Böyük xalq günü Qarabağın işğaldan azad ediləcəyi gündür
29.03.2011 [09:10]
Bu bir gerçəklikdir ki, Azərbaycan regionun sürətlə inkişaf edən dövləti kimi bölgədə real siyasi, iqtisadi gücə çevrilib. ölkənin mənafeyi, milli maraqları çərçivəsində həyata keçirilən uzlaşdırılmış daxili və xarici siyasət Azərbaycanda sürətli inkişaf və sosial rifahın yüksəlməsi ilə müşayiət olunur. Bunu gerçək makroiqtisadi göstəricilərlə bərabər, beynəlxalq araşdırma mərkəzlərinin və analitiklərin tədqiqatlarının nəticələri də təsdiqləyir. İqtisadiyyatın artım tempinə görə dünyada ön sıralarda yer alan Azərbaycan düzgün müəyyənləşdirilmiş siyasi-iqtisadi inkişaf strategiyasına uyğun olaraq irəliyə doğru inamla irəliləyir. Bunun əsas səbəbi odur ki, ölkənin inkişafında strateji məqsədlərin gerçəkləşməsi yönündə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunur. Daha geniş prizmadan yanaşdıqda isə deyə bilərik ki, ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasət bütövlükdə respublikanın iqtisadi əsaslarının möhkəmləndirilməsinə, sosial-demoqrafik məsələlərin həllini tapmasına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində islahatların gerçəkləşməsinə, ərazi bütövlüyünün təmin olunmasına, ölkəmizin xarici tərəfdaşlarının artırılmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yönəlib. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə də bildirdiyi kimi, respublikamız regionda aparıcı qüvvəyə çevrilib: “Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilibdir. Bizim təşəbbüslərimiz həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir”.
Lakin o da bəllidir ki, Azərbaycanın inkişafını, güclənməsini gözü götürməyən bir sıra xarici və daxili qüvvələr mövcuddur. Daim təxribat xarakterli fəaliyyəti ilə daxildə qarışıqlıq törətməyi qarşısına məqsəd qoyan belə qüvvələr xarici havadarlarının da dəstəyilə ictimai rəydə çaşqınlıq yaratmağa, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. üstəlik, belələri ölkəni uçuruma aparmağa yönələn təxribatçı fəaliyyətlərinə “böyük xalq günü”, “böyük qəzəb günü” kimi adlar verməklə xalqı da öz çirkin əməllərinə ortaq etmək niyyətini üzə çıxarmış olurlar. Halbuki, Azərbaycan xalqı nə istədiyini yaxşı anlayır və kimin haqlı, kimin haqsız olduğunu da dərk edir. Bunun göstəricisidir ki, Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar və genişmiqyaslı quruculuq işlərini yüksək dəyərləndirir, ardıcıl surətdə reallaşdırılan daxili və xarici siyasət kursunu dəstəkləyir. Həmçinin, qeyd etməliyik ki, Azərbaycan xalqı bütün məqamlarda, o cümlədən, ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması prosesində dövlət başçısının yanındadır. 20 ilə yaxındır ki, davam edən danışıqlar prosesində Azərbaycanın sərgilədiyi mövqe konfliktin BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüququn tələbləri çərçivəsində ərazi bütövlüyü prinsipinin reallıqda əksini tapması ilə həllinə nail olmağa xidmət edir. Bu gün Azərbaycanda bir milyondan artıq soydaşımız yurd-yuvasından didərgin düşmüş vəziyyətdədir ki, bu da ölkədə təqribən hər doqquz nəfərdən birinin qaçqın və məcburi köçkün həyatı yaşaması deməkdir. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli, soydaşlarımızın öz yaşayış yerlərinə qayıtması və təhlükəsiz həyat şəraitinin təmin olunması yönündə yekun razılığın əldə olunması üçün bütün mümkün diplomatik üsullardan istifadə olunur. ölkə rəhbərliyinin respublikanın iqtisadi və hərbi gücünün artırılması istiqamətində həyata keçirdiyi siyasət və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, eləcə də, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyəti də münaqişənin ədalətli həlli məqsədilə atılan addımlardır.
Lakin bir həqiqəti xüsusi vurğulamaq lazımdır ki, münaqişənin həllinin uzanmasının Azərbaycan xalqına işğal faktını unutduracağına ümid edən düşmən qüvvələr zənnində yanılırlar. çünki Azərbaycan xalqının səbri tükənməz deyil və böyük qəzəb günü ölkə əhalisinin Ermənistanın təcavüzkar siyasətinə qarşı torpaqlarını silah yolu ilə azad etmək üçün ayağa qalxacağı gün, böyük xalq günü isə Dağlıq Qarabağ və işğal altındakı yeddi rayonun düşmən tapdağından azad ediləcəyi gündür. Bu məsələdə ölkəsini, xalqını sevən hər bir Azərbaycan vətəndaşının mövqeyi birdir.
Beləliklə, vətən sevgisi, milli birlik şüuru kimi yüksək mənəvi dəyərlərə sahib olan Azərbaycan xalqı, Azərbaycan gəncliyi ölkənin layiqli vətəndaşı olmaq, torpaqlarımızın işğaldan azad ediləcəyi günü görmək kimi böyük amallarla yaşayır. ölkəmizə düşmən qüvvələrin hansısa məkrli, cılız məqsədlərini gerçəkləşdirmək naminə xalqı vasitəyə çevirmək niyyətləri isə heç zaman baş tutmayacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

