gələcəkdə öz torpaqlarına qaytarılmasının yalnız davam edən işğal deyil, həmçinin, bu bölgələrin dağıdılmış vəziyyəti ucbatından çətin olması ilə bağlı Sahə Qiymətləndirmə Missiyasının yekun rəyi xüsusi narahatlıq doğurur. Demək olar ki, keçmiş sakinlərin bütün şəxsi və ticarət əmlakları dağıdılıb. Onların geri qaytarılması üçün regionlarda münasib şərait mövcud deyil. Yerli əhalinin qaytarılması bu bölgələrdə evlərin və əsas infrastrukturun geniş miqyaslı inşası ilə müşayiət edilməlidir.
Qeyd edilməlidir ki, vaxt məhdudiyyəti, personalın sayının az olması və ərazilərdə hərəkət üçün mövcud maneələr Missiyaya işğal olunmuş ərazilərdəki vəziyyəti daha ətraflı qiymətləndirməyə və dərin təhlil aparmağa imkan verməyib. Buna baxmayaraq, mövcud faktlar o qədər dəhşətli və ağırdırlar ki, hətta, üzləşdiyi problemlərlə belə missiyanın tapıntılarının hesabatda əks etdirilməsi qaçılmaz idi.
Sahə Qiymətləndirmə Missiyasının nəticələri işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin aparılması ilə bağlı Azərbaycanın narahatlığının əsaslı olduğunu təsdiqləyib. Missiyanın müşahidələri Ermənistanın əsas norma və prinsipləri, xüsusilə güc tətbiq etməmək prinsipini pozduğunu və işğalla bağlı “status-kvo”nu (mövcud vəziyyət) möhkəmlətmək cəhdlərini bir daha təsdiqləyib.
Bu faktlar və müşahidələr həmsədrlər tərəfindən hələ 2005-ci ildə qeydə alınıb və o zaman öz tövsiyələrində onlar “bundan sonra işğal olunmuş əraziləri gələcək hər hansı məskunlaşmaya yol verilməməlidir” və “bu vəziyyətin davam etməsinin uzadılması “fait accompli” (baş vermiş fakt) gətirib çıxara, bu da sülh prosesini ciddi əngəlləyə bilər” kimi çağırışlar ediblər. Həmsədrlər indiki tövsiyələrində eyni narahatlıqları və çağırışları ediblər. Təəssüf ki, Ermənistan son altı il ərzində həmsədrlərin çağırışlarına əməl etməyib və münaqişənin həlli prinsipinə hörmətsizlik nümayiş etdirməkdədir.
Azərbaycan Sahə Qiymətləndirmə Missiyanın “status-kvo”nun saxlanılmasının qəbul olunmazlığı ilə bağlı əsas bəyanata diqqəti yönəldərək, Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətinə son qoymağı tələb edir. Azərbaycan aydın şəkildə bəyan edir ki, Ermənistanın bu istiqamətdə davamlı siyasətinə dözüm göstərilməyəcək.
Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmaların mövcudluğu həyata keçirilən danışıq prosesinə əngəllər yaradır və münaqişənin davamlı həllinə nail olunması perspektivlərini ciddi sual altına qoyur. Buna görə də bu problemə çevik və xüsusi yanaşma tələb olunur.
Münaqişənin davamlı həlli işğal olunmuş ərazilərdən zorla qovulmuş bütün azərbaycanlı əhalinin doğma yurdlarına qayıtması yolu ilə əldə edilə bilər. İşğal olunmuş ərazilərdəki hazırkı vəziyyət erməni hərbi qüvvələrinin bu ərazilərdən çıxarılmasının və orada bərpa işlərin aparılmasının ləngitməsinə hər hansı bir bəhanə kimi göstərilə bilməz.
Azərbaycan həmsədrlərin işğal olunmuş ərazilərdə münaqişənin təsir etdiyi sahələrdə demoqrafik, sosial və yaxud mədəni xüsusiyyətləri dəyişə biləcək (davam edən qeyri-qanunu məskunlaşma, infrastrukturun inkişafı, iqtisadi istismar və mədəni dəyişikliklər) hər bir fəaliyyətdən və yaxud “status-kvo” nu dəyişməyə və münaqişənin sülh yolu ilə həllinə imkan verməyən addımlardan çəkinməyə dair müraciətini dəstəkləyir.
ATƏT-in həmsədrlərinin Sahə Qiymətləndirmə Missiyası və həmsədrlərin tövsiyələri bu problemin gələcəkdə baxılması və tənzimlənməsi üçün əsas yaradır. Azərbaycan bu ərazilərin işğalına son qoymaqda beynəlxalq aləmin güclü dəstəyinə inanır. Azərbaycan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpasının regionda mövcud ciddi təhdid və riskləri azaldacağına və nəinki sülh şəraitində birgə yaşamağa, həmçinin, hər bir insanın inkişaf və tərəqqisinə yol açacağına dair dünya miqyasında mövcud anlayışla qəbul edilməsi ilə razılaşır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

